Suallar Vergi Ödәyicilәrinә Xidmәt İdarәsi tәrәfindәn cavablandırılmışdır (07.07.2008-ci il)
  
Leyla Quliyeva, leyla_guliyeva@mail.ru, Bakı
Salam. İşçidə məzuniyyət hüququ işə girəndən 6 ay sonra əmələ gəlir. 6 aydan az işələyib işdən çıxan işçiyə istifadə etmədiyi məzuniyyəti üçün pul əvəzi son haq-hesabında hesablanmalıdır ya yox? Və ya 6 aydan az işləyib işdən çıxan işçinin son haqq-hesabına hansı ödəmələr daxil olur? Xahiş edirəm ətraflı izahını verəsiniz.
Bildiririk ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər və onların Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz (Əmək Məcəlləsi, maddə 110). Eyni zamanda, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi məzuniyyətdən istifadə etmək istəmədikdə, ona Əmək Məcəlləsinin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir (Əmək Məcəlləsi, maddə 143). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Əmək Məcəlləsi, maddə 144.2).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Lalə Kazımova, lalicka_86@mail.ru, Sumqayıt
Vergi bəyannamələrin internetlə verilməsinə keçid mütləqdirmi? Əvvəlcədən. Çox sağ olun.
Sorğunuzla əlaqədar bildiririk ki, elektron bəyannamənin tətbiqi barədə müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrü üzrə eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən yalnız bir formatda (elektron və yaxud kağız formatda) təqdim edilməlidir. Hansı formatda bəyannamənin təqdim olunması isə vergi ödəyicisi tərəfindən müstəqil olaraq seçilir və edilmiş seçimə uyğun təqdim olunan bəyannaməni vergi orqanı nəzərə alır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Xəyal Şükürov, khayalshukurov@mail.ru
Salam. Mən öyrənmək istiyirəm ki, işə qəbulla əlaqədar imtahan nə vaxt keçiriləcək.Əvvəlcədən təşəkkürlər!
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında keçirilən müsabiqə dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda elan edilir. 2008-ci ilin may ayının birinci yarısında müsabiqənin keçirildiyini nəzərə alaraq bildiririk ki, Vergilər Nazirliyinə işə qəbulla əlaqədar növbəti müsabiqənin yaxın zamanda keçirilməsi nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Səbinə Sultanova, sultanovas@yandex.ru
Здравствуйте. Как можно исправить такую ситуацию, когда одна организация в течение 5 месяцев перечисляла арендную плату вместе с НДС на расчетный счет другой фирмы вместо того, чтобы НДС отдельным платежом сажать на депозитный счет? Можно ли теперь как-то исправить такую ошибку? Спасибо заранее.
Сообщаем что, согласно статье 175.8 Налогового Кодекса, при приобретении товаров, услуг (работ) плательщиками НДС, а также незарегистрированными в целях НДС юридическими лицами и бюджетными организациями, более 50 процентов акций и долей которых принадлежат государству, сумма НДС по выданным им налоговым счетам-фактурам, должна быть перечислена на депозитный счет НДС. Исходя из вышеизложенного, только для указанных в статье лиц перечисление НДС на депозитный счёт является обязательным условием осуществления платежа за приобретенные по налоговому счету-фактуре товары, работы или услуги. Остальные налогоплательщики могут осуществлять свои платежи в адрес налогоплательщиков НДС без учета вышеупомянутого требования, в т.ч. и на расчетный счет поставщика.
Сообщаем также, что на основании статьи 175 Налогового Кодекса и положений ''Правил уплаты НДС при оплате стоимости товаров (работ и услуг), приобретенных по налоговому счету-фактуре, выданному налогоплательщику, ведения учета на депозитном счету НДС, движения НДС, возмещения НДС с операций, совершаемых по этому счету, и его перечисления в государственный бюджет'', утвержденных Постановлением Кабинета Министров от 30.12.2007 года № 219, при оплате стоимости товаров (работ и услуг), приобретенных по налоговому счету-фактуре, выданному налогоплательщику, сумма НДС должна быть уплачена посредством депозитного счета НДС в соответствии с суммой произведенного платежа.
Как видно из выше отмеченного, оплата стоимости товаров (работ и услуг) и НДС должна осуществляться одновременно. Принимая во внимание все вышесказанное, при перечислении сумм НДС по ранее выданным налоговым счетам-фактурам на депозитный счет НДС, учитывая тот факт, что оплата стоимости товаров (работ и услуг) была произведена в предыдущие периоды, также нарушается единовременность платежа, что в свою очередь не исключает применение вышеупомянутой финансовой санкции.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
İlqar Kərimov, c.ildirim@rambler.ru
Fəaliyyəti müvəqqəti dayandırılmış və ya bağlanmış kəndli (fermer) təsərrüfatının fəaliyyətini bərpa etmək üçün mən nə etməliyəm? Hər iki halın izahını verməyinizi xahiş edirəm! Əvvəlcədən təşəkkürümü bildirirəm!
Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir (Vergi Məcəlləsi, maddə 16.2). Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir (Vergi Məcəlləsi, maddə 16.3). Vergi Məcəlləsinin 16.2-ci və 16.3-cü maddələrində nəzərdə tutulan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir (Vergi Məcəlləsi, maddə 16.5). Odur ki, fəaliyyətini müəyyən müddətə dayandırmış vergi ödəyicisinin fəaliyyətini nəzərdə tutduğu dövrdən əvvəl bərpa edilməsi ilə əlaqədar vergi orqanına müvafiq məlumatın verilməsi (arayışın təqdim edilməsi) qanunvericilikdə nəzərdə tutulmur, vergi ödəyicisi fəaliyyətini istənilən vaxt davam etdirərək vergi orqanına müvafiq hesabatları təqdim etməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Şahin Səfərəliyev, shahinp@rambler.ru, Bakı
Əgər Sifarişçi borcunu vaxtında İcraçının bank hesabına köçürmürsə, iş görən ƏDV vergisini necə ödəyir. İş görən buna görə hansı məsuliyyəti daşıyır.
Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir (Vergi Məcəlləsi, maddə 161.1). Digər tərəfdən, malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi vaxtdan, yaxud malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, daşınmanın başlandığı vaxtdan sonrakı beş gün ərzində ƏDV-nin hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi, yaxud daşınmanın başlandığı vaxtda aparılmış sayılır (Vergi Məcəlləsi, maddə 166.1). Göründüyü kimi, icraçı tərəfindən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi artıq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və bu səbəbdən də borcun ödənilib-ödənilməməsindən asılı olmayaraq icraçı şəxs tərəfindən müvafiq qaydada verginin məbləği büdcəyə ödənilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Səbinə A., sentaura76@yahoo.com
Здравствуйте! У меня назрели несколько вопросов.
1) филиал иностранной компании занимается продажей товаров, деньги поступают на счет филиала, а также головной офис нерезидент перечисляет нам наши ежемесячные расходы (з/п, аренда и т.д.). Какие налоги мы должны платить?
2) по документам мы имеем права предоставлять услуги и хотим начать проводить семинары и тренинги, которые будем закупать у нашего головного офиса нерезидента, который. в свою очередь. пришлет преподавателя (оплату преподавателю будет вести нерезидент сам). Скажите, пожалуйста, при оплате нашему головному офису нерезиденту за семинары и тренинги, какие налоги мы должны удерживать и какие налоговые декларации должны быть сданы?
1) Сообщаем, что доход от предпринимательской деятельности, касающейся постоянного представительства на территории Азербайджанской Республике, в том числе доход от предоставления однородных или аналогичных (схожих) товаров (работ, услуг), которые могут быть отнесены к товарам (работам, услугам), предоставленным посредством такого постоянного представительства, а также доход от деятельности, которая может быть отнесена к деятельности, осуществляемой посредством постоянного представительства, или от схожей с ней деятельности является доходом из азербайджанского источника (Налоговый Кодекса, статья 13.2.16.4). Исходя из вышеизложенного, сообщаем, что доход постоянного представительства из Азербайджанского источника, облагается налогом на общих основаниях, согласно положениям Налогового Кодекса, и в зависимости от статуса налогоплательщика и системы налогообложения указанного постоянного представительства.
2) Сообщаем, что согласно статье 125 Налогового Кодекса, из общего дохода нерезидента (выплата резидента), полученного из Азербайджанского источника, за выполненные работы и оказанные услуги должен удерживаться и уплачиваться в бюджет налог у источника выплаты без вычета расходов по ставке 10 процентов. Согласно статье 169 Налогового Кодекса при оказании услуг или выполнении работ в Азербайджанской Республике нерезидентом, не вставшим на учет для целей НДС, выполнение работ или оказание услуг облагаются налогом. Для этого налоговый агент обязан начислить и уплатить НДС с суммы, подлежащей выплате нерезиденту. Сумма налога определяется путем применения налоговой ставки к сумме, подлежащей выплате нерезиденту (без учета НДС). Поэтому, при отнесении указанных в Вашем запросе оплат за выполненные работы и оказанные нерезидентом услуги она облагается НДС и налогом у источника выплаты согласно статьям 169 и 125 Налогового Кодекса с предоставлением соответствующих налоговых деклараций.
