30.10.2007

Estoniya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın imzalanması barədə

Oktyabrın 30-da Vergilər Nazirliyində Azərbaycan Respublikası və Estoniya hökumətləri arasında «Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilrin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında» Konvensiya imzalanması mərasimi keçirilmişdir.
Tədbiri açan Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov qonaqlara ölkədə son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat vermişdir. Nazir Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bunun nəticəsində büdcə daxilolmalarının da  sürətlə artdığını diqqətə çatdırmışdır. F.Məmmədov rəsmi Bakının Avropa ölkələri, o cümlədən Estoniya ilə ikitərəfli münasibətlərin qurulmasında maraqlı olduğunu bildirmişdir. Eyni zamanda, nazir ikiqat vergitutmanın aradan qaldırılması barədə sazişlərin əhəmiyyətindən söz açaraq, konvensiyanın hər iki ölkənin iş adamları üçün vacibliyini vurğulamışdır.
Öz növbəsində Estoniyanın xarici işlər naziri cənab Urmas Payet Bakıya ölkəsini təmsil edən iş adamları ilə birgə gəldiklərini və qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının zəruriliyini diqqətə çatdırmışdır. U.Payet Azərbaycanla iqtisadi sahədə digər müqavilələrin də imzalanmasında maraqlı olduqlarını bildirmişdir.
Sonra tərəflər arasında «Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilrin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında» Konvensiya imzalanmışdır.

 


geriyə || yuxarı