16.04.2007

Yanvar-mart ayları ərzində vergi borclarının məcburi alınması sahəsində görülən işlər haqqında İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

2007-ci ilin yanvar-mart ayları ərzində vergi borclarının məcburi alınması işinin təşkili sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, borclu vergi ödəyicilərinin sayının minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq xeyli sayda vergi borcu dövlət büdcəsinə ödətdirilmiş və 1 aprel 2007-ci il tarixinə cəmi 9.832 vergi borcu olan ödəyici qalmışdır ki, bu da ümumi vergi ödəyicilərinin 4,6 faizini təşkil edir.
Hesabat dövrü ərzində vergi borclarının alınması məqsədilə borclu vergi ödəyicilərinə 29.325 sayda 590,9 mln. AZN məbləğində vəsaiti əhatə edən bildiriş göndərilmiş, həmin vergi ödəyicilərinin bank hesablarına 51.267 icra (ödəniş) sənədi olan sərəncam verilmiş, borclu vergi ödəyicilərinin 146,1 mln. AZN məbləğində olan borclarına görə əmlakın siyahıya alınması barədə 2200 qərar açılmışdır.
Vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının alınması məqsədi ilə onların əmlaklarının siyahıya alınması barədə açılmış qərarlar üzrə 10,5 mln. AZN məbləğində borcların ödənilməsi və əvəzləşdirilməsi təmin edilmiş, 4,7 mln. AZN məbləğində borca görə isə əmlaklar siyahıya alınmışdır.
Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün 411 vergi ödəyicisinə qarşı 3,8  mln. AZN məbləğində məhkəmələrə iddialar verilmiş və həmin iddia tələbləri 46 məhkəmə qətnaməsi ilə 311,8 min AZN manat məbləğində tam, 4 qətnamə üzrə isə 23,9 min AZN məbləğində qismən təmin edilmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq vergi orqanlarının 51 iddia tələbi üzrə məhkəmələr tərəfindən qərardadlar qəbul edilərək iş üzrə icraata xitam verilmiş və ya iddia ərizələri geri qaytarılmışdır. Digər iddialar üzrə işlər məhkəmə icraatındadır.
Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrası nəticəsində barəsində  məhkəmə qətnaməsi  olan 278 vergi ödəyicisi tərəfindən 1,2 mln. AZN məbləğində vergi borclarının ödənilməsi və əvəzləşdirilməsi təmin edilmlşdir.
2007-ci ilin əvvəlində 12.860 vergi ödəyicisinin inzibati cərimə üzrə 3 mln. AZN məbləğində borcu olduğu halda, rüb ərzində görülmüş tədbirlər nəticəsində 7.766 vergi ödəyicisinin 1,9 mln. AZN məbləğində borcunun tam ödənilməsi təmin edilmişdir.
2007-ci ilin 1-ci rübü ərzində vaxtında bəyannamə təqdim etməyən vergi ödəyicilərinə 18.278 xəbərdarlıq göndərilmiş, gecikdirilmə ilə təqdim edilmiş 5.115 bəyannamə və hesabata görə vergi ödəyicilərinə 203,2 min AZN  maliyyə sanksiyası, 1,5 min AZN  inzibati cərimə tətbiq edilmiş və təqdim edilməmiş 5487 bəyannamənin alınması təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2003-cü il tarixli 8 nömrəli və 27 may 2005-ci il tarixli 236 nömrəli Fərmanları ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) «Özəlləlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borcların silinməsi və tənzimlənməsi Qaydaları»nın tətbiqi ilə əlaqədar olaraq hüquqi şəxslərdən daxil olmuş 23 müraciətə Vergilər Nazirliyində yaradılmış Komissiya tərəfindən baxılmış və onların dövlət büdcəsinə yaranmış 979,1 min AZN məbləğində borclarının (əsas vergi borcu, maliyyə sanksiyaları və faizləri) silinməsi barədə müvafiq qərar çıxarılmış və silinməsi təmin edilmışdir. Bununla yanaşı, vergi orqanları tərəfindən qərarın icra edildiyi tarixə həmin hüquqi şəxslərin əlavə olaraq 115,6 min AZN manat faiz məbləği silinmişdir.


geriyə || yuxarı