11.01.2008

“TeliaSonera” şirkətinin prezidenti Lars Niberq ilə keçirilmiş görüş haqqında

Yanvarın 10-da vergilər naziri Fazil Məmmədov «TeliaSonera» şirkətinin prezidenti Lars Niberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə vergilər naziri Fazil Məmmədov Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi və iqtisadi, o cümlədən vergi islahatları barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın dövlət başçısı son illər ərzində neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsini hökumət qarşısında başlıca vəzifə kimi qoymuşdur. Bu baxımdan hökumət bir sıra digər sahələr kimi, telekommunikasiya sektorunun da inkişafında maraqlıdır. Hazırda ölkəmizdə xarici investisiaların cəlb edilməsi üçün zəruri qanunvericilik bazası, bununla da, həmin sahədə fəaliyyətin stimullaşdırılması üçün geniş imkanlar yaradılmışdır.
«TeliaSonera» şirkətinin prezidenti Lars Niberq ətraflı məlumat üçün vergilər naziri Fazil Məmmədova təşəkkürünü bildirmişdir.  L.Niberq ölkədə həyata keçirilən iqtisadi, eləcə də vergi islahatlarının birbaşa şahidi olduğunu vurğulamış, bu səbəbdən, rəhbərlik etdiyi şirkətin Azərbaycana sərmayə qoyuluşlarında maraqlı olduğunu demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 


geriyə || yuxarı