21.11.2008
Olimpiadanın keçirilməsi haqqında
Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 14 ali məktəbin tələbə və magistrantları arasında «Vergilər» mövzusunda 3-cü Olimpiada keçirilmişdir.
Olimpiadada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Mingəçevir Politexnik İnstitutu və Lənkəran Dövlət Universitetinin 200-dən cox tələbə və magistrantı iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris məsələləri üzrə prorektor əvəzi Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, son illərdə vergilərin tədrsində müşahidə olunan uğurlardan bəhs etmişdir. O, Olimpiadanın Dövlət İqtisad Universitetində keçirilməsindən məmnunluq ifadə etmiş, iştirakçılara uğurlar arzulamışdır.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev Olimpiadanın ali məktəblərdə vergilərlə bağlı biliklərin dərinləşməsinə və vergi fənninin tədrisnin keyfiyyətinin artırılmsına müsbət təsiri barədə danışmışdır. Y.Kəlbiyev əvvəlki illərə nisbətən, bu dəfə Olimpiada iştirakçılarının sayının və əhatə dairəsinin xeyli genişləndiyini diqqətə çatdırmış, olimpiadanın keçirilməsi qaydalarını ətraflı izah edərək iştirakçılara uğurlar arzulamışdır.
Sonra olimpiada iştirakçıları auditoriyalara bölünərək 2 saat ərzində sualları cavablandırmışlar. Olimpiada test üsulu ilə keçirilmişdir. Olimpiadanın nəticələri Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəsslərinin hazırladığı xüsusi kompüter proqramları və avadanlıqlar vasitəsilə qiymətləndirilmişdir.
Olimpiadanın bağlanış mərasimində Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov çıxış edərək bu günkü bilik yarışının bütövlükdə ciddi rəqabət şəraitində keçdiyini söyləmişdir. Onun sözlərinə görə, iştirakçıların topladığı ümumi bal və göstərdikləri nəticələr belə söyləməyə əsas verir ki, tələbələr arasında «Vergilər» mövzusu getdikcə daha çox populyarlıq qazanmaqdadır və onların vergi bilikləri kifayət qədər artmışdır. İstər tələbələrin fərdi olaraq, istərsə də ali təhsil ocaqlarının bütövlükdə əldə etdiyi ümumi göstəricilər əvvəlki illərin müvafiq göstəricilərindən yüksəkdir.
Sonra olimpiadanın qalibləri diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Mükafatları AzDİU-nin tədris məsələləri üzrə prorektor əvəzi Damət Bağırov və Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov təqdim etmişlər.
geriyə || yuxarı |