Suallar Vergi Ödәyicilәrinә Xidmәt İdarәsi tәrәfindәn cavablandırılmışdır (15.07.2008-ci il)
  
Mehriban Kərimli, mehriban.k@gmail.com, Bakı
Salam. Tərcümə xidmətləri göstərirəm, 4%-lik sadələşdirilmiş vergi ödəyicisiyəm.
Tərcümə xidmətlərin göstərilməsinə dair müqavilə bağlayıb, xidmət göstərmişəm. Xidmətlə əlaqədar digər şəhərlərə getməli oldum. Müqaviləyə əsasən, səfərdə çəkdiyim xərclər (mehmanxana, gündəlik) sənədlər (yəni çeklər) əsasında mənə kompensasiya ediləcəkdir.
İşə götürən mənim xidmət haqqımı və kompensasiya ediləcək pulu mənim VÖEN-lə açdığım bank hesabıma köçürür. Vergi üçün bəyan ediləcək məbləğ yalnız xidmət haqqımdır, digər hissə isə mənə qaytarılan puldur. Bu halda mənim vergi bəyannaməm necə olmalıdır?
Bildiririk ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi sadələşdirilmiş verginin vergitutma obyektidir (Vergi Məcəlləsi, maddə 219.1).
Satışdankənar gəlirlər-digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri hesab olunur (Vergi Məcəlləsi, maddə 13.2.12).
Göründüyü kimi, sadələşdirilmiş verginin ödəyicilərinin bu vergi üzrə vergi öhdəlikləri müəyyənləşdirilərkən onun xərclərinin əvəzi və yaxud hər hansı digər formada ödənilən vəsaitin nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Odur ki, sorğunuzda qeyd edildiyi halda ödənilmiş vəsaitin ümumi məbləğindən sadələşdirilmiş vergi hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Akif Dadaşov, adadashov@nobeloil.com, Bakı
Qeyri-rezidentin 90 günlük xidmət işlərindən sonrakı dönəmidə fəaliyyətini davam etdirirsə onun respublikadan kənarda yerləşən hesabına vəsait ödənilməsinə icazə verilirmi? Təşəkkür edirəm.
Sorğunuzda qeyd olunan məlumatların əldə edilməsi üçün aidiyyatı üzrə Milli Banka müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Mahir Əliyev, m.e@mail.ru
Salam. Fermer təşkilatı bir tərəfdən özünə məxsus olan torpaq sahəsində istehsal etdiyi kənd təsərrüfatı məhsullarını satır, digər tərəfdən isə başqa təşkilatların istehsal etdiyi kənd təsərrüfatı məhsullarını alır və bu məhsulların satışını da həyata keçirir. Bu əməliyyatların hansı üzrə fermer təşkilatının vergi öhdəliyi yaranır?
Bildiririk ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” 27 noyabr 2001-ci il tarixli və 28 noyabr 2003-cü il tarixli Qanunlara əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2001-ci il yanvarın 1-dən 2009-cu il yanvarın 1-dək torpaq vergisi istisna olmaqla Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müəyyən edilmiş bütün vergilərin (mənfəət, gəlir, ƏDV, sadələşdirilmiş, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisi) ödənilməsindən azad edilmişlər.
Odur ki, fermer təsərrüfatının özünün istehsalı olan kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlərindən dövlət büdcəsinə 1 yanvar 2009-cu il tarixinədək torpaq vergisi istisna olmaqla hər hansı vergi ödənilməməlidir. Malların (o cümlədən kənd təsərrüfatı məhsullarının) digər şəxslərdən alqı-satqısı nəticəsində əldə olunan gəlirlər isə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb edilməlidir.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi oqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və yaxud 195 nömrəli telefonla Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rəna Rəsulova, rena-rasulova@rambler.ru
Здравствуйте. У меня к Вам 2 вопроса:
1) В 2006г. наша фирма закупила для изготовления вина у физического лица, выращенный им виноград. При расчёте с физическим лицом должна ли я была удержать с него подоходный налог? Виноград же относится к с/х товарам.
