11.02.2009
Azərbaycanın vergi xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin və şəhidlərin məzarını ziyarət etmişlər
Vergilər Nazirliyinin əməkdaşları peşə bayramları günü münasibətilə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.
Vergi xidməti əməkdaşları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, məzarları önünə gül-çiçək dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
geriyə || yuxarı |