Couldn't confirm presence of Flash 7 or higher because JavaScript was disabled.
We highly recommend that you install Flash 7 or higher and that you enable JavaScript.
Get Flash ---
I really do have Flash installed.
What follows is a plain HTML version of the Quiz.
1. Hüquqi şəxslər və fərdi sahibkarlar hansı müddətdə gəlir vergisi və ya mənfəət vergisi üzrə cari vergi ödəmələrini dövlət büdcəsinə ödəməlidirlər?
A) rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq
B) rüb qurtardıqdan sonra 5 gündən gec olmayaraq
C) rüb qurtardıqdan sonra 10 gündən gec olmayaraq
D) rüb qurtardıqdan sonra 20 gündən gec olmayaraq
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
2. Gəlir [mənfəət] vergisi üzrə rüblük cari ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin neçə hissəsini təşkil edir?
A) 1/5 hissəsini
B) 1/2 hissəsini
C) 1/3 hissəsini
D) 1/4 hissəsini
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
3. Cari vergi ödəmələrinin məbləği aşağıdakı metodların hansı ilə müəyyənləşdirilə bilər?
A) bu rübdəki xərjlərinin həjmini onun keçən ilin ümumi xərjlərində ödənilmiş verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla
B) bu rübdəki gəlirinin həjmini onun keçən ilin ümumi gəlirində ödənilmiş verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla
C) bu rübdəki gəlirinin həjmini onun keçən ilin ümumi gəlirində [gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan] verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla
D) bu rübdəki gəlirinin həjmini onun keçən ilin müvafiq rübündəki ümumi gəlirində illik hesablanmış verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
4. Əlavə dəyər vergisi nədir?
A) vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği
B) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara əsasən ödənilən vergi arasındakı fərq
C) vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi
D) vergi tutulan dövriyyədən hesablanan vergi
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
5. Əlavə dəyər vergisinin ödəyicilərini göstərin:
1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.
2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
3. Dövriyyəsindən asılı olmayaraq istənilən şəxslər ƏDV ödəyicisidir.
4. Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləridir.
5. Dövriyyəsindən asılı olmayaraq qeyri-rezidentlərin daimi nümayəndəlikləri ƏDV ödəyicisidir.
A) 1,2,4
B) 1,2,5
C) 2,3,4
D) 3,4,5
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
6. Vergi ödəyicisinin əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi neçə manatdan çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?
A) 25000 manatdan
B) 45000 manatdan
C) 22500 manatdan
D) 1000 manatdan
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
7. Qeyri-sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər hansı halda ƏDV ödəyicisi sayılırlar?
A) heç bir halda ƏDV ödəyicisi sayılmır
B) əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi şərti maliyyə vahidinin 22500 mislindən artıq olduqda
C) əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi şərti maliyyə vahidinin 22500 mislindən az olduqda
D) istənilən halda ƏDV ödəyicisi sayılır
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
8. Əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi şərti maliyyə vahidinin 22500 mislindən artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra neçə gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur?
A) 15 gün
B) 2 gün
C) 10 gün
D) 5 gün
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
9. Əlavə dəyər vergisinin qeydiyyatı barədə ərizə vergi orqanında müəyyən edilmiş qaydada araşdırıldıqdan sonra qeydiyyat üçün əsas olduqda neçə gün müddətində vergi ödəyicisinə onun qeydiyyata alınması barədə bildiriş verilməlidir?
A) 10 gün
B) 5 gün
C) 3 gün
D) 2 gün
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
10. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:
1. məcburi qeydiyyat zamanı - qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə;
2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;
3. vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə;
4. vergi orqanının təşəbbüsü ilə müəyyən edilən tarixdə;
5. vergi ödəyicisinin ərizəsinin təqdim edildiyi tarixdə.
A) 2,3,4
B) 1,2,5
C) 1,4,5
D) 1,2,3
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
11. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində şərti maliyyə vahidinin 45000 mislindən çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?