Напоминаем также, что при совершении хозяйственных сделок между взаимозависимыми лицами исчисление налогов может осуществляться с учетом рыночной цены (Налоговый Кодекс, статья 14.3.2). При определении рыночной цены операция между взаимозависимыми лицами, определяемыми статьёй 18 Налогового Кодекса, может приниматься во внимание только в том случае, если их отношения не повлияли на результат такой операции.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Elnur Həsənov, elnurhasan@box.az
Salam. Bilmək istərdim rüblük vergi borcu olan fiziki şəxs fəaliyyətini dayandırıb sənədlərini təhvil verib qeydiyyatdan çıxa bilərmi?
Bildiririk ki, vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:
- verginin ödənilməsi;
- verginin ödənilməsi öhdəliyinə xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda;
- vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
- Vergi Məcəlləsinə müvafiq olaraq ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə (Vergi Məcəlləsi, maddə 77.4).
Digər tərəfdən, vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz (Vergi Məcəlləsi, maddə 78.4).
Göründüyü kimi, yuxarıda qeyd olunan hallar istisna olmaqla digər hallarda vergi ödəyicisinin vergi borcunun ödənilməsi mövcud qanunvericiliyin tələbidir. Ödəyici tərəfindən vergi öhdəliyinin yerinə yetirilməməsi onun vergi uçotundan çıxarılmasına imkan vermir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Cəlal İlkinov, c_ilk@mail.ru
Salam. Müəssisə idxalda ƏDV-dən azad olunan mallar idxal edir və respublika daxilində satır. İdxalda ƏDV-dən azad olunduğu üçün bu malların daxili bazarda təqdim edilməsi Vergi Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq vergitutma obyekti hesab olunurmu?
Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, sahibkarlıq fəaliyyəti çərçivəsində Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi vergi tutulan əməliyyatlar sayılır.
Vergi Məcəlləsinin ƏDV-dən azad olunan əməliyyatlarına aid edilmiş 164-cü maddəsində idxalda ƏDV-dən azad olunan malların respublika daxilində təqdim olunmasının ƏDV-dən azad edilməsi nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Aytən Abdullayeva, a.abdullayeva_82@mail.ru
Mənim ailəm icarəyə yer götürüb işlətmək istəyir. Bunun üçün lisenziyanın haradan və necə alınması, verginin hansı nisbətdə və neçə faiz ödənilməsi, götürəcəyimiz işçilərlə əmək müqaviləsinin necə bağlanması və bu kimi daha hansı işlərin görülməsi barədə qanunvericilikdə göstərilmiş bütün bəndlərlə bizi məlumatlandırmağınızı xahiş edirik. Öncədən təşəkkürümüzü bildiririk.
Sorğunuzdan göründüyü kimi, ailənizdən üzvü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Bununla əlaqədar ilk növbədə bildiririk ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və yaşadığı yer haqqında məlumat əlavə olunur) uçota alınırlar. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz həyata keçirir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verilir.
Həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi təsərrüfat subyekti (obyekt), yəni icarəyə götürüləcək yer yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Uçota alınmaq üçün təqdim edilən ərizəyə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin, etibarnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Pərakəndə ticarət obyektlərində əhali ilə nağd pul hesablaşmaları NKA tətbiq edilməklə aparıldığından, obyektini uçota qoymuş şəxs əldə etdiyi NKA-nın qeydiyyata alınması üçün ərazi üzrə vergi orqanına bu haqda ərizə verməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:
- NKA-nın texniki pasportu;
-STXM-in NKA-nın quraşdırılması barədə aktı;
-ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;
Bu sənədlərlə birlikdə vergi ödəyicisi uçot üzrə müfəttişə «NKA-ya texniki xidmət kitabı»nı və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nı təqdim edir.
Fiziki şəxsin vergi öhdəliklərinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar vergi tutulan əməliyyatlarının həcmindən və istəklərindən asılı olaraq onları qane edən vergitutma sistemini seçərək sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.
Belə ki, seçimini sadələşdirilmiş verginin xeyrinə edən ödəyici son 3 ay ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4% tətbiq etməklə vergini hesablamalı və büdcəyə ödəməlidir. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisindən və ƏDV-dən azad edilərək yalnız sadələşdirilmiş vergini ödəyir.
Sadələşdirilmiş vergitutma sistemindən imtina edərək, seçimini gəlir vergisinin xeyrinə edən fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi vergi tutulan gəlirdən, yəni əldə olunan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və qanunvericiliyə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Yuxarıda qeyd olunan vergitutma sistemlərinin hansı birinin tətbiq edilməsindən asılı olmayaraq, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 3 ay ərzində 22.500 manatdan çox olduqda həmin şəxs bu müddət başa çatdıqdan sonrakı 10 gün ərzində ƏDV ödəyicisi kimi uçota durmaq barədə vergi orqanına ərizə ilə müraciət etməli, ƏDV ödəyicisi kimi qeydiyyata alındıqda isə ay ərzində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və əvəzləşdirilməli ƏDV-ni nəzərə almaq şərti ilə büdcəyə ödəməlidir. Eyni zamanda ƏDV-nin ödəyicisi olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi olurlar.
Onu da qeyd etmək istərdik ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq vergi orqanına ƏDV qeydiyyatına alınmaya dair könüllü ərizə ilə müraciət edə bilər.
Bundan başqa, tətbiq edilən vergitutma sistemindən asılı olmayaraq vergi ödəyicisinin əmlakın icarəyə götürülməsi və muzdlu işlə əlaqədar ödəmələrin aparılması ilə əlaqədar vergi agenti kimi müəyyən öhdəlikləri yarana bilər.
Belə ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq vergi ödəyicisi əmlakı fiziki şəxsdən icarəyə götürdüyü halda icarəyə verən şəxsə ödənilən icarə haqqının məbləğindən (xərclər çıxılmadan) 14 faiz dərəcə ilə vergi tutmalı və büdcəyə ödəməlidir.
Bundan başqa, əmək müqaviləsinə əsasən muzdlu işlə əlaqədar gəlir əldə edən işçiyə ödənilən məbləğdən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi tutulmalı (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt nəzərə alınmaq şərtilə).
Əlavə olaraq onu da xatırlatmaq istərdik ki, «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən işçiyə hesablanan əmək haqqından 22 faiz dərəcə ilə işəgötürən tərəfindən sosial sığorta ayırmaları hesablanmalı, habelə 3 faiz dərəcə ilə işçiyə hesablanan əmək haqqından da sosial sığorta ayırmaları tutulmalı və büdcəyə ödənilməlidir.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Aydın Namazov, aydin.namazov@gmail.com
Salam. Firma 21 000 m2 sahədə (zirzəmi və ümumi istifadədə olan sahə daxil olmaqla) yaşayış üçün mənzil tikir və 21 000 m2 sahəyə görə sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib. Lakin firma tikinti başa çatdıqdan sonra bəzi mənzilləri və 1-ci mərtəbəni öz balansında saxlayıb icarəyə verməklə gəlir əldə etmək niyyətindədir. Bu halda 21 000 m2 sahəyə görə sadələşdirilmiş vergi ödəməlidir yoxsa icarəyə verilmək məqsədilə saxlanılan sahə azaldılmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar.
Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) sadələşdirilmiş verginin vergitutma obyektidir (Vergi Məcəlləsi, maddə 219.1.2) və bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonaları üzrə Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 140 nömrəli Qərarı ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə tikintinin təməl işlərinin başlandığı rübdə hesablalanır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilir, bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
Göründüyü kimi, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 219.1.2-ci maddəsində nəzərdə tutulan vergitutma obyektinə uyğun olaraq (sorğunuza əsasən 21000 kvadratmetr) tam həcmdə hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Məhsəti Vəlizadə, mehseti@kredaqro.com, Bakı ı
Əgər işçilərin əmək haqqına təşkilatın iyun əmrinə əsasən yanvar ayından dəyişiklik edilirsə, bu halda gəlir vergisi necə hesablanılır?
Bildiririk ki, sorğunuzda qeyd edildiyi halda işçilərə hesablanmış əmək haqqı hər ay üzrə ayrılıqda hesablanmalı və ondan tutulan gəlir vergisi son hesablama əsasında yenidən haqq-hesab edilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rauf İbrahimov, main05@list.ru
Salam.
1-ci sual: mənzil tikintisi ilə məşğul olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs VM-in 221.5 maddəsinə əsasən hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır, həmin rübdən sonrakı ayın 20-dək bəyannamə təqdim edir və hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 12,5 faiz həcmnidə hər rübdən sonrakı ayın 20-dək öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyir.
