02.07.2007
Operativ nəzarət tədbirləri haqqında
Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə iyunun 25-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir.
İyulun 1-ə olan məlumata əsasən, 6877 obyektdə nəzarət tədbirləri keçirilmiş, bu zaman həmin obyektlərdən 394-də qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Belə ki, nəzarət tədbirləri zamanı dəyəri 56 842 manat olan 36780 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir. Bu malların 8103 ədədi tütün məmulatı, 26677 ədədi alkoqollu içkilərdir.
Operativ nəzarət tədbirləri davam edir.
geriyə || yuxarı
|