A) 1 il
B) il yarım
C) 2 il
D) 3 il
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
12. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində neçə manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?
A) 50000 manatdan
B) 45000 manatdan
C) 52500 manatdan
D) 60000 manatdan
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
13. ƏDV üzrə vergitutma obyekti olan əməliyyatları göstərin:
1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi;
2. fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;
3. fövqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;
4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar
5. Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi
A) 2,3,4
B) 3,4,5
C) 1,2,4
D) 1,2,5
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
14. ƏDV tutulan əməliyyatı göstərin:
A) vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
B) Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
C) kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
D) tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetme və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
15. Aşağıda göstərilən əməliyyatlardan hansı ƏDV üzrə vergitutma obyekti sayılmır?
A) barter əməliyyatları
B) vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
C) tranzit yük daşınması qaydasında malların Azərbaycan Respublikası ərazisinə buraxılması
D) vergi tutulan idxal əməliyyatları
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
16. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi?
A) əlavə dəyər vergisinə cəlb edilmir
B) əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
C) əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
D) əlavə dəyər vergisinə cəlb edilir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
17. Müəssisənin bir əməliyyat çerçivəsində bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilərkən bu əməliyyatın ƏDV tutulan əməliyyat sayılmaması üçün təqdim edən və alan tərəflər vergi orqanına neçə gün ərzində müraciət etməlidirlər?
A) təqdim edilmədən sonra 10 gündən gec olmayaraq
B) vergi orqanına müraciətin edilməsinə ehtiyac yoxdur
C) təqdim edilmədən sonra 5 gündən gec olmayaraq
D) təqdim edilmədən sonra 15 gündən gec olmayaraq
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
18. ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?
A) təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri
B) təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri
C) vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
D) təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
19. Vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, vergi tutulan əməliyyatın dəyəri necə müəyyənləşdirilir?
A) malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında
B) malların, işlərin və ya xidmətlərin vergi orqanları tərəfindən müəyyənləşdirilən qiyməti əsasında
C) malların, işlərin və ya xidmətlərin vergi ödəyiciləri arasında razılaşdırılmış qiymətləri əsasında
D) malların, işlərin və ya xidmətlərin topdansatış bazar qiyməti əsasında
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
20. Aşağıda göstərilən hansı hallarda ƏDV üzrə vergi tutulan dövriyyələr dəqiqləşdirilir:
1. vergi ödəyicisinin təşəbbüsü ilə istənilən halda;
2. əməliyyatın xarakteri dəyişdikdə;
3. vergi tutulan dövriyyələr dəqiqləşdirilmir;
4. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə;
5. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda.
A) 3,4,5
B) 1,3,4
C) 2,4,5
D) 1,2,3
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
21. ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi nə vaxt aparılır ?
A) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi vaxt
B) vergi orqanı tərəfinden müəyyən edilən vaxt
C) vergi tutulan dövriyyə dəqiqləşdirilmir
D) vergi ödəyicisinin təşəbbüsü ilə istənilən vaxt
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
22. Malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı hansı növlərindən ƏDV tutulmur:
1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri;
2. vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi,
3. dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;
4. barter əməliyyatları;
5. maliyyə xidmətlərinin göstərilməsi;
A) 1,2,3
B) 1,3,5
C) 3,4,5
D) 1,4,5
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
23. Sıfır [0] dərəcə ilə ƏDV tutulan əməliyyatları göstərin:
1. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması;
2. xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
3. beynəlxalq və tranzit yük və sernişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;
4. malların və bəzi xidmətlərin ixracı;
5. Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerine yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.
A) 2,3,4
B) 1,2,4
C) 1,3,5
D) 3,4,5
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
24. Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?
A) Malların ixracı vergidən azaddır
B) 20 faiz
C) 18 faiz
D) Sıfır [0] dərəcə ilə
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
25. Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-faktrurasını mal göndəriləndən [iş görüləndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?
