az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

Ən çox verilən suallar

SİZİN SUAL

Sizi maraqlandıran suallarla hәmçinin Vergilәr Nazirliyinin telefon xidmәtinә dә müraciәt edә bilәrsiniz

>
Facebook Twitter YouTube
Suallar Vergi Ödәyicilәrinә Xidmәt İdarәsi tәrәfindәn cavablandırılmışdır (08.11.2010)
         
Mustafa Kabakcıoğlu, m.kabakcioglu@hotmail.com
Sualimi yazmaya başlamadan evvel Kardeş Devlet Türkiye’nin Zonguldak Şehirinden Selam ve Saygılarımı gönderiyorum.
Ben Ülkemin Bir kurumunda Otaoklul Mezunu Olarak Küçük bir devlet Memuru iken Dışarıdan Lise ve Anadolu Üniversitesi İşletme Fakültesini bitirdim. Çalıştığım kurumdan emekli oldum Ülkemde ne gariptirki Lise Mezunları Mali Müşavir Olurlar ama Üniversite Mezunları Mali Müşavir Olmak için Staj başlatma sınavına girerler sınava giren 20000 kişiden 1000 kadarı başarılı sayılır.Diğerleri elenir.
Sualim Şu:
Azerbaycan Cumhuriyetinde İşletme Fakültesi Mezunları nasıl Serbest Muhasebeci Mali Müşavir nasıl olur. İşletme Fakültesi Mezunları sizde Nasıl Muhasipçi olur.
İmtahana mı tabi tutulup muhasipçi olur yoksa Bakanlığa müracatı halinde Serbest MuhasebeciMali Müşavir Ruhsatı verilirmi?
Bildiririk ki, eyni məzmunlu sorğunuz 11 oktyabr 2010-cu il tarixdə cavablandırılmışdır.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Ramin Səlimi, ramin.h.m@gmail.com
Salam. Suallarımı cavanlandıran şəxsə öncədən minnətdarlığımı bildirirəm.
1) Səhmdarların ümumi yığıncağının qərarı ilə il sonunda təmiz mənfəətdən dividend ödənilmirsə və ya elan olunmursa bu halda ödəmə mənbəyindən vergi tutulmalıdırmı?
2) Vergi qanunvericiliyinə görə dividend nə zaman elan olunmuş və ödənilmiş hesab edilir?
Bildiririk ki, Mülki Məcəllənin müddəalarına əsasən hüquqi şəxsin xalis mənfəətinin iştirakçılar arasında dividend şəklində bölüşdürülməsinin qaydaları həmin hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq tənzimlənir.
Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab olunur (Vergi Məcəlləsi, maddə 13.2.15).
Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər həmin şəxslərin bu gəlirlərindən Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar.
Göründüyü kimi, hüquqi şəxsin xalis mənfəəti təsisçilərə dividend şəklində ödənildikdə təsisçilərin bu gəlirlərindən ödəmə mənbəyində gəlir vergisi tutulmalı və dövlət büdcəsinnə ödənilməlidir.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Hafiz Bunyad, bkhafiz@yahoo.com
Salam. Suala cavab verəcyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən xarici aviaşirkətlin nümayəndəliyi ƏDV ödəyicidir və "İkiqat vergiqoymanın aradan qaldırılması" sazişlərinə əsasən (misal üçün, Avstriya Respublikası ilə bizim respublika arasında imzalanmış sazişlərin 8-ci maddəsi), burada mənfəət ödəyiciləri deyillər, yalnız öz ölkələrində ödəyirlər. Bunu nəzərə alaraq həmin bu nümayəndəliklər mənfəət bəyannaməsi tərtib etməlidirlər?
Bildiririk ki, «Azərbaycan Respublikası Höküməti ilə Avstriya Respublikası Höküməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Sazişin 8-ci maddəsinə əsasən Avstriya Respublikasının müəssisəsinin hava nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından mənfəəti yalnız Avstriya Respublikasında vergiyə cəlb edilə bilər.
Vergilər Nazirinin 0717040100891300 nömrəli, 19.11.2007-ci il tarixli Əmrilə tətbiq edilmiş “Azərbaycan Respublikasi ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları”nın 9-cu maddəsinin müddəalarına əsasən əsasən beynəlxalq müqavilədə beynəlxalq daşımalardan əldə edilən mənfəətin (gəlirin), yalnız daşımaları həyata keçirən müəssisənin rezident olduğu Dövlətdə vergiyə cəlb edilməsi nəzərdə tutulduğu hallarda, qeyri-rezident Azərbaycan Respublikasında belə fəaliyyətini daimi nümayəndəlik vasitəsilə həyata keçirirsə, onun beynəlxalq daşımalardan əldə etdiyi mənfəət rezidenti olduğu Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentin həmin daşımalardan əldə etdiyi gəlirlərə münasibətdə bu Qaydaların yuxarıda qeyd etdiyimiz müddəası qeyri-rezident tərəfindən digər Dövlətin xüsusi formasında və ya sərbəst formada tərtib olunmuş və həmin digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən təsdiq edilmiş rezidentlik barədə arayış daimi nümayəndəliyin Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına təqdim edildiyi halda tətbiq edilir.
Bununla yanaşı, daimi nümayəndəlik vasitəsilə beynəlxalq daşımaları həyata keçirən qeyri-rezidentin daimi nümayəndəliklə bağlı bu cür gəlirlərindən gəlir ödəyən şəxs tərəfindən ödəniş mənbəyində vergi tutulmaması üçün, həmin gəlir ödəyən şəxsə daimi nümayəndəliyin vergi orqanlarında uçotda olması barədə şəhadətnamənin surəti təqdim edilməlidir.
Göründüyü kimi, sorğunuzda sözügedən daimi nümayəndəlik vasitəsilə hava nəqliyyat vasitələri ilə beynəlxalq daşımaları həyata keçirən qeyri-rezident rezidenti olduğu dövlətin (Avstriya Respublikası) səlahiyyətli vergi orqanı tərəfindən təsdiq edilmiş rezidentlik barədə arayışı daimi nümayəndəliyin Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanına təqdim etdiyi halda, həmin qeyri-rezidentin daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi beynəlxalq daşımalardan əldə etdiyi və qeyd olunan Sazişin müddəalarına müvafiq olaraq rezidentlik ölkəsində vergiyə cəlb edilməli olan gəlirlərindən Azərbaycan Respublikasında verginin tutulması və bu gəlilər barədə vergi orqanına hesabatın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Nicat, nicatrz@mail.ru
Salam, sualım belədir. Əgər müəssisənin balabsında olan əmlak ilin ortasında və ya axırında satılıbsa, ona, satıldığı günə qədər amortizasiya hesablanmalıdır və ya yox?
Ya əmlak il ərzində satılıbsa onun satıldığı günə olan balans dəyərindən az qiymətə satılıbsa əldə olunan gəlir gəlirə daxil edilib vergi ödənməlidir və qalan məbləğ itkiyə bağlanıb gəlirdən çıxılan xərclərə salınmalıdır?
Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid olan əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Vergi Məcəlləsinin 114.6-cü maddəsinə əsasən isə amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:
Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır (Vergi Məcəlləsi, maddə 114.6).
Göründüyü kimi, il ərzində təqdim olunan və bu səbəbdən də ilin sonuna uçotda olmayan əsas vəsaitlərə amortizasiya ayırmalarının hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Digər sulınızla əlaqədar bildiririk ki, Verg Məcəlləsinin 142.2-ci maddəsinin müddəalarına uyğun olaraq aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərqdən ibarətdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Vergi Məcəlləsinin 114.9-cu maddəsinə uyğun olaraq əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.
Odur ki, müəssisəyə məxsus əsas vəsait müəssisə tərəfindən mövcud bazar qiymətləri nəzərə alınmaqla təqdim edilərkən, təqdimolunma nəticəsində əldə olunan məbləğ “mənfəət vergisinin bəyannaməsi”nin “Gəlirlər” hissəsinin müvafiq sətrində, həmin vəsaitin qalıq dəyəri isə “Xərclər” hissəsinin müvafiq sətrində öz əksini tapmaqla yaranan zərər gəlirdən çıxıla bilər.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Mirzamin Fəttayev, zamin_51@mail.ru
Salam. Mən bir sualla sizə muraciət etmək istərdim. Hər hansı iki şəxs kirayə götürülmüş obyektdə ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və bu şəxslər özlərinə ayrı-ayrılıqda VÖEN açdırmaq istəyirlər. Sualım: bu nə dərəcədə mümkündür və əgər mümkündürsə, zəhmət olmasa, bu prosesi izah edəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) vergi ödəyicisi kimi uçota alınırlar.
Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirildiyi təsərrüfat subyekti (obyekt) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Uçota alınmaq üçün təqdim edilən ərizəyə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin, etibarnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.
Odur ki, əmlakı (və ya əmlakın müəyyən hissəsini) icarəyə götürən fiziki şəxslər icarəyə verən şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq bağlanmış müqavilə ilə rəsmiləşdirdikə və özlərinin əmlakdan (və ya əmlakın müəyyən hissəsindən) istifadə hüquqlarını təsdiq edən sənədləri vergi orqanına təqdim etdikdə sözügedən fiziki şəxslər təsərrüfat subyekti (obyekt) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alına bilərlər.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri (Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər istisna edilməklə) Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olduqlarına görə NKA-nın qeydiyyata alınması üçün vergi ödəyicisi tərəfindən ərazi üzrə vergi orqanına müvafiq ərizə verilməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:
- NKA-nın texniki pasportu;
-STXM-in NKA-nın quraşdırılması barədə aktı;
- ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;
- mövcud qanunvericilikdə pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində onların quraşdırılması barədə sənəd;
- elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı NKA-lar üzrə STXM-in elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı;
- NKA-nın texniki kitabı və NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı
Onu da qeyd edək ki, fiziki şəxsin vergi öhdəlikləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın vergi tutulan əməliyyatlarının həcmindən və istəklərindən asılı olaraq Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada müəyyən olunur.
Qeyd olunanlarla əlaqədar daha ətraflı məlumatı yaşadığınız yer üzrə vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Azər Baxşəliyev
Salam. ƏDV ödəyicisi aldığı malın dəyərinin satıcıya çatan hissəsini nağd verib, ƏDV-sini isə hesabdan (ödəniş tapşırığı ilə) satıcının ƏDV depozitinə köçürə bilərmi, yoxsa hər ikisi hesabdan (ödəniş tapşırığı ilə) hesaba köçürülməlidir? Əvvəlcədən təşəkkürlər.
Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
Eyni zamanda, Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq Vergi Məcəlləsinin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi, Vergi Məcəlləsinin müvafiq maddələrində və sözügüdən Qaydalarda ƏDV ödəyicisi əsas məbləğ ödənilən gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğinin ƏDV-nin depozit hesabına köçürülməsi, ƏDV-nin əvəzləşdirilməsi üçün isə əsas məbləğin nağdsız qaydada ödənilməsi tələb olunur.
ƏDV məbləğinin ƏDV-nin depozit hesabına vaxtlı-vaxtında köçürüldükdə, lakin əsas məbləğ nağd qaydada ödənildikdə ƏDV ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsə də, həmin şəxs ödənilmiş vergi məbləğinin əvəzləşdirilməsi imkanından məhrum olur.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Vahid Zöhrabov, vahid319@rambler.ru, Xudat
1. Vergi Apellyasiya Şurası vergi ödəyicisinə tətbiq olunmuş maliyyə sanksiyasının ləğv edilməsi haqqında qəbul etdiyi qərar neçə gündən sonra qüvvəyə minir?
2. Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixli 82 saylı Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlaması samanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması" qaydalarının 2.1 maddəsində dəyişiklik olubmu?
1. Bildiririk ki, Vergi Məcəlləsinin 63-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.
Digər tərəfdən, Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Vergilər Nazirliyinin Apellyasiya Şurasının qərarları Şuranın sədri tərəfindən imzalanmış qərarı ilə həyata keçirilir və həmin qərar imzalandığı andan qüvvəyə minir.
2. Bildiririk ki, Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixli 82 saylı “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”nın 2.1 maddəsində heç bir dəyişiklik baş verməmişdir.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Asəf Haciyev, asef08@mail.ru
Salam. Dövlət reyestri haqqında məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürlər
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli 560 IIQ ¹–-li Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur.
Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.
Qeyd olunan “Qanun”u Vergilər Nazirliyinin rəsmi internet saytının “Qanunvericilik” bölməsindən əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Dmitriy Starostin, starostin@sibvaleo.com, Novosibirsk
Ðåãèñòðàöèåé ÎÎÎ áóäåò çàíèìàòüñÿ äîâåðåííîå ëèöî. Ãäå âçÿòü ôîðìó äîâåðåííîñòè?
Ñîîáùàåì, ÷òî ïðè ãîñóäàðñòâåííîé ðåãèñòðàöèè êîììåð÷åñêîãî þðèäè÷åñêîãî ëèöà èñïîëüçîâàíèå ñïåöèàëüíîé ôîðìû äîâåðåííîñòè íå ïðåäïîëàãàåòñÿ, â êà÷åñòâå ïîäòâåðæäàþùåãî ïðàâà äîêóìåíòà ìîãóò ñëóæèòü äîâåðåííîñòè ïðîèçâîëüíîé ôîðìû, íîòàðèàëüíî ïîäòâåðæäåííûå â ñîîòâåòñòâóþùåì ïîðÿäêå.
Äëÿ äîïîëíèòåëüíîé èíôîðìàöèè ïî äàííîìó âîïðîñó Âû ìîæåòå îáðàòèòüñÿ â ñîîòâåòñòâóþùóþ ñòðóêòóðó, ê êîìïåòåíöèè êîòîðîé îòíîñèòñÿ íîòàðèàëüíîå çàâåðåíèå òåõ èëè èíûõ äîêóìåíòîâ, ò.å. â Ìèíèñòåðñòâî þñòèöèèè Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè (îôèöèàëüíûé ñàéò ñòðóêòóðû.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Tatyana Makedon, tatyanamakedon@thelandmark.az, Bakı
1) Äëÿ íàøåé êîìïàíèè, êîòîðàÿ ÿâëÿåòñÿ þðèäè÷åñêèì ëèöîì, áûëà âûïîëíåíà ðàáîòà êîìïàíèåé-íåðåçèäåíòîì. Ïî çàâåðøåíèè ðàáîòû áûë ñîñòàâëåí àêò î âûïîëíåííîé ðàáîòå.  ýòîì æå ìåñÿöå â äåêëàðàöèè ïî ÍÄÑ â ñòðîêå 306 ìíîþ îòðàæåí ÍÄÑ ïî äàííîé íàëîãîîáëàãàåìîé îïåðàöèè. Òàêèì îáðàçîì, íàøà êîìïàíèÿ âûñòóïàåò íàëîãîâûì àãåíòîì è ïðîèçâåäåííàÿ îïåðàöèÿ îòíîñèòñÿ ê íàøåé ïðîèçâîäñòâåííîé äåÿòåëüíîñòè. Õîòåëîñü áû óòî÷íèòü, èìåþ ëè ÿ ïðàâî ó÷åñòü äàííóþ îïåðàöèþ â çàòðàòàõ íà ïðîèçâîäñòâî, ëèáî ýòî äîëæíî ïðîèçâîäèòüñÿ çà ñ÷åò äðóãèõ èñòî÷íèêîâ ñ òî÷êè çðåíèÿ íàëîãîâîãî çàêîíîäàòåëüñòâà.
2) Íàøà êîìïàíèÿ ÿâëÿåòñÿ þðèäè÷åñêèì ëèöîì, âëàäåþùèì çäàíèåì, ïîìåùåíèÿ êîòîðîãî ñäàþòñÿ â àðåíäó äðóãèì êîìïàíèÿì. Ïî óñëîâèÿì äîãîâîðîâ àðåíäû êîìïàíèè îáÿçàíû âíîñèòü àðåíäíóþ ïëàòó çàðàíåå çà 1 ìåñÿö äî íàñòóïëåíèÿ ñðîêà àðåíäû. Ïðè÷åì ïî óñëîâèÿì êîíòðàêòîâ ñðàçó âíîñèòñÿ 3-õ èëè 6-òè ìåñÿ÷íàÿ ñóììà.  òîì ìåñÿöå, êîãäà ïîëó÷åíû ñóììû àðåíäíîé ïëàòû, ÿ ïîêàçûâàþ èõ â íàëîãîîáëàãàåìîì îáîðîòå ïî ÍÄÑ, à â ïðèëîæåíèè ¹– 3 îòðàæàþ â ñòðîêå ¹– 301.2.7. Íî äëÿ ó÷åòà ïðèáûëè äàííûå ñóììû ÿ ó÷èòûâàþ êàê äîõîäû áóäóùèõ ïåðèîäîâ è ïî ìåðå íàñòóïëåíèÿ ñðîêà àðåíäû ïåðåíîøó èõ íà ïðèáûëü.  ïðèëîæåíèè ¹– 1 ê äåêëàðàöèè ïî íàëîãó íà ïðèáûëü îáîðîòû è îñòàòêè íà êîíåö ãîäà ïî âûøåóêàçàííûì ñóììàì îòðàæàþòñÿ â ñòðîêå 2.5 (äîõîäû áóäóùèõ ïåðèîäîâ). Ïðàâèëüíî ëè ïîêàçûâàþòñÿ ìíîþ ïîëó÷åííûå ñóììû â äåêëàðàöèè ïî ÍÄÑ è äåêëàðàöèè ïî íàëîãó íà ïðèáûëü ñ òî÷êè çðåíèÿ íàëîãîâîãî çàêîíîäàòåëüñòâà.