Çoxmənzilli yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunduqdan sonra həmin yaşayış binasında yerləşən mənzillərin satışından əldə etdiyi gəlirdən (hasilatdan) yuxarıda qeyd edilmiş, mənzil tikintisi ilə məşğul olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən, bu sualın birinci abzasında göstərilmiş sadələşdirilmiş vergi üzrə öz öhdəliklərinin tam yerinə yetirmiş fiziki şəxs əlavə olaraq həmin gəlirin (hasilatın) 4% (2%) həcmində sadələşdirilmiş vergi ödəməlidirmi? Və ya VM-in 221.6. maddəsinə əsasən “mənzil tikintisi” və “mənzil satışı” ayrı-ayrı fəaliyyət növləri sayılırmı və müvafiq olaraq, mənzil satışından əldə edilmiş gəlirin və xərclərin uçotunu mənzil tikintisi ilə məşğul olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ayrıca aparmalıdırmı?
VM-in 220.8.-ci maddəsində əsasən Abşeron rayonunun ərazisində yerləşən, rayonun mərkəzi Xırdalan şəhəri olmayan kəndin ərazisində tikintinin aparılması nəzərdə tutulan çoxmənzilli yaşayış binası üçün sadələşdirilmiş verginin məbləğini müəyyən etməkdən ötrü hansı əmsal istifadə olunmalıdır: 0,5 və ya 1,8 və ya 1,0?
2. 2-ci sual: Mənzil tikintisi ilə məşğul olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs VM-in 219.2. maddəsinə əsasən əlavə dəyər vergisinin ödəyicisidir. O, VM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməlidirmi? Əgər keçməlidirsə, qeydiyyata dair ərizəni vergi orqanına nə zaman verməlidir: torpaq sahəsinə dair icarə müqaviləsi bağlanan anda və ya çoxmənzilli binanın inşası üçün müvafiq icazənin alan anda və ya tikintinin təməl işlərinin başlandığı ayda və ya mənzillərin satışı baş tutduğu aydan sonrakı ayın 10-dək?
VM-in 159.9.-cu maddəsinə əsasən, mənzil tikintisi ilə məşğul olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə çoxmənzilli yaşayış binasının hər kvadrat metr üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallar tətbiq edilməklə hesablanır. Bu əmsallar barədə harada məlumat əldə etmək mümkündür? Abşeron rayonunun ərazisində yerləşən, rayonun mərkəzi Xırdalan şəhəri olmayan kəndin ərazisində tikinnin aparılması nəzərdə tutulan çoxmənzilli yaşayış binasının hər kvadrat metr üçün ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyəsinin hesablanması üçün 225 manat məbləği hansı əmsala vurulmalıdır?
Misal üçün (misalın məqsədi üçün ƏDV-nin məqsədi üçün minimum dövriyyə hər kvadrat metr üçün 225 manatın 1,0 əmsala vurmaqla müəyyənləşməsini qəbul edək), tikilməsi nəzərdə tutulan çoxmənzilli yaşayış binası hər birisinin ümumi sahəsi 100 kv.m. olan 10 mənzildən, 200 kv.m zirzəmidən və 100 kv.m. pilləkən qəfəsindən ibarətdir. Zirzəmi, pilləkən qəfəsi, bina ümumiliklə və mənzillərin 2-sinin satışı nəzərdə tutulmur.
Yerdə qalan 8 mənzildən 2-nə görə (200 kv.m) bina istismara qəbul olunanadək alıcılardan avans göturulub, onlarla müqavilə bağlanıb ki, bina istismara qəbul olunan kimi, həmin mənzillər hər kv.metrəsinə 225 manatla hesablanan qiymətə, ödənilmiş avansın məbləği nəzərə alınmaqla,onlara satılacaq.
Yerdə qalan 6 mənzildən bina istismara qəbul olunduqdan sonra 2-si (200 kv.m) kv.m. 200 manatdan satılmışdır, 2-si (200 kv.m) kv.m.- 250 manatdan satılmışdır, 2-si isə satılmayıb, lakin satışı nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, 2 mənzilin isə satışı ümumiyyətlə nəzərdə tutulmamışdır, onları həmin binanı tikdirən sahibkar özü istifadə etmək niyyətindədir.
Bu misalla bağlı ƏDV nə vaxt: alıcılardan alınan vəsaitlərin (avans da daxil olmaqla) daxil olmasından 5 gün ərzində (VM-in 166.2. maddəsi) və ya bina istismara qəbul olunma vaxtından sonrakı 5 gün ərzində (VM-in 166.1.1. maddəsi) və 0,18 vurmaqla hansı dövriyyədən hesablanmalıdır: binanın bütün sahəsinin 225 manata vurmaqla və ya satışı nəzərdə tutulmuş sahələrin 225 vurmaqla və ya artıq satılmış, hər kvadrat metrəsi 225 manatdan artıq qiymətə satılmış sahələr üzrə ƏDV məqsədləri üçün faktiki vergi dövriyyəsindən ,1 kv. metrəsi 225 manatdan aşağı qiymətə satılmış sahələr üçün isə ƏDV məqsədləri üçün minimum vergi dövriyyəsindən istifadə olunmalıdır? Sağ olun.
1. Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və burada bu maddədə də qeyd edildiyi kimi “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər” dedikdə mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək üçün və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektinin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslər, yəni əhalinin fərdi ehtiyaclarını ödəmək üçün bina tikdirən hüquqi və fiziki şəxslər başa düşülür. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 220.8 və 221.5-ci maddələrinə uyğun olaraq sorğunuzda qeyd olunan qaydada hesablanaraq dövlət büdcəsinə ödənilir.
Göründüyü kimi, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən qeyd olunan qaydada hesblanan və ödənilən vergi həmin şəxslərin sadələşdirilmiş vergi üzrə vergi öhdəliklərini tamamilə əhatə edir.
Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 140 nömrəli Qərarı ilə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün Abşeron rayonunun qəsəbə və kəndləri üzrə zona əmsalı isə 1,8-dir.
2. Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar da daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış sahəsi və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) sadələşdirilmiş verginin vergitutma obyektidir. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (Vergi Məcəlləsi, maddə 154.1), sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur (Vergi Məcəlləsi, maddə 155.1) və qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər (Vergi Məcəlləsi, maddə 156).
Göründüyü kimi, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatının xüsusi qaydası nəzərdə tutulmamışdır.
Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən ƏDV-dən azad edilən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsindən başqa Azərbaycan Respublikasının ərazisində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV tutulan əməliyyat sayılır.
Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsinin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləği ölkənin şəhər və rayonlarının ərazilərinin zonaları üzrə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş əmsallar tətbiq edilməklə hesablanır. Abşeron rayonu üzrə bu əmsal 1,0 təşkil edir.
Odur ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən mənzillər təqdim edilərkən ƏDV hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir. Avans olaraq ödənilmiş məbləğlərdən isə vergi həmin vəsait satıcının hesabına daxil olduğu vaxt hesablanmaqla hesablanmış verginin məbləği mənzillərin satışı zamanı vergi hesablanarkən nəzərə alınır.
Nəzərə almaq lazımdır ki, mənzillərin hər kvadrat metrinin satış qiyməti 225 manatın təsdiq edilmiş əmsala vurulmaqla hesablanmış minimum məbləğdən az olduqda vergitutma məqsədləri üçün minimum dövriyyə, çox olduqda isə faktiki satış qiyməti əsas götürülməlidir.
Şərti rəqəmlər əsasında verginin riyazi hesablanmasına köməklik göstərilməsi üçün səhifəmizdə yerləşdirilən «Vergi kalkulyatoru»na, habelə uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə müraciət edilməsi məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Lalə Kazımova, lalicka_86@mail.ru
Əmək haqqından tutulan gəlir vergisindən 3 və daha çox uşağı olan valideynlərdən nə qədər vergi tutulmalıdır?Misal üçün aylıq əmək haqqı 100.00 manat təşkil edir. Bu halda məbləğin nə qədəri vergidən azaddır?
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin aylıq gəliri 200 manat olduqda həmin gəlirin minimum əmək haqqının 1 mislinədək olan hissəsi (hal-hazırda 60 manatdır) gəlir vergisinə cəlb edilmir. Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 manat məbləğində azaldılır.
Odur ki, himayəsində 3 və ya daha çox uşaq olan, sorğunuzda qeyd etdiyiniz kimi, aylıq gəliri 100 manat təşkil edən şəxsin ödəməli olduğu gəlir vergisi 2,8 [(100-60-20) x 14%] manata bərabərdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Mətanət Quliyeva, sharm2006_76@mail.ru, Sumqayıt
Salam. Mən təsərrüfat hesablı dövlət müəssisəsində işləyirəm. İşimlə əlaqədar olaraq sualım var. Müəssisə mal-material almaq məqsədi ilə hər hesabat ayı üzrə hansı məbləğə qədər təhtəl hesabla vəsait ayıra bilər?
