AR Vergilər Nazirliyinin rəsmi internet-saytı World Summit Award beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə qalibi seçilib ("E-Hökumət" nominasiyası üzrə)

 

WORLD SUMMIT AWARD BEYNƏLXALQ MÜSABIQƏSİNİN AZƏRBAYCAN ÜZRƏ QALİBLƏRİ ELAN OLUNDU

5 oktyabr 2007-ci ildə Bakı Əyləncə Mərkəzində World Summit Award beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə Mükafatlanma Mərasimi keçirilmişdir. Mərasimdə bu beynəlxalq müsabiqədə müxtəlif nominasiyalar üzrə Azərbaycanı təqdim edən resurslar elan olunmuşdur. Müsabiqə informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində ən yaxşı layihələrin qiymətləndirilməsinə yönəlib. Qaydalara görə, müsabiqədə şəbəkə layihələri, multimedia əlavələri, kompüter proqramları, elektron dərsliklər, internet-saytlar və s. iştirak edə bilər. Müsabiqənin şərtlərinə görə, hər iştirakçı-ölkədən səkkiz nominasiya üzrə qaliblər müəyyən edilir və WORLD SUMMIT AWARD təşkilatının keçirdiyi fınal mərhələdə iştirak edir. Azərbaycan üzrə seçilmiş qalib-nominantlar Azərbaycanı World Summit Award (WSA) təşkilatının keçirdiyi World Summit Award beynəlxalq müsabiqəsində təmsil edirlər.
World Summit Award müsabiqəsinin yekun mərasimi bu ilin noyabrında İtaliyanın Venesiya şəhərində keçiriləcəkdir. Müsabiqə haqqında ətraflı məlumat www.wsis-award.org Veb-saytında yerləşdirilmişdir. World Summit Award beynəlxalq müsabiqəsində 169 ölkə iştirak edir. World Summit Award hər 2 ildən bir keçirilir və İKT sahəsində dünyanın ən mötəbər müsabiqəsidir.
Azərbaycan üzrə qaliblər aşağıdaklardır:

    • E-Hökumət (e-Government) -    Azərbaycan Respublikasının Vergilər Nazirliyinin
      taxes.gov.az internet-saytı
      ;
    • E-Tədris (e-Learning) -   "Çaşoğlu-Multimedia" şirkətinin yaratdığı Interaktiv tədris
      proqramları;
    • E-Mədəniyyət (e-Culture) - "Musiqi Dünyası" jurnalmın    Atlas.musiqi-dunya.az
      layihəsi;
    • E-Elm (e-Science) - Azərbaycan Respublikası Milli Elmlər Akademiyasmın Mərkəzi
      Elmi Kitabxanası;
    • E-Biznes (e-Business) - Azerfon şirkətinin "Nar mobayl və mən" xidməti;
    • E-Səhiyyə (e-Health) - layiqli layihə olmadığına görə verilməmişdir.
    • E-Əyləncə (e-Entertainment) - Festival.jazz.az internet-saytı;
    • E-Cəlbetmə (e-Inclusion) - Day.az xəbərlər saytı
© AR Vergilәr Nazirliyi, 2001-2007 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az