01.12.2007
«Vergilər» mövzusunda 2-ci Olimpiada haqqında
Dekabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında 9 ali məktəb tələbələri arasında «Vergilər» mövzusunda 2-ci Olimpiada keçirlmişdir.
Olimpiadada Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (AzDİU), Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Beynəlxalq Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Universitetinin, Odlar Yurdu Universitetinin, Qərb Universitetinin və Bakı Biznes Universitetinin 140-dək tələbəsi iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektor əvəzi Əsəd Mirzəyev ölkənin ali məktəblərinin müəllim və tələbə heyətini salamlamış, son illərdə vergi tədrsində müşahidə olunan uğurlardan bəhs etmişdir. Ə.Mirzəyev Olimpiadanın Dövlət İqtisad Universitetində keçirilməsindən məmnunluq ifadə etmiş, iştirakçılara uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Aparatının rəhbəri A.Cahangirov Olimpiadanın təşkili məqsədləri barədə iştirakçılara məlumat vermiş, bu tədbirin ictimaiyyət arasında vergi mədəniyyitinin yüksəldilməsinə, orta və ali məktəblərdə vergilərlə bağlı biliklərin dərinləşməsinə və vergi fənninin tədrisnin keyfiiyətinin artırılmsına müsbət təsiri barədə danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli «Azərbaycan Respublikasında Vergi İnzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqınlda» Sərəncamına əsasən, dövlət başçısının vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrdən biri əhalinin, xüsusilə də gənc nəslin vergi mədəniyyətinin yüksəldilməsinə vergi orqanları tərəfindən diqqqətin artırılması ilə bağlıdır.
A.Cahangirov xüsusilə vurğulamışdır ki, Vergilər Nazirliyi tərəfindən son illər ərzində ali və orta məktəblərdə vergilərin tədrisi ilə bağlı məqsədyönlü işlər görülmüşdür. Belə ki, orta məktəblər üçün dərsliklər hazırlanmış, bir çox bölgələrdə tədris metodiki kabinetlər yaradılmış, ali təhsil ocaqlarında isə vergilərin tədrsinə hərtərəfli köməklik göstərilmişdir. Artıq Azərbaycanın bir çox nüfuzlu ali təhsil ocaqları vergi ixtisası üzrə tələbə qəbul edir, bu istiqamətdə ayrıca kafedralar yaradılır. A.Cahagirov bunu vergilərin cəmiyyətdə və ölkənin sosial-iqtisadi həyatında artan rolu ilə izah etmişdir.
Sonra Olimpiada iştirakçıları auditoriyalara bölünərək 2 saat ərzində suallara cavab vermişlər. Olimpiada test üsulu ilə keçirilmişdir. Olimpiadanın nəticələri ilk dəfə Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəsslərinin hazırladığı xüsusi kompüter proqramları və avadanlıqlar vasitəsilə qiymətləndirilmişdir.
Olimpiadanın nəticələrinə əsasən seçilmiş qaliblər mükafatlandırılmışlar. Mükafatları AzDİU-nin rektoru Şəmsəddin Hacıyev və Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirov təqdim etmişlər.
AzDİU-nun vergi və vergiqoyma ixtisasının 4-cü kurs tələbəsi Mirnərmin Ağazadə 1-ci yerə, AzDİU-nun vergi və vergiqoyma ixtisasının 4-cü kurs tələbələri Əsruf Salmanova və Nicat Barxudarov 2-ci yerə, "Qafqaz" Universitetinin beynəlxalq hüquq ixtisasının 3-cü və 4-cü kurs tələbələri İsrayıl İmanlı və Faiq Kazımov və AzDİU-nun vergi və vergiqoyma ixtisasının 4-cü kurs tələbəsi Əli Məmmədzadə 3-cü yerə layiq görülmüşlər. AzDİU-nun vergi və vergiqoyma kafedrasının müəllimi Damət Bağırov isə tələbəsi ən yüksək nəticə göstərən müəllim kimi mükafatlandırılmışdır.
geriyə || yuxarı
|