13.11.2007
2007-ci ilin yanvar-oktyabr aylarında vergi daxilolmaları haqqında
Vergilər Nazirliyinin məlumatına əsasən, 2007-ci ilin yanvar-oktyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 107,7 faiz icra olunmuş və dövlət büdcəsinə 3 milyard 731,6 milyon manat əvəzinə 4 milyard 17,4 milyon manat vəsait ödənilmişdir.
Ayrı-ayrı vergi növlərinə gəldikdə, proqnoz torpaq vergisi üzrə 104,5 faiz, sadələşdirilmiş vergi üzrə 101,8, yol vergisi üzrə 101,1 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 100,8 faiz, mədən vergisi üzrə 100,2 faiz, aksizlər üzrə 100,2 faiz, əmlak vergisi üzrə 100,2 faiz həcmində yerinə yetirilmişdir. Yalnız əlavə dəyər vergisi üzrə daxilolmalar proqnozlaşdırılan məbləğdən az olmuşdur: bu vergi üzrə proqnoz 96,8 faiz səviyyəsində icra edilmişdir.
geriyə || yuxarı
|