03.07.2007

Operativ nəzarət tədbirləri haqqında

Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə iyunun 25-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir.
İyulun 3-ə olan məlumata əsasən, 7413 obyektdə nəzarət tədbirləri keçirilmiş, bu zaman həmin obyektlərdən 419-da qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Belə ki, nəzarət tədbirləri zamanı dəyəri 57535 manat olan 37373 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir. Bu malların 8120 ədədi tütün məmulatı, 29253 ədədi alkoqollu içkilərdir.
Operativ nəzarət tədbirləri davam edir.

 


geriyə || yuxarı