VERGİ ORQANI ƏMƏKDAŞLARININ FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR SAXTAKARLIQ VƏ YA KORRUPSİYA HALLARI BARƏDƏ NECƏ MƏLUMAT VERMƏLİ?


Şikayətçinin şəxsiyyəti haqqında məlumat ciddi şəkildə nəzarətdə saxlanılır və Vergilər Nazirliyi əməkdaşlarına və ya Sizin razılığınız olmadan Daxili Təhlükəsizlik İdarəsindən (DTİ) kənarda hər hansı bir şəxsə ötürülmür.

Vergilər Nazirliyi əməkdaşlarının hər hansı fəaliyyəti ilə əlaqədar olaraq saxtakarlıq və ya korrupsiya hallarının mövcud olması barədə məlumat vermək üçün DTİ ilə əlaqə saxlayın. Siz DTİ ilə poçt, elektron poçt, faks vasitəsilə şəxsən və ya telefonla əlaqə saxlayaraq məlumat verə bilərsiniz. Yalnız aidiyyəti olan (idarə rəhbərliyinin rəsmi icazəsi ilə) DTİ əməkdaşlarının bu cür əlaqə yaratmaq səlahiyyəti vardır.

Məlumat verilərkən mümkün qədər onun bütün təfsilatını əhatə edin (kim, nə, harada, nə üçün, necə və s.). Əlavə məlumat üçün "Nə barədə məlumat verməli?" bölməsinə baxın.

Elektron forma vasitəsilə

Siz onlayn rejimdəki elektron formadan istifadə etməklə öz məlumatınızı göndərə bilərsiniz.

Faks

Siz DTİ-yə faks vasitəsilə də (nömrələr: 403-87-60, 403-86-75) məlumat göndərə bilərsiniz.

Poçt

Siz DTİ-nin aşağıdakı ünvanına, üzərində "Məxfi" qeydi olan məktublarınızı göndərə bilərsiniz:

Bakı şəhəri, AZ1073, Landau küçəsi, 16,
AR Vergilər Nazirliyi, Daxili Təhlükəsizlik İdarəsi

Şəxsən

Məlumatınızı şəxsən DTİ-yə gəlməklə də çatdıra bilərsiniz ( Bakı şəhəri, AZ1073, Landau küçəsi, 16,
AR Vergilər Nazirliyi, IV mərtəbə, Daxili Təhlükəsizlik İdarəsi).

Telefon

Siz DTİ ilə aşağıdakı şəhər telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

403-87-60, 403-86-75

Telefon əlaqəsi zamanı zənginizə cavab verənin məhz DTİ əməkdaşı olduğuna əmin olun.


NƏ BARƏDƏ MƏLUMAT VERMƏLİ?

Vergilər Nazirliyi əməkdaşlarının hər hansı fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya hallarının mövcud olması barədə informasiya və ya dəlil barədə istənilən şəxs DTİ-yə məlumat verə bilər.

İdarədə məlumatlar üzrə məxfiliyə ciddi əməl olunur və hər hansı bir səbəb olmadan verilmiş məlumatın mənbəyinə dair heç bir açıqlama verilmir.

Məlumatı verdikdə, zəhmət olmasa, mümkün qədər ətraflı təfsilatları əhatə edin. Məsələn:
- Hansı hadisə baş vermişdir? Onu tam şəkildə təsvir edin.
- Sizcə, saxtakarlığa və ya korrupsiyaya kim yol vermişdir? Buraya başqa kim cəlb olunmuşdur?
- Hadisə nə vaxt baş vermişdir? Burada hadisənin baş vermə tarixini, vaxtı və neçə dəfə baş verdiyini göstərin.
- Hadisə harada baş vermişdir? Burada yalnız şəhər və rayon deyil, mümkün olduğu təqdirdə faktiki ünvan, bina nömrəsi və idarənin adını da göstərin.
- Sizin verdiyiniz məlumat Vergilər Nazirliyinin fəaliyyətinə nə dərəcədə aidiyyəti vardır? Buraya nazirliyin əməkdaşlarından kimsə cəlb olunubmu?
- Sizcə, bu məlumatın DTİ-yə verməyiniz barədə kimsə xəbərdardırmı və o, əlavə məlumat verə bilərmi?
- Əgər lazım olarsa Siz adınızın çəkilməsinə etiraz etmirsinizmi?

Məlumatı onlayn rejimdə səhifəmiz vasitəsilə DTİ-yə göndər

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az