Əgər bu məsələnin hüquqi tənzimlənməsinə dair hər hansı təlimat, sərəncam və sairə normativ sənəd varsa, həmin sənədin surətini mənim elektron ünvanıma göndərməyinizi və və bu sual ətrafında müəyyən açıqlama verməyinizi xahiş edirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Sorğunuzda qaldırılan məsələnin cavablandırılması səlahiyyətlərimizə aid edilmədiyindən, xahiş edirik sorğu ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» rubrikasına (http://www.maliyye.gov.az/?mod=faq&lang=az) müraciət edəsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Vüsal, vusal@cabc-global.com
Salam, hörmətli vergi əməkdaşları!
Sizə məlumat üçün bildirmək istəyirdim ki, PSA ( neft sazişləri-protokollar) üzrə işləyən subpodrat şirkətlər uyğun olduqları öhdəliklər üzrə vergi hesabatları protokollarda göstərilmiş formalarda təqdim edirdilər. Amma vergi orqanlarında təkmilləşmə nəticəsində şirkətlər BTP file sistemində hazırladıqları və internet ilə göndərdikləri vergi hesabatlarından başqa onların köhnə formada (kağız kimi) göndərməyə ehtiyac varmı?Əvvəlcədən minnətdarlıq bildirirəm.
Sorğunuzla əlaqədar bildiririk ki, elektron bəyannamənin tətbiqi barədə müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrü üzrə eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən yalnız bir formatda (elektron və yaxud kağız formatda) təqdim edilməlidir. Hansı formatda bəyannamənin təqdim olunması isə vergi ödəyicisi tərəfindən müstəqil olaraq seçilir və edilmiş seçimə uyğun təqdim olunan bəyannaməni vergi orqanı nəzərə alır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Zemfira Məmmədova, Jafar2000@rambler.ru
Gözəllik salonum Xətai rayonu ərazisində fəaliyyəti gözlənilir. Fövqəladə Hallar Nazirliyi ilə müqavilə necə bağlanmalıdır və hansı müddətə. Mənim təqaüddə olan vətəndaş kimi nə qədər rüsum ödəməyim dövlət tərəfindən təyin edilib? Cavablara görə təşəkkür edirəm.
Yuxarıda qeyd olunan suallar, tikintisi 2008-ci ildə başlanmış mənzil tikintiləri üzrə necə həyata keçməlidir?
Sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar xahiş edirik müvafiq açıqlama verməklə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət edəsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
İman Səmədov, Sabirabad
Vergi müfəttişləri əmək müqavilələri ilə maraqlana bilərlərmi?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi sahələrdən biridir. (Vergi Məcəlləsi, maddə 50.1.7) Göründüyü kimi, vergi orqanlarının əməkdaşlarının əmək müqavlələrinin yoxlanılmasına hüququ vardır.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (Vergi Məcəlləsi, maddə 58.10).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Anar Quliyev, analitik2006@box.az
Gəlir vergisi səhv (artıq) hesablanıb və ödənilibsə, həmin səhvi necə düzəltmək olar?
Bildiririk ki, Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nda nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə qaytarılır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Afaq Kamilli, afaq.kamilli@mail.ru
Salam. e-bəyannamədən istifadədən sonra təsadüfən etibarlı çıxışla deyil, birbaşa çıxış düyməsindən istifadə etdikdən sonra uzun müddət sistemə yenidən daxil olmaq mümkün olmur. Bu müəyyən qədər vergi ödəyiciləri üçün problem yaradir. Sizcə bu problem nə ilə əlaqədardır? Bu problemi aradan qaldırmaq mümkündürmü? Diqqətinizə görə əvvəlcədən minnətdaram.
Elektron bəyannamənin tərtibatı ilə bağlı meydana çıxan problemlərin həlli məqsədilə 4038996 telefon nömrəsinə müraciət etməyinizi məsləhət görürük.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rauf İbrahimov, main05@list.ru
Salam. Sadələşdirilmiş vergi ödəyicisi olan yerli (rezident) hüquqi şəxs (qeyd: o, nəqlyyat xidmətləri və mənzil tikintisi ilə məşğul deyil) sifarişçi kimi bir podratçı yerli hüquqi şəxs olan şirkətlə qeyri-yaşayış binasının inşasına dair podrat müqaviləsini 2008-ci ilin yanvar ayında bağlamışdır. Qeyd etmək lazımdır ki, podratçı şirkət ƏDV ödəyicisidir.
Həmin müqavilə ilə nəzərdə tutlmuş işlərin təxminən ½ artıq görülübdür. Hal hazırda, 2008-ci ilin iyul ayında sifarişçi şirkət könüllü olaraq ƏDV–nin məqsədləri üçün qeydiyyat barədə ərizə vergi orqanına müraciət etmək fikrindədir və yəqin ki, o, ƏDV geydiyyatına götürüləcəkdir. Bundan sonra sifarişçi podrat müqaviləsinin şərtlərinə uyğun olaraq 2008-ci ilin yanvar-iyun aylarında görülmüş tikinti işlərinə görə podratçı şirkətə müqavilə qiymətinin 50 %-ni onun bank hesabına və həmin məbləğdən 18% ƏDV-ni onun depozit hesabına köçürməlidir.
Yuxarıda qeyd edilmiş qeyri-yaşayış binasının istismara verilməsi 2008-ci ilin dekabr ayında gözlənilir və o, dövlət komissiyası tərəfindən istismara qəbul olunduğu halda, podratçı podrat müqaviləsində nəzərdə tutulmuş müqavilə qiymətinin 100%-nə sifarişçiyə ƏDV hesab-fakturasının verilməsi planlaşdırılır və sifarişçi şirkət tərəfindən podratçı şirkətə ödənilməmiş qalan müqavilənin qiymətinin 50%-nin və ona aid ƏDV-nin nağdsız qaydada ödənilməsi nəzərdə tutulur.
Sual: Sifarişçi tərəfindən büdcəyə ödəmələr müəyyən edilərkən hansı nağdsız qaydada ödənilmış ƏDV məbləği əvəzləşdirilə bilər: müqavilənin tam qiymətindən hesablanmış və ödənilmiş və ya müqavilənin ½ qiymətindən, yəni sifarişçinin ƏDV ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra onun üçün podradçı tərəfindən görülmüş inşaat işlərə görə?
Əlavə olaraq bir də bildirirəm ki, müqavilənin tam dəyəri (qiyməti) sifarişçi şirkətin ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikdən sonra nağdsız qaydada podratçının depozit hesabına ödənilməsi nəzərdə tutulur, lakin işlərin ½ o, sadələşdirilmiş vergi ödəyicisi olarkən onun üçün ƏDV ödəyicisi olan podratçı şirkət tərəfindən görülmüşdür.
Podrat müqavilələri vergi orqanlarında qeydiyyata götürülməlidirmi? Sağ olun.
Bildiririk ki, Vergi Məcəlləsinin 176-cı maddəsinin müddəalarına əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları (işləri, xidmətləri) qəbul edən şəxsə mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq vergi hesab-fakturasını verməyə borcludur. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən isə əvəzləşdirilən ƏDV-nin məbləğ vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödəmələr istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depoziti hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Göründüyü kimi, sadələşdirilmiş verginin ödəyicisi tərəfindən alınmış mallara (işlərə, xidmətlərə) görə vergi hesab-fakturasının nə vaxt verilməsindən, həmçinin ödənişlərin nə vaxt aparılmasından asılı olmayaraq ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Odur ki, sorğunuzda qeyd olunanlara əsasən sifarişçi tərəfindən ancaq onun ƏDV-nin ödəyicisi olduğu dövrdə görülmüş işlərə (göstərilmiş xidmətlərə) görə aldığı vergi hesab-fakturaları əsasında nağdsız qaydada apardığı ödəmələr üzrə ƏDV-nin depoziti hesabına ödənilmiş verginin məbləği əvəzləşdirilməlidir.
Podrat müqavilələrinin vergi orqanlarında qeydiyyata alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Fərhad, Farhad.salim@ranbler.ru
Hörmətli vergi əməkdaşları. Axır zamanlar bələdiyyələr üzrə yerli vergi və ödənişlər Departamentinin (bundan sonra “Departament” adlanır) əməkdaşları tərəfindən səhmdar cəmiyyətlərdə reydlər aparılır. Reyd zamanı Departamentin əməkdaşları iddia edirlər ki, səhmdar cəmiyyətin əmlakının və torpaqların bir hissəsi səhmdarlara (səhmlərə mütənasib olaraq) məxsusdur. Bununla səhmdar cəmiyyəti torpaq və əmlak vergisinin bir hissəsi dövlət büdcəsinə, fiziki şəxslərin səhmlərinə mütənasib hesablanmış hissəsi isə yerli büdcəyə ödənilməlidir.
