03.10.2008

Operativ nəzarət tədbirləri haqqında

Vergilər Nazirliyi  əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir.
18.08.08-21.09.08 tarixləri ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı  1717 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu zaman 880 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 103 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilmişdir. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 253 vergi ödəyicisi aşkar edilmiş, 159 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 125 vergi ödəyicisində 134 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 70 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 97 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunmuşdur.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 30 vergi ödəyicisində 990.1 manat dəyərində 1109 ədəd aksiz  markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir.
Operativ nəzarət tədbirləri davam etdirilir.  


geriyə || yuxarı