N 0817040100977800
26.09.2008
Dövlət vergi orqanlarında işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi
haqqında
«Dövət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanının və Vergilər Nazirliyinin 11 may 2005-ci il tarixli F-141 saylı əmrinin icrasının təmin edilməsi məqsədilə
ƏMR EDİRƏM
1. Vergilər Nazirinin F-199 saylı 06.07.2005-ci il tarixli əmri, 18.09.2006-cı il tarixli 0617040100948400 və 26.01.2007-ci il tarixli 0717040100053300 saylı əmrləri ilə edilmiş dəyişikliklər də nəzərə alınmaqla qüvvədən düşmüş hesab edilsin.
2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müracət etmiş şəxslərin "Elektron ərizə" forması (əlavə 1), "Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi qaydaları" təsdiq edilsin (əlavə 2).
3. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizsdlərin müsabiqəsinin keçirilməsi üçün iş planı təsdiq edilsin (əlavə 3).
4. İş planına əsasən vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqə elan edilsin.
5. Elanın mətni bu əmrlə təsdiq edilsin (əlavə 4).
6. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlardan sənədlərin elektron formada qəbul edilməsi və ilkin yoxlanılmasının təşkili üçün işçi qrupun tərkibi təsdiq edilsin (əlavə 5).
7. Vergilər Nazirliyinin Mərkəzi Aparatının bütün struktur bölmələrinin rəhbərləinə tapşırılsın ki, aidiyyəti üzrə bu əmrin tələblərindən irəli gələn bütün məsələləri həll etsinlər.
8. Bu əmrin icrasına nəzarət Vergilər Nazirinin müavini - Komissiyanın sədri
Natiq Qasımova həvalə edilsin.
Vergilər naziri,
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Fazil Məmmədov |