2) В 2005-2007 гг наша фирма для изготовления изделий из дерева закупила у физических лиц старые пеньки (деревья). При расчёте с физическим лицом должна ли я была удержать с него подоходный налог? Спасибо.
Сообщаем, что в соответствии со статьей 150.1.7 Налогового Кодекса юридические лица или индивидуальные предприниматели, производящие выплату за оказанные услуги (произведенные работы) физическим лицам, не принятым на учет в налоговых органах в качестве налогоплательщика, не предоставляющим ИНН, обязаны удерживать налог у источника выплаты.
Напоминаем также, что согласно статье 73 Налогового Кодекса лицо, оплачивающее выполненные работы или оказанные услуги либо производящее любые другие платежи, обязано в установленных законом случаях и порядке представить в налоговый орган сведения об уплаченных им суммах.
Как видно из указанного, при покупке товаров удержание налога у источника выплаты из дохода указанных в Вашем запросе лиц в Налоговом Кодексе не предусмотрено, в то же время Вы обязаны представить в налоговый орган соответствующие сведения об уплаченных им суммах.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Yusif Hacıyev, yusif-h@mail.ru, Bakı
Salam. Müəssisə ƏDV ödəyicisidir, hüquqi şəxsdir. Fəaliyyətində ƏDV-dən azad olunan əməliyyatlar da mövcuddur. İdxal vergisini əvəzləşdirəndə 175.4 maddə tətbiq olunur. Növbəti aylarda ƏDV-dən azad olunan mallar satılmadıqda geri qaytarılır. 175.4-cu maddə tətbiq edilmiş aydakı məbləğ satılmamış (ƏDV-dən azad olmuş) mallara uyğun olaraq qaytarıla bilər (artıq ödımə)? Xahiş edirəm səbəbini izah edəsiz.
Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən qeyd olunan maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Odur ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən alınarkən ƏDV-si ödənilmiş və əvəzləşdirilməmiş malların sonradan təqdim edilməsi ƏDV tutulan əməliyyat hesab edilmir.
İdxal edilmiş malların geri qaytarılması ilə əlaqədar idxalda ödənilmiş ƏDV-nin vergi ödəyicisinə qaytarılması qaydaları barədə məlumatların əldə edilməsi üçün isə aidiyyəti üzrə gömrük orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Firdovsi Tarverdiyev, ftarverdiyev@gmail.com
Hər hansı bir müəssisə hasilatı və ya göstərilən xidmətlərin uçotunu müasir kompüter proqramı ilə aparır və həmin proqram qlobal internet şəbəkəsinə qoşularaq məlumatların 10 illərlə saxlanmasına imkan yaradır. Belə bir proqramın yaratdığı satış və ya hasilat hesabatları vergilərin hesablanması üçün məqbul sayıla bilərmi? Söhbət ƏDV-dən gedir.
Bildiririk ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi hesabat dövrünə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.
Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. (Vergi Məcəlləsi, maddə 130.1).
Göründüyü kimi, vergitutma məqsədləri üçün gəlir və xərclərin Vergi Məcəlləsinin müddəalarına əməl edilməklə hər hansı formada uçotunun aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı olan əməliyyatlar mühasibat registrlərində yazılışların aparılmasına əsas verən, ilkin uçot sənədləri hesab edilən və forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən ciddi uçot blankları ilə rəsmiləşdirilməlidir. Mühasibat uçotunun aparılması ilə bağlı isə aidiyyatı üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Kənan Mustafayev, mustafayev_kenan@box.az, Bakı
Salam. Əgər fiziki şəxs qanunsuz tikilidə yaşayırsa və heç bir mülkiyyət sənədi yoxdursa onda həmin vətəndaş əmlak və torpaq vergisi verməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və onların hissələri, həmçinin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər müvafiq olaraq əmlak və torpaq vergilərinin ödəyiciləridirlər. Fiziki şəxslərin əmlak və torpaq vergiləri tikililər və onların hissələrinə xüsusi mülkiyyət, torpaq sahələrinə görə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədlər əsasında bələdiyyələr tərəfindən hesablanır və hesablanmış vergilər bələdiyyə (yerli) büdcəsinə ödənilir. Göründüyü kimi, mülkiyyət və istifadə hüququ müvafiq sənədlərlə təsdiq edilmədikdə fiziki şəxslər tərəfindən əmlak və torpaq vergilərinin ödənilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd olunanlarla bağlı daha ətraflı məlumatların alınması üçün tikililər və torpaq sahələrinin yerləşdiyi ərazi üzrə bələdiyyə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rüfət Həsənov, Rufat171717@yahoo.com
Salam. Qeyri-rezident şirkət bizə mal satır və nadir hallarda beynəlxalq daşıma xidməti göstərir.
