14.12.2007
2007-ci ilin yanvar-noyabr aylarında vergi daxilolmaları haqqında
Vergilər Nazirliyinin məlumatına əsasən, 2007-ci ilin yanvar-noyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 106,4 faiz icra olunmuş və dövlət büdcəsinə 3 milyard 983,4 milyon manat əvəzinə 4 milyard 238,2 milyon manat vəsait ödənilmişdir.
Ayrı-ayrı vergi növlərinə gəldikdə, proqnoz mənfəət vergisi üzrə 111,9 faiz, aksizlər üzrə 100,3 faiz, əlavə dəyər vergisi 97,7 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 101,1 faiz, mədən vergisi üzrə 100,1 faiz, torpaq vergisi üzrə 101,1 faiz, sadələşdirilmiş vergi üzrə 99,9 faiz, yol vergisi üzrə 101,0 faiz, əmlak vergisi üzrə 100,7 faiz həcmində yerinə yetirilmişdir.
geriyə || yuxarı
|