A) 5 gündən gec olmayaraq
B) 15 gündən sonra
C) 3 gündən tez olmayaraq
D) Mal təqdim edildikdən dərhal sonra
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
26. ƏDV-nin hesab-fakturası malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi müddətdən sonrakı 5 gün ərzində verilmirsə, vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
A) ƏDV hesab-fakturasında göstərilən məbləğin tam ödənildiyi vaxt
B) Malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi vaxt
C) Vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt
D) ƏDV hesab-fakturasının faktiki verildiyi vaxt
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
27. Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?
A) malların istifadə edilməsinə, yaxud istehlakına başlandığı vaxt
B) malların verildiyi aydan sonrakı ayın birinci günü
C) malların verildiyi ayın sonuncu günü
D) malların təqdim edilməsinə sərəncam verildiyi vaxt
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
28. İşlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı qeyri-rezidentə ödənilən məbləğə ƏDV necə müəyyənləşdirilir ?
A) ödənilməli olan məbləğə [ƏDV ilə birlikdə] 5 faiz vergi dərəcəsini tətbiq etməklə
B) ödənilməli olan məbləğə [ƏDV nəzərə alınmadan] 18 faiz vergi dərəcəsini tətbiq etməklə
C) qeyri-rezidentə ƏDV hesablanmır
D) ödənilməli olan məbləğə [ƏDV ilə birlikdə] sıfır [0] faiz vergi dərəcəsini tətbiq etməklə
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
29. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?
A) Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
B) Ödəmənin həyata keçirildiyi gün ərzində
C) Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
D) Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
30. Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilir ?
A) vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq
B) vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği
C) malların [işlərin və xidmətlərin] alış qiymətləri ile təqdimetmə qiymətləri arasındakı fərqdən hesablanan məbləği
D) vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
31. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-nin məbləği dedikdə, nə başa düşülür?
A) dövriyyədən hesablanan ƏDV ilə vergi ödəyicisinə verilən ƏDV hesab-fakturalarında göstərilən məbləğ arasındakı fərq
B) vergi ödəyijisinə verilən hesab-fakturada göstərilən ƏDV-nin məbləği
C) müştərilərə verilən ƏDV hesab-fakturalarında göstərilən nağd qaydada ödənilmiş məbləğ
D) vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada [mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə] aparılmış ödəmələrdə verginin məbləği
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
32. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün nəzərdə tutulan vergiyə cəlb olunan əməliyyatlara görə və malların idxalı üçün vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir?
A) əvəzləşdirilən ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların xüsusi çəkisinə görə müəyyənləşdirilir
B) nağdsız qaydada ödənilən ƏDV tam məbləğdə əvəzləşdirilir
C) nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi əvəzləşdirilir
D) əvəzləşdirməyə yol verilmir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
33. Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir?
A) nağdsız ödəmələr olduqda əvəzləşdirilir
B) nağd ödəmələr olduqda əvəzləşdirilir
C) ödənişin formasından asılı olmayaraq əvəzləşdirilmir
D) ödənişin 50 faizi həcmində əvəzləşdirilir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
34. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə hansı qaydada həyata keçirilir?
A) bu əməliyyatlar nəticəsində nağdsız qaydada ödənilən ƏDV 50 faizi həcmində əvəzləşdirilir
B) vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən nağdsız qaydada ödənilən ƏDV-nin məbləği əvəzləşdirilir
C) bu əməliyyatlar nəticəsində nağsız qaydada ödənilən ƏDV tam məbləğdə əvəzləşdirilir
D) heç bir əvəzləşdirməyə yol verilmir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
35. Əlavə dəyər vergisindən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar, işlər, xidmətlər alınarkən ödənilmiş ƏDV məbləği hansı qaydada əvəzləşdirilir?
