24.09.2007
İdmançılarla görüş haqqında
Sentyabrın 24-də Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədov ötən həftə Bakı şəhərində keçirilən böyüklər arasında sərbəst və Yunan-Roma güləşi üzrə Dünya Çempionatında medallar qazanan, eləcə də 2008-ci ildə Pekində təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziyalar əldə edən idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.
Federasiya prezidenti idmançıları çempionatda nailiyyətləri münasibətilə təbrik etmiş, növbəti yarış və turnirlərdə yeni uğurlar arzulamışdır.
Öz növbəsində, yığma komandanın məşqçiləri və idmançılar yaradılan şəraitə görə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirmiş və gələcəkdə də etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulamışlar.
Tədbirin sonunda dünya çempionu Fərid Mansurov, çempionatın bürünc mükafatçısı Çamsulvara Çamsulvarayev, Pekin Olimpiadasına vəsiqə qazanmış 3 qadın idmançımız, onların fərdi məşqçiləri, eləcə də həm Yunan-Roma, həm də sərbəst güləş üzrə yığma komandamızın baş məşqçiləri federasiya və sponsorlar tərəfindən qiymətli hədiyyələr və pul mükafatları ilə mükafatlandırılmışlar.
geriyə || yuxarı
|