Departamentin əməkdaşlarına
- Cəmiyyət əmlakının və torpaqların yeganə mülkiyyətçisi və istifadəçisi olduğu
- Əmlaka və torpağa mülkiyyət və ya istifadə hüququnun yalnız Cəmiyyətə rəsmiləşdirilməsini
- səhmdarlar mülkiyyət və ya istifadə hüquqların olmaması və səhmlərin yalnız Cəmiyyətin idarə edilməsində və dividendlərin alınmasına hüquq verilməsini
bildirilməsinə baxmayaraq, onlar heç bir əsas olmadan öz bildiklərində qalırlar. Prinsip etibarı ilə, səhmdar cəmiyyətlər üçün bu vergilərin ödənilməsi yeri üzrə heç bir fərq yoxdur, bu yalnız dövlət və yerli büdcələr arasında olan məsələdir.
Bununla əlaqədar, səhmdar cəmiyyətlərdə torpaq və əmlakdan hesablanan vergilərin
- iki hissəyə (fiziki şəxs səhmdarların səhmlərinə mütənasib hesablanan hissə və digər hissəyə) bölünüb hesablanmasını təsdiq edin və ya
- Departamentə müvafiq izahatlar verməyinizi xahiş edirik.
Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən balansında əsas vəsaitləri və Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan hüquqi şəxslər bu vergilərin ödəyiciləridirlər. Hüquqi şəxslərin əmlak və torpaq vergiləri dövlət büdcəsinə ödənilir. Hüquqi şəxsin mülkiyyətində olan əsas vəsaitlərə və torpaq sahələrinə görə əmlak və torpaq vergilərinin bir hissəsinin onun iştirakçılarının vergiləri kimi qiymətləndirilməklə yerli (bələdiyyə) büdcəyə ödənilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Əfqan Quliyev, q_erudit@mail.ru
Salam. Mən sizlərə təşəkkür edirəm, bizlər üçün gözəl bir xidmət yaratmısınız.
Mən vergi ödəyicisiyəm, 2 saylı Ərazi Vergi İdarəsinin nəzdindəyəm. Bizə bu yaxınlarda məktub gəlib ki, bəs siz vergini az ödəyirsiniz və bu məbləği artırmalısınız. Bu fikri heç bir səyyar və kameral yoxlama aparmadan irəli sürüblər. Mən bilmirəm vergi tarifini kim və nə səbəbə qaldırdı? Xahiş edirəm sualımı cavablandırasınız! Əvvəlcədən təşəkkür edirəm.
Bildiririk ki, vergi orqanları tərəfindən qanunla həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə vergi ödəyicilərinin təqdim etdikləri hesabat və məlumatların təhlili aparılır və bu təhlil nəticəsində vergi ödəyicilərinin hesabatlarda əks etdirdikləri göstəricilərin faktiki fəaliyyət göstəricilərinə uyğun gəlməməsi qənaəti barədə onlara sorğunuzda qeyd edilən xəbərdarlıq məktubları göndərilərək bununla bağlı icra edilməli hərəkətlər barədə müvafiq təkliflər verilir. Odur ki, vergi orqanı tərəfindən göndərilən məktuba müvafiq qaydada münasibət bildirilməli, məktubda qeyd olunanlarla bağlı hər hansı anlaşılmazlıq aşkar edildikdə isə onun araşdırılması üçün məktubu göndərən vergi orqanına müraciət edilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Cavid Əsədov, asadovcavid@rambler.ru
Добрый день. Наша фирма занимается торговлей и является плательщиком упрощённого налога. При импорте, при растаможке, товар был освобожден от НДС. Я его оприходовал как полагается. Теперь если я его буду реализовывать сторонней организации, я что должен его облагать НДС? Или продавать как всегда и при поступлении денег уплачу упрощённый налог? Спасибо большое.
Объектом налогообложения для упрощенного налога является объем валовой выручки, полученной за товары (работы, услуги) и имущество, предоставленные налогоплательщиком (за исключением налогоплательщиков, предусмотренных статьей 218.1.1 Налоговый Кодекс), а также внереализационных доходов в течение отчетного периода (Налоговый Кодекс, статья 219.1).
Юридические лица, уплачивающие упрощенный налог, не являются плательщиками НДС, налога на прибыль и налога на имущество (Налоговый Кодекс, статья 219.2).
Таким образом, юридическое лицо, ввозившее освобожденный от налогообложения при ввозе товар, при его реализации облагает полученную сумму выручки в общем порядке упрощенный налогом.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rəhman S., kreditler@gmail.com, Bakı
У фирмы есть магазины в Баку и в районе примерно с одинаковым оборотом, она - плательщик упрощенного налога, в Баку - 4%, в районе - 2%. Как это оформить в отчетности?
Как известно, налогоплательщик упрощенного налога предоставляет в налоговый орган «Декларацию упрощенного налога». В данной есть специальные столбцы, в которых по отдельности отражается оборот, который облагается по ставке 4 %, и отдельно – по ставке 2%. Начисленные по разным ставкам налоги отражаются в соответствующих графах В2* и В2** строки 806, а затем суммируются в графе В2 строки 807.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Səbinə A., sentaura76@yahoo.com
1) Госучреждение выделяет нашей компании деньги для съемки кинофильма. (мы являемся плательщиками 4%) 600 000 манат. Кинофильм должен быть готов через 1,5 года. В смете указаны все расходы, которые необходимы для съемок. Вопрос: остаемся ли мы плательщиками 4%?
2) Если выплачивается гонорар, например 2000 манат, какие % должны удержаться?
1) Сообщаем, что налогооблагаемыми операциями признаются отправка товаров, выполнение работ и оказание услуг в рамках предпринимательской деятельности, если они осуществляются на территории Азербайджанской Республики в соответствии со статьями 167 или 168 Налогового Кодекса, кроме отправки товаров, выполнения работ и оказания услуг, освобожденных от обложения налогом (Налоговый Кодекс, статья 159.2).
Лицо, которое осуществляет предпринимательскую деятельность, и объем налогооблагаемых операций, которого за предыдущий трехмесячный период превышает 22500 манат (за исключением указанного в статье 218.1.1.1 Налогового Кодекса), в течение 10-дневного срока по окончании указанного периода обязано подать в налоговый орган заявление о постановке на учет для целей НДС (Налоговый Кодекс, статья 155.1).
Как видно из вышеизложенного, налогоплательщиком НДС становится лицо, объем налогооблагаемых операций (реализованных товаров, выполненных работ или оказанных услуг) которых превышает 22500 манат, вне зависимости от объема поступающих или уже поступивших за эти налогооблагаемые операции средств.
Поэтому, в случае, если объем выполненных Вами работ в течение 3 месяцев не превысит 22500 манат, то обязательства по постановке на учет в качестве налогоплательщика НДС у Вас не возникает, и Вы можете продолжать свою деятельность в качестве налогоплательщика упрощенного налога.
2) Сообщаем, что выплата гонораров признается роялти согласно статье 13.2.23 Налогового Кодекса, и согласно положениям статей 124 и 150.1.6 с суммы выплачиваемого гонорара удерживается налог у источника выплат без вычета каких-либо расходов по ставке 14%.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Leyla Məmmədova, leylahabibova@yahoo.com
Как удерживают подоходный налог с начисленной премии - непосредственно с суммы премии или же в конце месяца суммируется заработная плата и премия и уже оттуда исчиcляется налог?
Доходом, получаемым физическим лицом в связи с работой по найму, признается доход в виде заработной платы, любых выплат или выгод, получаемых от такой работы, в том числе получаемый из прежнего места работы либо от будущей работы по найму (налоговый Кодекс, статья 98.1). Исходя из указанного, подоходный налог должен быть удержан с суммы всех доходов, полученных в связи с работой по найму в течение месяца.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rasim Əliyev, Rashik2005a@mail.ru
Salam. Bilmək istəyirəm ki, inşaatçı mühəndis (ixtisası sənaye və mülki tikinti olan) vergi sistemində işləyə və yaxud müsabiqədə iştirak edə bilərmi?
Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən aparılır. Həmin Əsasnamənin 8-bəndinə əsasən vergi orqanlarına xidmətə ali təhsili olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər. Əsasnamədə hər hansı ixtisas üzrə ali təhsil müəssisəsini bitirmiş şəxslərə müsabiqədə iştirak üçün məhdudiyyətlərin qoyulması nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Kərim Ağayev, aga-kerim@mail.ru, Bakı
Salam. Kredit təşkilatlarında, mühasibat balansında "Gələcək dövrün gəlirləri"-nin elementləri hansı normativ sənədlə müəyyənləşir? Nazirliyə təqdim olunan hesabatlarda bu maddə ilə bağlı ən çox təsadüf edilən pozuntular hansılardır?
Çox sağ olun!
Sorğunuzda qaldırılan məsələnin cavablandırılması səlahiyyətlərimizə aid edilmədiyindən, xahiş edirik məhsulun mühasibat yazılışlarının normativ əsaslarına dair sorğu ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» rubrikasına (http://www.maliyye.gov.az/?mod=faq&lang=az) müraciət edəsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Nailə Əhmədova, xeyriyye@mail.ru, Bakı
Bankdan pulun əsas hissəsi ödənilən gün depozit köcürülməyibsə 50% cərimə olunur? Yoxsa depozitin köçürülməsi ücün 5 gün vaxt var? Xahiş edirəm bu barədə ətraflı yazın. Əvvəlcədən təşəkkür edirəm.
Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Vergi Məcəlləsi, maddə 58.6). Göründüyü kimi, ƏDV məbləği əsas məbləğin köçürülməsindən 5 gün sonra deyil, əsas məbləğ ödənilərkən depozit hesabına ödənilmədikdə, maddədə qeyd olunan cərimə vergi ödəyicisinə qarşı tətbiq olunur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
G.Səfərova, floues@rambler.ru
Qabaqcadan Sizə minnətdarlıqımı bildirirəm!
"A" qeyri-rezident şirkəti "B" rezident firmasına konsaltinq xidmətləri göstərir, bu xidmətlərin dəyəri 100% müqavilənin şərtinə görə qabaqcadan köçürür. Təbii ki, burda vergilər yaranır. Ödəmə mənbəyindən qeyri-rezidentə 10% və 18% ƏDV. Yaranan bu vergiləri "B"firması nə zaman büdcəyə ödəməlidir? Qeyd: "B" firması ƏDV ödəyicisi deyil.
Məlum olduğu kimi, malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, həmin əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılır və müvafiq olaraq bu halda qeyri-rezidentə ödənilməli olan məbləğə vergi agenti 18 faiz dərəcə ilə ƏDV tətbiq edərək vergini hesablamalı və ödəməlidir (Vergi Məcəlləsi, maddə 169.1, 169.3).
O da məlumdur ki, rezident hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergini tutmağa borcludurlar (Vergi Məcəlləsi, maddə 125, 150.1.6).
Qeyd olunanlara əsasən verginin məbləği xidməti göstərən şəxsə ödənilən vəsaitdən ödəmə zamanı tutulmalı və ödəmə verildikdən sonra 7 gün ərzində dövlət büdcəsinə ödənilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Svetlana Əliyeva, sevaali@yahoo.com, Bakı
Sualımız yox xahişimiz olacaq. Xahiş edirik, ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını ingilis dilində veb saytınıza əlavə edəsiniz.
Nazirlər Kabinetinin qərarlarının ingilis dilinə tərcümə edilməsi Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən xahişinizi yerinə yetirmək imkanına malik deyilik. Məsləhət görərdik ki, analoji müraciəti Nazirlər Kabinetinin internet səhifəsinə ünvanlayısınız (http://www.cabmin.gov.az/).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Günay Seyid, b_z_seyidova@yahoo.com
Əgər şirkət parolu, kodu və şifrəni unudubsa onları necə öyrənə bilər?
Bildiririk ki, elektron sənəd mübadiləsinin aparılması üçün istifadə olunan istifadəçi kodu, şifrə və parol unudulduqda, müvafiq tədbirlərin görülməsi üçün dərhal vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına məlumat verilməlidir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Qəhrəman Yusupov, gamayusupov@mail.ru
Salam. Şirkətimiz qapı və pəncərə istehsalı məşğuldur. ƏDV ödəyicisiyik. 2007-ci ildə Bakı şəhər VD-nin əməkdaşları tərəfindən şirkətimizdə xronometraj müşahidə aparılmışdır. Müşahidənin yekununa əsasən aylıq ƏDV 500 manat müəyyən edilmişdir. Indiyədək bütün aylar üzrə istehsal və satış göstərilən həcmdən çox olmuşdur. Lakin son vaxtlar satış bazarında rəqabət artdığından bəzi aylarda satış ya az və ya da heç olmaya bilər. Bu halda büdcə ilə hesablaşmada yenidən 500 manat hesablanacaq və müvafiq məbləğ ƏDV subhesabından silinəcəkdir. Bu hal nə vaxta qədər davam edəcəkdir və nə dərəcədə düzgündür?
Bildiririk ki, xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 15.1.13) Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər (Vergi Məcəlləsi, maddə 37.5). Göründüyü kimi, vergi orqanı tərəfindən xronometraj müşahidənin əsasında vergilərin hesablanması tamamilə qanunauyğundur. Sizin tərəfinizdən isə mövcud məsələnin həlli ilə bağlı hal-hazırda olan real dövriyyənin müəyyən edilməsi üçün vergi orqanına təkrar xronometraj müşahidəsinin aparılması barədə ərizənin təqdim olunması tələb olunur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Məmmədov Elman İmran oğlu, man.099@mail.ru
Mən ekstrasensəm, lisenziyanı necə ala bilərəm? Əsas sənətim baxıcılıqdır və 1997-ci ildə xalq ekstrasenslər və bilicilər kollecini bitirmişəm.
Sorğunuzda qeyd olunan məsələ Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən xahiş edirik aidiyyəti üzrə (ehtimalən- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ) müraciət edəsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Lalə Kazımova, lalicka_86@mail.ru, Sumqayıt
Müəssisənin icarədən əldə etdiyi gəlir xalis mənfəət hesab olunurmu? Və bu mənfəətdən 22% mənfəət vergisi ödənilməsi doğrudurmu? Əvvəlcədən sağ olun.
Rezident müəssisə üçün mənfəət vergisinin vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin müddəalarına əsasən gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir (Vergi Məcəlləsi, maddə 104.1). Odur ki, mənfəət vergisinin ödəyicisi olan müəssisə istənilən fəaliyyətdən əldə olunan vergi tutulan gəlir ilə bu gəlirin əldə olunması üçün çəkilən xərclərin fərqindən Vergi Məcəlləsinin 105.1-ci maddəsinə uyğun olaraq 22 faiz dərəcə ilə vergiyə cəlb olunur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Anar, mjac@rambler.ru
Salam. Mən sadələşdirilmiş sistem uzrə vergi ödəyicisi kimi qeydiyyata durmuşam, mənim rüblük gəlirim 22500 manatı aşdı. Misal: Mənim dövriyyəm may ayında 22500 manatı aşdı, mən nə vaxt ƏDV ərizəsini verməliyəm, hansı tarixə kimi, hansı ay üçün mən ƏDV ödəyicisi kimi ƏDV Bəyyanaməsini verməlıyəm və hansı tarixdən ƏDV ödəyicisi kimi qeydiyyatda olacam?
Əvvəlcədən təşəkkür edirəm.
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur (Vergi Məcəlləsi, maddə 155.1).
ƏDV qeydiyyatı məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir (Vergi Məcəlləsi, maddə 157.3.1)
ƏDV-nin bəyannaməsi hər hesabat dövri (hesabat ayı) üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir (Vergi Məcəlləsi, maddə 177.2).
Odur ki, sorğunuza əsasən iyun ayının 10-dək vergi orqanına ərizə ilə müraciət etməli, iyul ayının 1-dən ƏDV qeydiyyatına alınmalı və iyul ayında həyata keçirilən vergi tutulan əməliyyatlara görə avqust ayının 20-dək ilk bəyannaməni təqdim etməlisiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Azər Bəkir, azerbeycan@mail.ru, Bakı
Salam. Hüquqi şəxs kimi qeydiyyatdan keçmək üçün nə etməliyəm, hansı sənədlər tələb olunur məndən?
Bildiririk ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli № 560-IIQ nömrəli Qanununun müddəalarına uyğun olaraq kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün həmin hüquqi şəxsin təsisçisi (və ya təsisçiləri) Vergilər Nazirliyinin müvafiq strukturuna ərizə ilə müracəit etməlidir. Nəzərinizə çatdıraq ki, kommersiya hüquqi şəxsi Bakı şəhərində təsis edildikdə müvafiq ərizə H.Əliyev prospekti, 105 ünvanında yerləşən orqana təqdim olunmalıdır.
Təqdim edilən ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır:
- təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
- təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
- təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
Eyni zamanda, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri: hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
- təsisçi fiziki şəxs olduqda—onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
- qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.
Sənədlər vergi orqanına təqdim olunduqdan sonra ən qısa müddət ərzində hüquqi şəxs dövlət qeydiyyatına alınır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rəşid, cabrail@box.az
VÖEN almaq üçün hansı sənədlər lazımdır? Qabaqcadan təşəkkür edirəm sağ olun.
Bildiririk ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və yaşadığı yer haqqında məlumat əlavə olunur) uçota alınırlar. Vergi orqanı fiziki şəxsi vergi ödəyicisi kimi uçota sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz həyata keçirir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verilir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Mobil Pəncaliyev, mpenjaiyev@yahoo.com
Müəssisələrin qeydiyyatı ilə baglı məlumat almaq istəyirəm. Yəni, MMC və ASC-lər necə yaradılır və hansı sənədlər tələb olunur bunların yaradılması üçün. Təşəkkür edirəm.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı və «Sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul olunmuş, və 01 yanvar 2008-ci il tarixindən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı «bir pəncərə» (vahid qeydiyyat orqanı) prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli № 560-IIQ nömrəli Qanununun müddəalarına uyğun olaraq kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün həmin hüquqi şəxsin təsisçisi (və ya təsisçiləri) Vergilər Nazirliyinin müvafiq strukturuna ərizə ilə müracəit etməlidir. Nəzərinizə çatdıraq ki, kommersiya hüquqi şəxsi Bakı şəhərində təsis edildikdə müvafiq ərizə H.Əliyev prospekti, 105 ünvanında yerləşən orqana təqdim olunmalıdır.
Təqdim edilən ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır:
- təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
- təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
- təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
Eyni zamanda, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri: hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
- təsisçi fiziki şəxs olduqda—onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd; - qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.
Sənədlər vergi orqanına təqdim olunduqdan sonra ən qısa müddət ərzində hüquqi şəxs dövlət qeydiyyatına alınır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Elmira Qarayeva, svercok@rambler.ru
Bizdə açıq səhmdar cəmiyyətidir. Nəzdində təlim mərkəzi var. Fiziki şəxslərin kassaya pul salmaq üçün kassa aparatın olmağı vacibdir ya yox?
Bildiririk ki, Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan (Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə) vergi ödəyiciləri belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində isə (Vergi Məcəlləsi, maddə 16.1.8.18-ci) yalnız təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti zamanı nağd pul hesablaşmalarının NKA vasitəsilə həyata keçiriliməməsi istisna edilir. Odur ki, təlim mərkəzində göstərilən fəaliyyət tədrislə bağlı olduğu halda NKA-nın tətbiqi məcburi deyildir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Aşur Səfərov, Hövsan
Ağ neftlə qara neftin fərqi nədədir?
Müvafiq məlumatı aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə müraciət etməklə əldə etməyiniz məqsədəuyğundur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
İlkin Həmidov, jose_super@box.az
Salam, hörmətli vergi mütəxəssisləri. Əvvəlki sualıma cavab verdiyiniz üçün minnətdarlığımı bildirirəm.
1) İşçiyə məzuniyyət pulu hesablanarkən işlənmiş aylarda əmək haqqı ilə bərabər mükafatlarda nəzərə alınırmı?
2) Əsas vəsaitlərə amortizasiya hesablamaları aylıq aparılır?
Diqqətinizə görə minnətdaram.
1) Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Qərarı”na əsasən birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlərin geniş Siyahısına aid edilmişdir.
2) Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır (Vergi Məcəlləsi, maddə 114.4). Göründüyü kimi, amortizasiya ayırlmaları illik hesablanmalıdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Şəfəq İsrafilbəyova, Shafa67.@mail.ru
Biz sadələşdirilmiş vergi ödəyicisiyik, taksi xidməti göstəririk, MMC-yik. Hər ay maşınlarımızın sayına görə hər maşın üçün 18 manat “Fərqlənmə nişanı” vergisi ödəyirik. Bundan əlavə sadələşdirilmiş vergi üzrə pul ödəməliyikmi?
Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər (Vergi Məcəlləsi, maddə 218.1.1.1) və həmin vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir (Vergi Məcəlləsi, maddə 219.2). Qeyd olunan vergi ödəyiciləri Vergi Məcəlləsinin 220.5 və 220.6-cı maddələrinə müvafiq olaraq sadələşdirilmiş vergi hesablanmalı və Nəqliyyat Nazirliyindən növbəti ay (aylar) üçün “Fərqlənmə nişanı” alarkən hesablanmış vergi dövlət büdcəsinə ödənilməlidir.
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxsin hər hansı əlavə sadələşdirilmiş vergisinin ödənilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Əlavə olaraq onu da bildiririk ki, sadələşdirilmiş vergini ödəyən (mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər (Vergi Məcəlləsi, maddə 219.2).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Firdovsi Tarverdiyev, ftarverdiyev@gmail.com
Müsbət məzənnə fərqi ƏDV-yə cəlb olunurmu?
Bildiririk ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır (Vergi Məcəlləsi, maddə 13.2.8).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Səidə Məmmədova, loyal.08@mail.ru
Sadələşdirilmiş vergi hansı məbləğdən sonra ƏDV ödəyicisi kimi qeydiyyata dura bilər?
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur (Vergi Məcəlləsi, maddə 155.1).
Bununla belə xatırladırıq ki, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər (Vergi Məcəlləsi, maddə 156.1).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Bəhruz Məmmədov, bahruz@cabc-global.com
Forvard kontraktı və opsion haqqında geniş məlumat verməyinizi sizdən xahiş edirəm.
İqtisadi terminlərlə bağlı məlumatı İnternet-səhifəmizin «terminlər lüğəti»ndən əldə edə bilərsiniz (http://www.taxes.gov.az/termin/index.shtml).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Aysel Məmmədova, aya@mail.ru
2008-ci ildə Vergilər Nazirliyinə imtahanla işə qəbul hansı tarixdə olacaq?
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilir. Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir. 2008-ci ilin may ayının birinci yarısında müsabiqənin keçirildiyini nəzərə alaraq bildiririk ki, Vergilər Nazirliyinə işə qəbulla əlaqədar növbəti müsabiqənin yaxın zamanda keçirilməsi nəzərdə tutulmamışdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Rəşid, cabrail@box.az
Fiziki şəxsin qeydiyyata alınan masınına hansı sənədlər lazımdır?
Sorğunuzda qeyd olunan məsələ səlahiyyətlərimizə aid olunmadığından aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Əyyar Ağayev, ajjjaragaev@rambler.ru Bakı
Salam. Alınmış mal materialların ƏDV-siz dəyəri 30.06.2008 il tarixində satıcı təşkilata ödənilmişdir. ƏDV isə 01.07.2008 il tarixində satıcı təşkilatın sub hesabına ödənilmişdir. Biz ƏDV-ni iyun yoxsa iyul ayında əvəzləmə verməliyik?
Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir. Göründüyü kimi, ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış malların (iş və xidmətlərin) dəyəri və bu ödəmələr üzrə ƏDV-nin məbləgi eyni vaxtda ödənilməlidir. Odur ki, sorğunuza əsasən alınmış hesab-fakturada qeyd olunan məbləğ (əsas məbləğ + ƏDV mələği) tam olaraq ödənildikdən sonra ödənilən verginin məbləği tərəfinizdən əvəzləşdirilə bilər. Əlavə olaraq xatırladırıq ki, Vergi Məcəlləsinin 58.6-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Anar Alqayev, anaralqayev@rambler.ru
Mən vergi hesab-fakturasının nə olduğunu bilmək istərdim.
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin vergi hesab-fakturası verməyə hüququ yoxdur (Vergi Məcəlləsi, maddə 176.1).
Vergi hesab-fakturası ciddi hesabat blankları olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı məlumatları əks etdirən sənəddir:
- vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;
- vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;
- yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
- vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;
- aksizli mallarda aksizin məbləği;
- vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;
- vergi hesab-fakturasının verilmə tarixi;
- hesab-fakturanın sıra nömrəsi;
- qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı;
- vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı (Vergi Məcəlləsi, maddə 176.2).
Onu da qeyd edək ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (Vergi Məcəlləsi, maddə 176.3).
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
N.Babayev, nbb@box.az
1) ƏDV ödəyicisi olan firma başqa firmadan nağd yolla material alır. Material alışı zamanı qaimə-faktura (materialın qiyməti ƏDV ilə birlikdə göstərilmişdir) və kassa mədaxil orderi təqdim olunur. Həmin sənəd vasitəsilə əvəzləşdirmə etmək olar?
2) Firma iş olanda işləyib, iş olmayanda işləməyibsə işçilərə əmək haqqı necə hesablanmalıdır? Çox sağ olun.
1) Əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (Vergi Məcəlləsi, maddə 175.1).
Odur ki, sorğunuzda sözügedən halda əvəzləşmə mümkün deyildir.
2) Sorğunuzda qeyd olunan məsələ səlahiyyətlərimizə aid olunmadığından aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Mehman Ağayev, a_mehman@mail.ru
Salam! Bizi “Bələdiyyələrin Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulan - Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququnu həyata keçirmək prosedurları maraqlandırır. Sizdən xahiş edirik bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququnun Vergilər Nazirliyinin müvafiq şöbələrində həyata keçirilmə qaydaları barədə ətraflı məlumat verəsiniz.
Maddə 34. Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ
Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər.
Müraciətimizi cavablandıracağınız əminliyi ilə Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
Hörmətlə, Mehman Ağayev
Bildiririk ki, Mülki Məcəllənin müddəalarına uyğun olaraq hüquqi şəxs-qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarına uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən şəxslər tərəfindən hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana (kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı Vergilər Nazirliyi (Bakı şəhərində Bakı şəhəri Vergilər Departamentinin H.Əliyev prospekti 105 ünvanında yerləşən “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”), qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir) ərizə ilə müraciət edilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə (əsasnamə);
• qurumun yaradılması barədə qərar;
• hüquqi ünvanı təsdiq edən sənəd;
• təsisçi hüquqi şəxslər barədə məlumat;
• təsisçi fiziki şəxslər barədə məlumat;
• rəhbərin (qanuni təmsilçinin) təyin edilməsi barədə qərar;
• nizamnamə kapitalının (şərikli mayanın) ödənilməsini təsdiq edən sənəd;
• hüquqi şəxsin rəhbəri və ya qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti;
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
Bələdiyyələr tərəfindən hüquqi şəxslərin yaradılması da qeyd olunan ümumi qaydada həyata keçirilir.
Odur ki, bələdiyyələr tərəfindən kommersiya hüquqi şəxsi yaradıldıqda qeyd olunan sənədlər əlavə edilməklə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə hüquqi şəxsin yerləşdiyi ərazi üzrə vergi orqanına (Bakı şəhərində Bakı şəhəri Vergilər Departamentinin H.Əliyev prospekti 105 ünvanında yerləşən “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”) müraciət edilməlidir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı sənədlərin formalarını Vergilər Nazirliyinin www.taxes.gov.az İnternet saytından da da əldə edə bilərsiniz.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Namiq Əliyev, namiq07@rambler.ru, Şirvan
Salam. Mənim sualım kassa aparatı barəsindədir. Kassa aparatı hər ayın əvvəli xarab olur və mən də hər ay onu düzəltdirmək üçün onu texniki baxışa aparmalıyam. Hər düzəldəndə də 5-10 manat pul verməliyəm. Bunun sadə formasını zəhmət olmasa mənə deyin. Sağ olun.
Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir.
Vergi Məcəlləsinin 15.1.14-cü maddəsinə əsasən isə vergi ödəyicisinin istismarında olan nəzarət-kassa aparatında baş verən intensiv nasazlıqları aradan qaldırmaq mümkün olmadıqda, vergi ödəyicisi vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək hüququna malikdir.
Odur ki, sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə nəzarət-kassa aparatına texniki xidməti göstərən şəxsə müraciət edilməsi və yaxud da həmin obyektdə yeni nəzarət-kassa aparatının quraşdırılması məqsədəmüvafiqdir.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Nailə Rəhimova, anqel86@mail.ru
Salam. Təşəkkür edirəm ki, belə bir şərait yaradılıb. Sualım: mən kassa aparatı almaq istəyirəm, belə ki, təzə qanuna görə pos-terminal aparatı məcburidir. Bu oldu aydın, orada bütün sənədlər hazırdır. Bəs NK üçün hansı qanunlar olmalıdır, əgər bizim sahə 50 m2 təşkil edirsə (heç bir şöbə yoxdur, özümüz kiçik istehsalla məşğul oluruq və obyekt də icarədədir)? Bizim kiçik kassa aparatı quraşdırmağa hüququmuz varmı, çünki böyük aparatlar həqiqətən çox bahadır, imkan edə bilmirik. Narahatçılığa görə üzr istəyirəm, öncədən çox sağ olun.
Bildiririk ki, 1 mart 2002-ci il tarixli «Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclasının 2 №-li Protokolu»na əsasən sahəsi 50 m2-dən çox olan ticarət obyektində kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmadığından tərəfinizdən həmin obyektdə stasionar kassa aparatı quraşdırılmalıdır.
Forumda müzakirə et | Terminlər lüğəti | Çat
Abbasəli Qurbanov, Qurbanov_Abbaseli@hotmail.com
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən ƏDV-nin əvəzləşdirilməsi barədə vergi ödəyicilərinə 04.06.2008-ci il tarixli 0816020020653200 saylı məktub ünvanlanmışdır.
Həmin məktubda Vergilər Nazirliyinin yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti bildirir ki, Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmə sonrakı 5 gün ərzində ƏDV-nin hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Göründüyü kimi, Məcəllənin bu maddəsi mal (iş, xidmət) təqdim edən üçün vergi əməliyyatının aparıldığı vaxt müəyyən edir.
Vergi Məcəlləsinin 175.1 maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab fakturalar üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Bu zaman vergi tutulan vergi əməliyyatının vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq müəyyən edilir.
Vergi Məcəlləsinin 176.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur.
Qeyd olunanlara əsasən vergi-hesab fakturası yalnız mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra verilməlidir. Göründüyü kimi mal (iş, xidmət) təqdim edilmədən aparılmış avans ödənişlərinə görə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası əsasında ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Göstərilənləri nəzərə alaraq bildiririk ki, avans məbləğləri üzrə verilmiş vergi –hesab fakturası əsasında düzgün olmayaraq əvəzləşdirilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq olunmaması məqsədilə müvafiq dövrlər üzrə Vergi Məcəlləsinin 72.5-ci maddəsinə uyğun olaraq vergi orqanına dəqiqləşdirilmiş vergi hesabatının verilməsini xahiş edirik.
Yuxarıda məzmunu açıqlanan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən ƏDV-nin əvəzləşdirilməsi barədə Vergi ödəyicilərinə ünvanlanmış 04.06.2008-ci il tarixli 0816020020653200 saylı məktub ilə əlaqədar olaraq aşağıdakı sualları aydınlaşdırasınız:
1. Avans ödənişi dedikdə nə başa düşülür, belə ki, Vergi Məcəlləsində belə anlayış yoxdur.
2. Vergi Məcəlləsinin 176-cı maddəsi vergi -hesab-fakturalarının formasını və verilmə qaydalarını müəyyən edir. Vergi tutulan əməliyyatların aparıldığı vaxtı isə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 166.3-cı maddəsinə əsasən Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Vergi ödəyicisi öz istehsal və ya xidmət sahəsini genişləndirmək üçün “Sifarişçi” olaraq tikinti tikdirir. Tikinti işlərinin 3 il ərzində başa çatdırılması və təhvil alınması nəzərdə tutulmuşdur. Bağlanmış müqavilənin şərtlərinə əsasən tikintiyə istifadə olunacaq materialların alınması üçün müqavilə məbləğinin 40%-i əvvəlcədən ödənməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “PODRATÇI” tərəf “SİFARİŞÇİ”-yə ödəməni həyata keçirmək üçün vergi hesab-fakturası verə bilərmi və “SİFARİŞÇİ” ona verilmiş həmin vergi - hesab fakturası əsasında ödənilmiş ƏDV-ni ödənişin aparıldığı ay ərzində əvəzləşdirə bilərmi və yaxud 3 ildən sonra tikintini qəbul etdikdən sonra əvəzləşdirə bilər.
3. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və vergi ödəyicisi tərəfindən ona verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilərək əvəzləşdirilən vergi məbləğinə maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq olunması nə dərəcədə doğrudur.
4. Məktubda göstərilən halları misallarla izah etməyinizi xahiş edirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə, auditor Qurbanov Abbasəli Şükür oğlu.
1. Bildiririk ki, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmələr Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli İ-94 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat”ın müddəalarına əsasən (61№-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabı) avans ödənişləri hesab olunur.
2. Mülki Məcəllənin müddəalarına əsasən yerinə yetirilmiş işin qəbulu və bu iş üçün muzdun ödənilməsinin qaydası və şərtləri sifarışçi ilə podratçı arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və xidmətləri qəbul edən şəxsə mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq vergi hesab-fakturası verməyə borcludur və Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ƏDV-nin vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Göründüyü kimi, avans olaraq aparılmış ödənişlərə görə vergi hesab-fakturasının verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və bu səbəbdən də nağdsız qaydada aparılmış həmin ödənişlər üzrə ƏDV-nin depoziti hesabına ödənilmiş verginin məbləği büdcədən əvəzləşdirilmir. Avans ödənişlərinə görə səhvən verilmiş vergi hesab-fakturaları da Vergi Məcəlləsinin 176.4-cü maddəsinə uyğun olaraq ödənilmiş verginin əvəzləşdirilməsinə əsas vermir və aparılan əvəzləşdirmə etibarsız hesab edilir. Odur ki, bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq görülmüş işlərin dəyəri sorğunuzda qeyd olunduğu vaxt qəbul edildiyi halda aparılmış avans ödənişləri üzrə ƏDV-nin depoziti hesabına ödənilmiş verginin məbləği də görülmüş işlərə görə vergi hesab-fakturasının alındığı vaxt büdcədən əvəzləşdirilməlidir.
3. 4. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə dəyər vergi mə