A) əvəzləşdirilmir
B) vergi ödəyicisinə qaytarılır
C) 100 faiz əvəzləşdirilir
D) 50 faiz əvəzləşdirilir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
36. Sıfır [0] dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparan şəxslər tərəfindən mallar, işlər, xidmətlər alınarkən nağdsız qaydada ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir?
A) 50 faiz əvəzləşdirilir
B) 30 faiz əvəzləşdirilir
C) əvəzləşdirilmir
D) ümumi qaydada əvəzləşdirilir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
37. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?
A) hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
B) hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
C) hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
D) hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
38. ƏDV üzrə hesabat dövrü nə sayılır?
A) təqvim ayı
B) təqvim ili
C) rüb
D) hesabat dövrü müəyyənləşdirilməyib
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
39. ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?
A) vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
B) maliyyə orqanları və onların vəzifəli şəxsləri
C) gömrük orqanları və onların vəzifəli şəxsləri
D) vergi orqanları və onların vəzifəli şəxsləri
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
40. ƏDV bəyannaməsinin vaxtında təqdim edilməsi üçün kim məsuliyyət daşıyır?
A) maliyyə orqanları və onların vəzifəli şəxsləri
B) vergi orqanları və onların vəzifəli şəxsləri
C) gömrük orqanları və onların vəzifəli şəxsləri
D) vergi ödəyicisi və onun vəzifəli şəxsləri
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
41. Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?
A) aksizli malları idxal edən şəxs
B) aksizli malları istehsal edən müəssisələr
C) aksizli malların satışı ilə məşğul olan şəxs
D) aksizli malları istehsal edən fiziki şəxs
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
42. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və tütün məmulatları üçün aksizlər üzrə vergi tutulan əməliyyatın məbləği dedikdə nə başa düşülür?
A) müştəridən alınan və ya alınmalı olan haqqın topdansatış bazar qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
B) müştəridən alınan və ya alınmalı olan haqqın topdansatış bazar qiymətindən [aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
C) müştəridən alınan və ya alınmalı olan haqqın topdansatış bazar qiymətindən [ƏDV çıxılmaqla] aşağı olmayan məbləğ
D) müştəridən alınan və ya alınmalı olan haqqın topdansatış bazar qiymətindən [ƏDV çıxılmadan] aşağı olmayan məbləğ
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
43. İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
A) malların istehsalının başa çatdığı vaxt
B) malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt
C) malların təqdim edildiyi vaxt
D) malların alıcıya verildiyi vaxt
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
44. Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?
A) vergidən azaddır
B) sıfır [0] dərəcə ilə
C) gömrük orqanının müəyyən etdiyi dərəcə ilə
D) qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
45. Aksizli malları alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs malları alarkən ödənilmiş aksiz məbləğini hansı qaydada əvəzləşdirir?
A) ödənilmiş məbləğ tam həcmdə əvəzləşdirilir
B) ödənilmiş məbləğin malın maya dəyərinə aid edilməyən hissəsi əvəzləşdirilir
C) ödənilmiş məbləğin 50 faizi əvəzləşdirilir
D) ödənilmiş məbləğ əvəzləşdirilmir
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
46. Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?
A) neft məhsulları
B) içməli spirt
C) maya
D) tütün məmulatları
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
47. Azərbaycan Respublikasında arağa [vodkaya], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?
A) hər litrinə 0,8 manat
B) hər litrinə 0,08 manat
C) hər dekalitrinə 0,2 manat
D) hər litrinə 0,5 manat
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
48. Aksiz vergisi üçün hesabat dövrü aşağıdakılardan hansıdır?
A) ay
B) rüb
C) həftə
D) dekada
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
49. Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?
A) hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
B) hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
C) hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
D) hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d
50. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?
A) həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
B) həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
C) həmin əməliyyatların aparıldığı vaxt
D) həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
[ ] a. variant a
[ ] b. variant b
[ ] c. variant c
[ ] d. variant d