23.07.2007
Operativ nəzarət tədbirləri haqqında
Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə iyunun 25-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir.
İyulun 23-ə olan məlumata əsasən, 15525 obyektdə nəzarət tədbirləri keçirilmiş, bu zaman həmin obyektlərdən 760-da qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Belə ki, nəzarət tədbirləri zamanı dəyəri 158400 manat olan 119601 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir. Bu malların 19303 ədədi tütün məmulatı, 100298 ədədi alkoqollu içkilərdir.
Operativ nəzarət tədbirləri davam edir.
geriyə || yuxarı
|