03.05.2008
Sovqatın aparılması haqqında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Vergilər Nazirliyinin nümayəndələri Ağcabədi rayonu ərazisində məskunlaşan Şuşa, Laçın, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkünlərə baş çəkmiş və onlara maddi yardım göstərmişlər.
Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov ulu öndərin ölkəmiz və xalqımız üçün gördüyü işlərdən danışmışdır.
Vergilər nazirinin müavini Natiq Qasımov ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi respublikanın hər yerində geniş qeyd olundüğünü qeyd etmişdir. Nazir müavini bildirmişdir ki, ölkəmiz müstəqilliyini böyük çətinliklərdən keçərək əldə etmişdir. Ölkəmizin istiqlalı millətimizin ən böyük və taleyüklü amalıdır. Lakin gerçək istiqlal, yalnız bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. İstiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, vətənpərvərlik yanğısı ilə qorumaq, dövlətçiliyi əbədi etmək lazımdır. Ümummilli lider Heydər Əliyevin ən böyük xidməti də məhz əldə edilmiş müstəqilliyi qoruyub saxlaması və çiçəklənən Azərbaycanın əsasını qoyması olmuşdur. Natiq vurğulamışdır ki, müstəqil, azad, suveren Azərbaycan dövlətinin qurulması məhz ümummilli liderin adı ilə bağlıdır.
Natiq Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi fərmana uyğun olaraq hökumətin bu istiqamətdə gördüyü işlərdən bəhs etmiş, ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının tapşırığına əsasən bütün dövlət strukturlarının məcbüri köçkün ailələrinə qayğı göstərməli olduğunu vurğulamış, həmçinin yeni qəsəbələrin salınmasını, iş yerlərinin açıldığını qeyd etmişdir.
Vergilər Nazirliyinin məsul şəxsləri qaçqın və məcburi köçkünlərlə söhbət zamanı onların qayğı və problemləri ilə maraqlanmış, tezliklə doğma yurdlarına dönmələrini arzulamışlar.
Öz növbəsində, məcburi köçkünlər və yerli icra hakimiyyəti nümayəndələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, ümummilli lider daim məcburi köçkünlərə qayğı göstərmişdir. Çıxış edənlər bölgələrdə yeni-yeni qəsəbələrin salınmasını, məktəblərin, səhiyyə ocaqlarının inşasını, ölkə prezidentinin qaçqın və köçkünlərə göstərdiyi qayğını alqışladıqlarını xüsusi vurğulamışdırlar.
Sonra nazirliyin daxili imkanları hesabına alınmış 53 tondan çox şəkər tozu, düyü, un, yağ və toyuqdan ibarət ərzaq məhsulları və 20,3 ton yanacaq rayon ərazisindəki Türk Qızıl Ay, Taxtakörpü, Alman qəsəbələrində məskunlaşan 1.574 ailəyə paylanmışdır.
geriyə || yuxarı |