06.07.2007

Operativ nəzarət tədbirləri haqqında

Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə iyunun 25-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir.
İyulun 6-a olan məlumata əsasən, 9131 obyektdə nəzarət tədbirləri keçirilmiş, bu zaman həmin obyektlərdən 497-də qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Belə ki, nəzarət tədbirləri zamanı dəyəri 103986 manat olan 68106 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir. Bu malların 8721 ədədi tütün məmulatı, 59385 ədədi alkoqollu içkilərdir.
Operativ nəzarət tədbirləri davam edir.

 


geriyə || yuxarı