01.12.2007

“Hərəmiz bir ağac əkək!” təşəbbüsü haqqında

Ölkəmizin sosial-iqtisadi inkişafı sürətləndikcə abadlıq-quruculuq işlərinin də miqyası günbəgün genişlənir. Məhz bunun nəticəsidir ki, son zamanlar şəhər və rayonlarımızın siması əsaslı şəkildə dəyişilmiş, yeniləşmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək!” devizi altında keçirilən yaşıllaşdırma tədbirləri bu baxımdan xüsusilə diqqətəlayiqdir və ictimaiyyət arasında dərin razılıq hissi ilə qarşılanır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə həyata keçirilən bu hərəkatın əhəmiyyəti vergi əməkdaşları tərəfindən də yüksək dəyərləndirilir və fəal iştirak edirlər.
Tədbirlərin davamı kimi, Vergilər Nazirliyinin kollektivi şənbə iməciliyi keçirmiş, Xızı rayonunun Giləzi qəsəbəsində 4,5 hektardan çox ərazidə 13000-dən çox müxtəlif növ ağaclar -  sərv, eldar şamı, göylük, qarağac və s. əkmiş, ərazidə geniş abadlıq və təmizlik işləri aparmışlar. Vergi işçiləri ərazidə əkilmiş ağaclara qulluq göstrməyi də öhdələrinə götürmüşlər. Tədbirdə Nazirliyin 500-dək əməkdaşı iştirak etmişdir.
Ətraf mühitin qorunmasında, ekoloji saflığın mühafizəsində əvəzsiz rolu olan yaşıllığın qorunması naminə həyata keçirilən bu xeyirxah təşəbbüs çərçivəsində vergi orqanları əməkdaşları fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.


geriyə || yuxarı