1) Əgər qeyri-rezident şirkət 90 gündən artıq vaxt keçdikdə hələ də daimi nümayəndəlik kimi qeydiyyata durmayıbsa, onun qeydiyyat məsuliyyəti bizim üzərimizə düşür ya yox?
2) Biz onunla işləməyi davam edə bilərik?
Hörmətlə, Rüfət.
Bildiririk ki, qeyri-rezident müəssisənin istənilən 12 ay ərzində üst-üstə 90 gündən artıq müddətdə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmadan bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə vergi orqanlarında uçota durmadan tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirməsinin onunla təsərrüfat əməliyyatları aparan rezident şəxsin hər hansı məsuliyyətinə səbəb olması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Zəfər Galib, Z.Galib@yahoo.com.tr, Bakı
Əs-Salamu-Əleyküm! Öz ərizəmlə işdən (Bank sektoru) çıxıram. İstifadə etmədiyim illərin məzuniyyətinə görə 2100 manat son haqq-hesab alacam. Bu puldan gəlir vergisi tutularsa hər hansı güzəşt olacaqmı? Yəni Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsindəki "birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır..." ifadəsi mənə aiddirmi? Cavaba görə minnətdaram!
Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə verilən pul əvəzinə vergi güzəştinin tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Arzu Süleymanova, arzu_suleyman@yahoo.com
Şirkət futbol komandasıdır. Təsisçisi tərəfindən sponsorluq edilmişdir. Xahiş edirik hansı növ vergi öhdəliyinin yaranması haqqında bizi təlimatlandırasınız.
Bildiririk ki, hüquqi şəxsin (futbol komandasının) aldığı əvəzsiz maliyyə yardımı (sponsor köməyi) Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq onun gəlirlərinə aid edilməklə hüquqi şəxsin tətbiq etdiyi vergitutma sisteminin (mənfəət, sadələşdirilmiş) xüsusiyyətləri nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir və bu barədə daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya 195 nömrəli telefonla Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rasim Salızadə, rasim_salizade@box.az
Salam, hörmətli vergi işçiləri!
Keçən həftə Qasım Şalıyevin “Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.2-ci maddəsinin tətbiqinə dair” sualına verdiyiniz cavabdan sonra bizdə belə bir sual yaranmışdır: bizim şirkətimizin hüquqi ünvanı Binəqədi rayon ərazisindəki ünvan, faktiki ünvanı isə Nərimanov rayon ərazisindəki ünvandır. Şirkətin heç bir filial, şöbə və sair subyekti yoxdur. Hazırda faktiki ünvan üçün vergi orqanına müraciət olunmalıdır? Anladığımız qədəri ilə, həmin qanun maddəsi filial - şöbə və digər təsərrüfat subyekti ilə əlaqədardır. Əgər müraciət etməliyiksə, bizim faktiki ünvanımız həmin maddəyə görə necə təsnif olunacaq?
Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınırlar.
Göründüyü kimi, hüquqi şəxsin təsərrüfatçılıq fəaliyyəti həyata keçirən filialı və nümayəndəliyi olmadıqda faktiki ünvanının obyekt kimi vergi orqanlarında uçota alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya 195 nömrəli telefonla Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Hafiz Osmanov, hafiz-14@box.az, Quba
Nəyə görə hamı vergi verir?
Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən isə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə vergi şəklində məcburi, fərdi və əvəzsiz köçürülməsi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə həyata keçirilir, yəni vergi ödəyiciləri tərəfindən vergilərin ödənilməsinin əsas məqsədi dövlət xərclərinin (o cümlədən idarəetmə orqanlarının saxlanması xərclərinin, müdafiə, səhiyyə, təhsil, sosial təminat və digər bu kimi xərclər) təmin edilməsidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Mayis Eyniyev, meyniyev@yahoo.com, Lənkəran
Salam! Əgər hər hansı A təşkilatı bank vasitəsi ilə ödəniş tapşırığı təqdim etməklə B təşkilatının ƏDV sub-uçot hesabına ödəməli olduğu vəsaiti səhvən C təşkilatının ƏDV sub-uçot hesabına köçürərsə (məsələn: səhvən ödəniş tapşırığının vəsaiti alanın VÖEN-i bölməsində digər təşkilatın VÖEN-i göstərildiyi üçün) onda vəsaiti B təşkilatının ƏDV sub-uçot hesabına necə bərpa etməli?
- və ya C təşkilatı səhvən onun ƏDV sub-uçot hesabına daxil olmuş vəsaiti İnternet vergi İdarəsi vasitəsi ilə geri A təşkilatının ƏDV sub-uçot hesabına qaytara bilərmi?
- A təşkilatı büdcə təşkilatı olarsa bu halda səhvi necə aradan qaldırmalı?
Bildiririk ki, Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda vergi ödəyicisinin ƏDV-nin depoziti sub-uçotu hesabına səhvən köçürülmüş vəsaitin geri qaytarılmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Odur ki, ƏDV-nin depoziti sub-uçotu hesabına səhvən köçürülmüş vəsaitin geri qaytarılması və yaxud vəsaiti almalı olan şəxsin sub-uçotu hesabına köçürülməsi üçün vəsaiti köçürən şəxs tərəfindən vəsaiti alan şəxsə müraciət olunmalıdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Zenfira Qasımova, daqlar68@inbox.ru
Sorğumu cavablandırdığınıza görə sizə təşəkkür edirəm və oradan yeni yaranmış sualıma cavab gözləyirəm. Ciddi hesabat blanklarının forma və rekvizitləri haqqında "qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla" dedikdə hansı hallar nəzərdə tutulur. Sualım mağazadan verilən ciddi hesabat blankı şəklində olmayan, nömrə və kodsuz qaimə (satıcının möhür və imzası olmaq şərti ilə) ilə bağlı idi.
Bildiririk ki, Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiq Qaydaları”nın müddəalarına üyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir. Odur ki, sorğunuzla aidiyyatı üzrə Maliyyə Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Elçin İmanov, Zaqatala
Niyə vergi bəyannamələrin elektron versiyasını bu qədər çətin və anlaşılmaz tərtib etmisiniz? Xahiş edirəm ki, bəyannamə qaydalarının tərtib edilməsi haqda məlumat verəsiniz.
Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi bəyannaməsinin elektron formada göndərilməsi ilə bağlı sənədlərin formaları (ərizə, müqavilə), habelə zəruri proqram təminatları, onlardan istifadə qaydaları üzrə təlimat və digər metodiki məlumatları Vergilər Nazirliyinin rəsmi internet saytı olan www.taxes.gov.az vasitəsi ilə elektron bəyannamələrin qəbulu üzrə yaradılan "E-bəyannamə" bölməsindən, həmçinin uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət şöbəsi və yaxud 195 nömrəli telefonla Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Qumru Kərimova, kerimovagumru@yahoo.com
Salam. Əgər Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişib Açıq Səhmdar Cəmiyyətinə keçirsə, o zaman həmin cəmiyyətin bankda olan hesabında bu barədə dəyişiklik edilməsi üçün Vergilər Nazirliyi tərəfindən verilən şəhadətnamə-dublikat bank tərəfindən tələb olunmalıdır, yoxsa bank yalnız cəmiyyətin yeni təsis sənədlərinə (ASC-nin çıxarış, şəadətnamə və nizamnaməsi) əsasında özü həmin hesabda dəyişiklik etməlidir? Xahiş edirəm bu sualıma ətraflı cavab verəsiniz.
Əvvəlcədən təşəkkürlər.
Sorğunuzla əlaqədar aidiyyəti üzrə Milli Banka müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat