Hörmətli vergi ödəyiciləri!
Əgər Sizin Vergi Məcəlləsinin təkmilləşdirilməsinə dair təklifləriniz və əlavələriniz varsa, onları səhifəmizdə yeni yaradılmış Wikipedia üslublu bölmə vasitəsilə həyata keçirə bilərsiniz. Bunun üçün Məcəllənin lazım olan Fəslini və daha sonra istənilən Maddəni seçib əlavə və təkliflərinizi onlayn rejimdə onların üzərində edə bilərsiniz.
Bölmənin işləmə prinsipi
Bölmədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tam elektron versiyası yerləşdirilmişdir. Öz əlavələrinizi (təkliflərinizi) istənilən maddəyə etməyiniz üçün öncədən qeydiyyatdan keçməyiniz gərəkdir. Bunun üçün sol tərəfdə yerləşən "Qeydiyyat" bölməsinə keçid alın.
Qeydiyyat pəncərəsindəki formanı aşağıdakı nümunədə olduğu kimi real məlumatla doldurub "Qeyd et" düyməsini basın.

Qeydiyyat uğurlu keçdiyi təqdirdə bu haqda ekranınızda bildiriş çıxacaq və Siz avtomatik olaraq bölməyə daxil olacaqsınız.
Diqqət: şifrənizi və üzvlük adınızı yadınızda saxlayın və növbəti dəfə bölməyə daxil olmaq üçün istifadə edin.
Sol tərəfdə yerləşdirilmiş sütunda istədiyiniz Fəsli və Maddəni seçin.
Hər hansı əlavə və ya dəyişikliyi edəcəyiniz Maddənin aşağı hissəsindəki "Redaktə et" keçidinə daxil olun. Qarşınızda həmin Maddənin redaktə oluna biləcək formada versiyası görünəcəkdir.
Burada Siz hər hansı əlavə və dəyişikliyi edib həmin pəncərənin aşağı hissəsindəki "Xahiş edirik dəyişiklik etdiyiniz bəndlərin nömrəsini qeyd edin(vergül ilə ayırın) və təkliflərinizi əsaslandırın." sətrində əlavə və dəyişiklik etdiyiniz bəndin nömrəsini göstərin (məsələn, 32.3, 32.4).
Tamamlamaq üçün "Təsdiq et" keçidini seçin (redaktədən imtina etmək üçün "İmtina" keçidini seçin).
Qarşınızda təşəkkür mesajı çıxdıqdan sonra əlavə və ya düzəlişinizin uğurla başa çatdığına əmin ola bilərsiniz.
Sizin redaktənizin nəticələri moderator tərəfindən nəzərdən keçirildikdən sonra üzvlük adınız, email ünvanınız və redaktə tarixi göstərilmək şərtilə bölmədə yerləşdiriləcəkdir.
Sizin etdiyiniz əlavə və dəyişikliklər təhlil ediləcək, məqsədəmüvafiq hesab edildiyi təqdirdə vergi qanunvericiliyinə əlavə də dəyişikliklər edilən zaman nəzərə alınacaqdır.
Qeyd: Bölmənin funksionallığı Internet Explorer 7.0, Opera 9.63, Mozilla Firefox 3.0.4, SeaMonkey 1.1.9 brouzerlərində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. |