| Ə M R № F-364 30 dekabr 2005-ci il Vergi ödəyicilərinin uçotuna dair Metodiki Göstərişin, Qaydaların və sənəd formalarının təsdiq edilməsi haqqında «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi və Vergilər Nazirliyinin 2005-ci il 27 dekabr tarixli F-355 №-li Əmrindən irəli gələn vəzifələrin icrası məqsədi ilə ƏMR EDİRƏM: 1. «Dövlət vergi orqanlarında vergi ödəyicilərinin və onların nəzarət-kassa aparatlarının uçotunun aparılmasına dair Metodiki Göstəriş» təsdiq edilsin (əlavə olunur). 2. «Vergi ödəyicilərinin vahid dövlət reyestrinin və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması Qaydaları» təsdiq edilsin (əlavə olunur). 3. Aşağıda göstərilən sənədlərin formaları və onların doldurulma qaydaları təsdiq edilsin (əlavə edilir): - Vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında ərizə və həmin ərizənin doldurulması qaydası; - Fərdi sahibkarın və vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında ərizə və onun doldurulması qaydası; - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizə və onun doldurulması qaydası; - Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı haqqında ərizə və onun doldurulması qaydası; - Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayış və onun doldurulması qaydası; - Şəhadətnamə-dublikatın alınması uçun ərizə və onun doldurulması qaydası; - Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə və onun doldurulması qaydası; - Hüquqi şəxsin (hüquqi şəxsin bölməsinin) ləğv edilməsi barədə məlumat; - Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə. 4. Naxçıvan MR Vergilər Nazirliyi, İri vergi ödəyiciləri ilə iş üzrə Departament, Bakı şəhəri Vergilər Departamenti, ərazi vergilər idarələri və şəhər (rayon) vergilər şöbələrinin rəhbərlərinə tapşırılsın ki, vergi ödəyicilərinin uçotunun aparılmasını, bank hesablarının açılması üçün şəhadətnamə-dublikatların verilməsini və nəzarət-kassa aparatlarının qeydiyyatını bu əmrlə təsdiq edilmiş Metodiki Göstərişin və Qaydaların tələblərinə riayət etməklə aparılmasını təmin etsinlər; 5. Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyevə tapşırılsın ki, 30 gün müddətində «Dövlət vergi orqanlarında vergi ödəyicilərinin və onların nəzarət-kassa aparatlarının uçotunun aparılmasına dair Metodiki Göstəriş»in və «Vergi ödəyicilərinin vahid dövlət reyestrinin və əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi ilə əlaqədar müvafiq tədris proqramında dəyişikliklərin aparılmasını təmin etsin. 6. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, yeni metodiki göstərişin və ərizə formalarının tətbiq edilməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müvafiq işləri həyata keçirsin. 7. Vergilər Nazirliyinin 2004-cü il 2 aprel tarixli F-76 və F-77 №-li, 2004-cü il 17 may tarixli F-108 №-li və 2005-ci il 11 yanvar tarixli F-14 №-li əmrləri qüvvədən düşmüş hesab edilsin. 8. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş sənəd formalarının hazırlanması və vergi orqanlarına çatdırılması üçün müvafiq tədbirlər görsün. 9. Aparatın rəhbəri Sevda Məmmədovaya tapşırılsın ki, bu Əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. 10. Əmrin icrasına nəzarət nazir müavini Natiq Əmirova tapşırılsın. Nazir 2-ci dərəcəli dövlət |