17.03.2008

Vergi orqanlarına işə qəbul haqqında

Vergilər Nazirliyi «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanına, həmçinin Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən namizədlərin sənəd qəbulunu elan edir.
Vergi orqanlarında işə qəbul olunmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları 17.03.2008-08.04.2008-ci il tarixlərdə, iş günləri saat 10.00-dan 17.00-dək, Vergilər Nazirliyinə şəxsən müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ərizə (TQDK-nın təqdim etdiyi blank Vergilər Nazirliyi tərəfindən pulsuz verilir);
- Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə (forması Vergilər
Nazirliyi tərəfindən pulsuz verilir);
- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
- Tərcümeyi-hal (blank Vergilər Nazirliyi tərəfindən pulsuz verilir);
- Kadrların şəxsi uçot vərəqəsi (blank Vergilər Nazirliyi tərəfindən pulsuz verilir);
- 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
- Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
- Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında yaşayış yerindən arayış;
- Yaşadığı yerin poliklinikasından sağlamlıq barədə arayış;
- Respublika Narkoloji Dispanserdən arayış və yoxlama aktı;
- Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- Nigah, uşaqların doğum və boşanma haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətləri;
- Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti.
Bu sənədlərdən hər hansı biri çatışmadıqda və ya saxta olduğu aşkar edildikdə,  namizəd müsabiqəyə buraxılmır. Sənəd qəbulu zamanı əyani şöbədə ali təhsil alan, hərbi xidmətdə olmayan, ali təhsilə malik olmayan, ixtisası uyğun olmayan (uyğun ixtisaslar: iqtisadiyyat, hüquq və idarəetmə sahələri üzrə ixtisaslar nəzərdə tutulur), yaşı 35-i keçmiş və dövlət qulluğundan mənfi motivlərlə işdən azad edilmiş vətəndaşların sənədləri qəbul edilmir.
Növbəti mərhələdə müsabiqəyə buraxılan namizədlərin siyahısı təsdiq edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 3-də test imtahanı, ikinci mərhələdə – mayın 5-7-dək Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası test imtahanlarını uğurla başa vurmuş namizədlərlə müsahibə keçirəcək. Müsabiqənin nəticələri barədə kütləvi informasiya vasitələrində mayın 15-də məlumat veriləcək.

Elan olunan vakant yerlər:

Mərkəzi Aparat (Bakış.) – 2 yer
Vergilır Nazirliyi yanında Xüsusi Rejimli Vergi xidməti – 1 yer
Bakışəhəri Vergir Departamenti üzrə - 3 yer
2 saylı ƏVİ (Sumqayıt ş.) – 2 yer                   
3 saylı ƏVİ (Quba ş.) – 3 yer
4 saylı ƏVİ (Şamaxı ş.) – 5 yer          
5 saylı ƏVİ (Əli-Bayramlı ş.) – 4 yer
6 saylı ƏVİ (lənkəran ş.) – 5 yer        
8 saylı ƏVİ (Beyləqan ş.) – 2 yer
9 saylı ƏVİ (Goyçay ş.) – 3 yer
10 saylı ƏVİ (Qəbələ ş.) –4 yer
11 saylı ƏVİ (Yevlax ş.) – 3 yer
12 saylı ƏVİ (Gəncə ş.) – 5 yer
13 saylı ƏVİ (Zaqatala ş.) – 2 yer
14 saylı ƏVİ (Şəmkir ş.) – 3 yer                     
Ağdam  rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Bərdə rayonunda yerləşir) - 1 yer
Xocavənd rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Beyləqan rayonunda yerləşir- 2 yer
Cəbrayıl rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Saatlı şəhərində yerləşir) - 1 yer          

Şuşa rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Bakı şəhərində yerləşir) - 1 yer
Laçın rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Bakı şəhərində yerləşir) - 1 yer
Qubadlı rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) - 2 yer
Zəngilan rayon Vergilər Şöbəsi (müvəqqəti olaraq Bakı şəhərində yerləşir) - 1 yer

CƏMİ: 56 nəfər

Qeyd: Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız yuxarıda qeyd
olunan  vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət
edə bilər.
Namizəd ərizəsində göstərdiyi vəzifədən imtina edərsə, Vergilər
Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

 

 

geriyə || yuxarı