|
İşə qəbulla əlaqədar müsabiqənin müsahibə mərhələsinin qiymət cədvəli (iş nömrəsi üzrə)
İşə qəbulla əlaqədar müsabiqədə müvəffəqiyyət qazananların nəticələri (ümumi bal üzrə)
30.08.2009-cu il tarixində Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri
Azərbaycan Respublikası Vergilər Nazirliyinə işə qəbulla bağlı sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi
Q A Y D A L A R I
1. Sənədlərin toplanması və yoxlanılması
1.1. Bu qaydalar "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə, "Dövlət qulluğu haqqında Qanun"a müvafiq olaraq hazırlanmışdır və dövlət vergi orqanlarına (bundan sonra - vergi orqanlarına) işə qəbul olunmaq üçün namizədlərin (bundan sonra - namizədlər) ərizələrinin qəbul edilməsi, sənədlərinin toplanması yoxlanılması məsələlərini və müsabiqəsinin keçirilməsini müəyyən edir.
1.2. Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət edən şəxs müəyyən edilmiş formada elektron ərizə ilə Vergilər Nazirliyinə müraciət edir.
1.3. Ərizə Vergilər Nazirliyinə daxil olduğu vaxtdan bir ay müddətinə nazirliyin Kadr siyasəti və hazırlığı idarəsi tərəfindən müraciət edənin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədi ilə yoxlama aparılır.
1.4. Müraciət edən elektron ərizə formasında göstərilən məlumatların doğruluğuna cavabdehdir. Namizəd bilərəkdən təhrif olunmuş məlumatlar verdikdə müsabiqəyə buraxılması barədə ərizəsi səbəb göstərilməklə rədd olunur. Təhrif olunmuş məlumatlar müsahibə mərhələsindən sonra işlə təmin olunacaq namizədlərin sənədlərinin toplanması zamanı aşkar olunarsa, həmin namizəd kadr ehtiyyatları sırasına və vergi orqanlarına xidmətə qəbul edilmir.
1.5. Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxsin bu qaydaların 4-cü bəndində göstərilən sənədləri qəbul edildikdən sonra üç iş günü müddətində nazirliyin Kadr siyasəti və hazırlığı idarəsi tərəfindən namizədin əvvəllər məhkum olunub-olunmamasının, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilib-verilməməsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu göndərilir.
1.6. Elektron sənəd qəbulu başa çatdıqdan sonra Test imtahanlarında iştirak edəcək namizədlərin siyahısı təsdiq olunur və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına təqdim olunur.
1.7. Aşağıdakı qeyd olunan namizədlər vergi orqanlarına xidmətə qəbul edilmirlər.
1.7.1.Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;
1.7.2.Ali təhsilə malik olmayanlar;
1.7.3. İqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olmayan vətəndaşlar;
1.7.4.35 yaşı keçmiş vətəndaşlar;
1.7.5.Əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;
1.7.6. Hərbi xidmətdə olmayan vətəndaşlar (ailə vəziyyətinə görə, elmi dərəcə aldığına görə çağrışdan azad edilmiş və ehtiyyatda olan zabitlər istisna olunmaqla);
1.7.7.Hər hansı səbəbdən cinayət məsuliyyətinə cəlb edilmiş vətəndaşlar;
1.7.8. Müsahibə mərhələsindən keçdikdən sonra müəyyən müddət ərzində bu əmrlə təsdiq olunmuş sənədlərdən hər hansı birini təqdim etməyən vətəndaşlar.
1.8. Müsahibə mərhələsini keçən namizədlər işlə təmin olunmaları üçün 5 gün ərzində aşağıdakı sənədləri nazirliyin Kadr siyasəti və hazırlığı idarəsinə təqdim edir:
1.8.1.Ərizə (təklif olunan vəzifədə işləmək istədiyi barədə)
1.8.2.Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);
1.8.3.Tərcümeyi-hal (blank vergilər nazirliyi tərəfindən pulsuz verilir);
1.8.4.Kadrların şəxsi uçot vərəqəsi (blank vergilər nazirliyi tərəfindən pulsuz verilir);
1.8.5. 4x6 sm ölçüdə 2 ədəd, 9x12 sm ölçüdə 1 ədəd ağ fonda rəngli fotoşəkillər;
1.8.6. Ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (Xarici ölkədə təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada notarifikasiya olunmalıdır);
1.8.7. Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;
1.8.8.Yaşadığı yerin poliklinkasından sağlamlıq barədə arayış;
1.8.9.Bakı ş. Zığ şossesi 13 ünvanda yerləşən Respublika narkoloji dispanserindən yoxlama aktı və arayış;
1.8.10. Yaşadığı ünvan və ailə tərkibi barədə arayış;
1.8.11. Nigah, uşaqların doğum və boşanma haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətləri;
1.8.12. Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş).
Qeyd: Müsabiqəni müvəffəqiyyətlə keçmiş hər hansı sahibkarlıq fəaliyyət ilə məşqul olan namizədlər fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.
1.9. Bu Qaydaların 1.8-ci bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri təqdim edə bilər.
Ardı
|