19.10.2007

2007-ci ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları haqqında

Vergilər Nazirliyinin məlumatına əsasən, 2007-ci ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 106,7 faiz icra olunmuş və dövlət büdcəsinə 3 mlrd. 64,4 mln. manat əvəzinə 3 mlrd. 268,6 mln. manat vəsait ödənilmişdir.
Ayrı-ayrı vergi növlərinə gəldikdə, proqnoz torpaq vergisi üzrə 111,8 faiz, mədən vergisi üzrə 111,4 faiz, mənfəət vergisi üzrə 109,9 faiz, əlavə dəyər vergisi üzrə 103,4 faiz, aksizlər üzrə 102,6 faiz, yol vergisi üzrə 101,7 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 100,9 faiz, əmlak vergisi üzrə 100,4 faiz həcmində yerinə yetirilmişdir. Yalnız sadələşdirilmiş vergi üzrə daxilolmalar proqnozlaşdırılan məbləğdən az olmuşdur: sadələşdirilmiş vergi üzrə proqnoz 99,6 faiz səviyyəsində icra edilmişdir.

 


geriyə || yuxarı