11.02.2009

Azərbaycanın vergi xidməti əməkdaşları peşə bayramlarını qeyd etmişlər

Vergilər Nazirliyində vergi xidməti işçilərinin peşə bayramına və Vergilər Nazirliyinin yaradılmasının 9-cu ildönümünə həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov vergi xidməti əməkdaşlarını Vergilər Nazirliyinin yaradılmasının 9-cu ildönümü və vergi işçilərinin peşə bayramı münasibətilə təbrik etmişdır.
Nazir qeyd etmişdir ki, Azərbaycanda müasir vergi xidmətinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 9 il bundan əvvəl ulu öndər Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərman imzalamışdır. Xalqımızın dahi öndərinin rəhbərliyi altında ver­gi sis­te­mi­nin mü­a­sir stan­dartlar əsasın­da for­ma­laş­dı­rıl­ma­sı üçün mühüm tədbirlər həyata keçirilmiş, ulu öndərin təşəb­bü­sü ilə ölkəmizin ver­gi siyasətinin kon­sep­si­ya­sı­ müəyyən olunmuş, ver­gi sistemin­də aparı­lan islahat­la­rın stra­te­gi­ya­sı və əsas is­ti­qa­mət­lə­ri təsbit edilmişdir.
Fazil Məmmədov bildirmişdir ki, vergi sistemində genişmiqyaslı islahatların uğurunun təmin edilməsində va­hid və səmərəli idarəetmə struk­tu­runun ya­ra­dıl­ma­sı­ mühüm rol oynamışdır. Eyni zamanda, ulu öndə­r Hey­dər Əliyevin si­ya­si kur­su­nun layiq­li da­vam­çı­sı, möh­tə­rəm Pre­zi­den­t cənab İl­ham Əliyev də fev­ral ayı­nın 11-ni Azərbaycan Res­pub­li­ka­sı ver­gi xid­mə­ti işçilə­ri­nin pe­şə bay­ra­mı gü­nü ki­mi tə­sis etmiş, bu­nun­la da müs­tə­qil in­ki­şaf yo­lu­nu seç­miş cəmiyyəti­miz­də ver­gi xid­mə­ti işçilərinin ye­ri və ro­lu­na ölkə rəh­bər­li­yi tə­rə­fin­dən yenidən yük­sək mü­na­si­bət bildirilmiş­dir.
Azərbaycan iqtisadiyyatının inkişaf vəziyyətinə toxunan F.Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövrü də böyük uğurlarla zəngin olmuş, ölkəmiz iqtisadi artım sürətinə görə dünyada lider dövlətə çevrilmişdir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin davamlı dinamik inkişafını şərtləndirmişdır.
Bildirilmişdir ki, Azərbaycanın milli iqtisadi inkişaf modelinin reallaşdırılması tələblərinə adekvat olaraq, ölkənin vergi sistemi də bu prosesin tərkib hissəsi olaraq təkmilləşdirilmişdir. Vergilər Nazirliyi yarandığı dövrdən sonra aparılan islahatların nəticəsi olaraq ölkəmizdə təkmil vergi sistemi formalaşmış, vergi qanunvericiliyi təkmilləşdirilmiş, vergi inzibatçılığı yenidən qurulmuş, vergi ödəyicilərinə xidmətin keyfiyyəti artırılmış, vergi xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemləri yaradılmışdır.
Vergilər naziri qeyd etmişdir ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən 12 sentyabr 2005-ci il tarixli fərmanla təsdiq edilmiş "Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı" 2005-2007-ci illər ərzində uğurla həyata keçirilmiş, onun reallaşdırılması nəticəsində güclü nəzarəti həyata keçirməyə imkan verən vergi inzibatçılığının formalaşdırılmasına nail olunmuşdır.
Bildirilmişdir ki, yeni inzibatçılıq mexanizmlərinin tətbiqi vergi ödəyiciləri üçün dünya təcrübəsində tətbiq olunan müasir xidmətləri təqdim etmək imkanları yaratmış, ölkədə "elektron-bəyannamə" sisteminin tətbiqinə başlanılmışdır. Bu prosesə 100 mindən artıq ödəyicinin qoşulduğu, 2008-ci ilin sonuna 850 mindən artıq bəyannamənın elektron formatda təqdim edildiyi vurgulanmışdır.
Bununla yanaşı, son iki ildə vergi ödəyicilərinə xidmət üçün kompüter terminallarının qurulmasına başlanmış, 15 belə terminal artıq vergi ödəyicilərinin istifadəsinə verilmişdır. 2008-ci il ərzində bu terminallara 20 minədək vergi ödəyicisi müraciət etmişdir.
Vergilər naziri 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılması prosesinə də toxunmuş, 2008-ci ildə 44000-dən artıq sahibkarlıq subyektinin, o cümlədən 6471 kommersiya hüquqi şəxsin vergi orqanlarında dövlət qeydiyyatına alındığınmı qeyd etmişdir. Bildirilmişdir ki, qeydə alınan kommersiya hüquqi şəxslərin sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 30,0 faiz artmışdır.
Kollegiya iclasında çıxış edən digər natiqlər də ötən 9 il ərzində vergi xidmətinin keçdiyi inkişaf yollarından danışmışlar. Bildirilmişdir ki, vergi xidməti əməkdaşları dövlət rəhbərliyinin onlara olan qayğısnı və diqqətini daim hiss etmişlər.
Sonra peşə bayramı münasibətilə bir sıra vergi xidməti əməkdaşlarına Nazirliyin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim edilmişdır.
Kollegiya iclasında tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.



geriyə || yuxarı