23.01.2008
Vergi daxilolmaları haqqında
Vergilər Nazirliyinin Kommersiya hüququ şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin məlumatına əsasən, 2007-ci ilin yanvar-dekabr aylarında vergi daxilolmaları üzrə proqnoz 107,0 faiz icra olunub və dövlət büdcəsinə 4 mlrd. 253,4 mln. manat əvəzinə 4 mlrd. 549,3 mln. manat vəsait ödənilib.
2007-ci ildə büdcəyə daxil olmuş vəsaitlərin həcmi 2006-cı illə (2 mlrd. 714,7 mln. manat) müqayisədə 1 mlrd. 834,6 mln. manat və ya 67,6 faiz çox olmuşdur.
2007-ci ildə tədiyə növləri üzrə aparılan təhlilə əsasən, bütün vergi və tədiyə növləri üzrə vergi proqnozlarının yerinə yetirildiyi və daxilolmaların 2006-cı ilə nisbətən artdığı müəyyən olunmuşdur.
O cümlədən, əlavə dəyər vergisi üzrə 668,2 mln. manat proqnoza qarşı büdcəyə 669,65 mln. manat vəsait daxil olmuş, proqnoz 100,2 faiz icra edilmişdir. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 268,8 mln. manat və ya 67,1 faiz coxdur.
Aksizlər üzrə 329,85 mln. manat proqnoza qarşı büdcəyə 330,6 mln. manat vəsait daxil olmuş, proqnoza 100,2 faiz icra edilmişdir. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 166,5 mln. manat və ya 101,5 faiz coxdur.
Mənfəət vergisi üzrə 2 mlrd. 195,7 mln. manat proqnoza qarşı büdcəyə 2 mlrd. 459,18 mln. manat vəsait daxil olmuş, proqnoz 112,0 faiz icra edilmişdir. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 1 mlrd. 84,5 mln. manat və ya 78,9 faiz çoxdur.
Mədən vergisi üzrə 123,13 mln. manat proqnoza qarşı 123, 23 mln. manat vəsait daxil olmuş, proqnoz 100,1 faiz icra edilmişdir. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 23,03 mln. manat və ya 23.0 faiz çoxdur.
Torpaq vergisi üzrə 27,20 mln. manat proqnoza qarşı 27,29 mln. manat vəsait daxil olmuş, proqnoza 100,3 faiz əməl olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 8,6 mln. manat və ya 45,9 faiz çoxdur.
Əmlak vergisi üzrə 72,43 mln. manat proqnoza qarşı büdcəyə 72,76 mln. manat vəsait daxil olmuş, proqnoza 100,5 faiz əməl olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 16,63 mln. manat və ya 29,6 faiz çoxdur.
Fiziki şəxslərin gəlir vergisi üzrə 578,31 mln. manat proqnoza qarşı büdcəyə 596,6 mln. manat vəsait daxil olmuş və proqnoz 103,2 faiz icra edilmişdir. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 184,5 mln. manat və ya 44,8 faiz çoxdur.
Dövlət rüsumu üzrə 48.70 mln. manat proqnoza qarşı büdcəyə 50,06 mln. manat vəsait daxil olmuş, proqnoza102,8 faiz əməl olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 16,2 mln. manat və ya 47,6 faiz çoxdur.
Yol vergisi üzrə 17,06 mln. manat proqnoza qarşı büdcəyə 17,14 mln. manat vəsait daxil olmuş, proqnoza 100,5 faiz əməl olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 6,7 mln. manat və ya 64,9 faiz çoxdur.
Sadələşdirilmiş vergi üzrə 45,90 mln. manat proqnoza qarşı büdcəyə 48,10 mln. manat vəsait daxil olmuş, proqnoz 104,8 faiz icra olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 18,5 mln. manat və ya 62,4 faiz çoxdur.
Sair daxilolmalar üzrə 146,92 mln. manat proqnoza qarşı büdcəyə 154,65 mln. manat vəsait daxil olmuş, proqnoza 105,3 faiz əməl olunmuşdur. Bu vergi növü üzrə daxil olan vəsait 2006-cı ilə nisbətən 40,6 mln. manat və ya 35,6 faiz çoxdur.
geriyə || yuxarı
|