11.07.2007

Vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində görülmüş işlər barədə

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə Vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq 2008-ci ilin 1-ci yarımilliyi ərzində də vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işləri davam etdirmişdir.
Belə ki, sözügedən dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 107 cinayət işi başlanmışdır. Bu işlərdən 10-u alınmış məlumatlar və daxil olmuş müraciətlərlə bağlı bilavasitə Departament tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində toplanmış materiallar üzrə başlanmışdır. İbtidai istintaqı tamamlanmış 54 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 20 iş, qanunsuz sahibkarlığa görə 3 iş və aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 1 iş olmaqla, cəmi 27 nəfər barəsində 24 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 19 cinayət işinə xitam verilmişdir. İstintaqı  tamamlanmış  cinayət işləri üzrə vurulmuş ziyandan 515,5 min manat və cinayət işi başlanması rədd eilmiş materiallar üzrə isə 3 mln. 339 min manat, cəmi 3 mln. 854 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur ki, bu keçən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 3 mln. 419 min manat və ya 8,8 dəfə çoxdur. 
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 23 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Departamentdə bir sıra çoxepizodlu və məzmunca mürəkkəb olan cinayət işləri üzrə külli miqdarda vergiləri ödəməkdən yayınma və digər faktlarla bağlı ibtidai istintaq davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər üzrə müvafiq tədbirlər həyata keçirilərək, toplanmış  materiallar üzrə 10 cinayət işi başlanmış, 76 şəxs haqqında materiallar aidiyyəti vergi orqanlarına göndərilmişdir.
Cinayət işləri üzrə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 16 şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilmiş, istintaqdan yayınan 67 şəxsin  məcburi qaydada gətirilməsi təmin olunmuş, 256 şəxsin isə yeri müəyyən olunaraq istintaqa gəlmələri təmin edilmişdir. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 23 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti üzrə vergilər idarələrinə təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş        qaydada mübarizə tədbirləri davam etdirilir.

 


geriyə || yuxarı