1) Êàê èçâåñòíî, ñîãëàñíî ïîëîæåíèÿì ñòàòåé 159, 161 è 169 Íàëîãîâîãî Êîäåêñà, â ñëó÷àå âûïîëíåíèÿ íåðåçèäåíòîì ðàáîò ðåçèäåíòó, ðåçèäåíò â êà÷åñòâå íàëîãîâîãî àãåíòà îáÿçàí íà÷èñëèòü è âûïëàòèòü ÍÄÑ ñ ñóììû, ïîäëåæàùåé âûïëàòå íåðåçèäåíòó, à íà÷èñëåíèå, âûïëàòó è âîçìåùåíèå äàííîé ñóììû îòðàçèòü â ñîîòâåòñòâóþùèõ ñòðîêàõ äåêëàðàöèè ÍÄÑ (ñòðîêè 306 è 312).
 òî æå âðåìÿ, ñòîèìîñòü âûïîëíåííûõ íåðåçèäåíòîì ðàáîò, â ñëó÷àå, åñëè îíè ñâÿçàíû ñ ïîëó÷åíèåì äîõîäà, âû÷èòàåòñÿ èç íàëîãîîáëàãàåìîãî äîõîäà äàííîãî ðåçèäåíòà â ñîîòâåòñòâèè ñî ñòàòüåé 108 Íàëîãîâîãî Êîäåêñà.
Âðåìÿ æå âû÷åòà çàòðàò èç äîõîäà ðåãóëèðóåòñÿ â ñîîòâåòñòâèè ñ ïîëîæåíèÿìè ñòàòåé 133 è 136 Íàëîãîâîãî Êîäåêñà, ñîîáðàçíî ìåòîäó ó÷åòà, èñïîëüçóåìîìó íàëîãîïëàòåëüùèêîì
2) Ñîîáùàåì, ÷òî àâàíñîâûå ïëàòåæè, ÿâëÿþùèåñÿ, êàê èçâåñòíî, îáúåêòîì äëÿ íàëîãîîáëîæåíèÿ ÍÄÑ, äîëæíû îòðàæàòüñÿ â ñîîòâåòñòâóþùåé ñòðîêå ïåðâîé ÷àñòè âòîðîãî ðàçäåëà ñàìîé ôîðìû «Äåêëàðàöèè ÍÄÑ» è â îäíîé èç ñòðîê Ïðèëîæåíèÿ ¹– 3 ê óïîìÿíóòîé äåêëàðöèè, óêàçûâàþùèõ íà ïðåäâàðèòåëüíûé õàðàêòåð ïëàòåæà (301. 1.8 èëè 301.2.7).
Êðîìå òîãî ñîîáùàåì, ÷òî ñèëó òîãî, ÷òî â «Äåêëàðàöèè íàëîãà íà ïðèáûëü» äîëæíû áûòü îòðàæåíû ðåàëüíûå äîõîäû íàëîãîïëàòåëüùèêà çà îò÷åòíûé ïåðèîä, âêëþ÷åíèå àâàíñîâûõ ïëàòåæåé â íå¸ íå ïðåäïîëàãàåòñÿ,
Äàííûå ñóììû îòðàæàþòñÿ â ïðèëîæåíèè ¹– 1 ê «Äåêëàðàöèè íàëîãà íà ïðèáûëü» ñîîáðàçíî áóõãàëòåðñêîìó ó÷åòó, îñóùåñòâëÿåìîìó íàëîãîïëàòåëüùèêîì

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Anar Məmmədli, anarik11@mail.ru, Bakı
Åñëè ïðåäïðèíèìàòåëüñêàÿ äåÿòåëüíîñòü îòêðûòà íåäàâíî è ðàñõîäû ïðåâûøàþò äîõîäû, êàê áûòü íàëîãîïëàòåëüùèêó?
Êàê èçâåñòíî, äåÿòåëüíîñòü, îñóùåñòâëÿåìàÿ ëèöîì ñàìîñòîÿòåëüíî, îñíîâíàÿ öåëü êîòîðîé ñîñòîèò â èçâëå÷åíèè ïðèáûëè îò èñïîëüçîâàíèÿ èìóùåñòâà, ïðåäîñòàâëåíèÿ òîâàðîâ, âûïîëíåíèÿ ðàáîò èëè îêàçàíèÿ óñëóã, íàçûâàåòñÿ ïðåäïðèíèìàòåëüñêîé äåÿòåëüíîñòüþ (Íàëîãîâûé Êîäåêñ, ñòàòüÿ 13.2.37).
Ñîîòâåòñòâåííî, ïîäîáíàÿ äåÿòåëüíîñòü íå çàñòðàõîâàíà îò ðèñêà è ðåçóëüòàòîì ýòîé äåÿòåëüíîñòè ìîæåò îêàçàòüñÿ êàê ïîëó÷åíèå ïðèáûëè, òàê è âîçìîæíîñòü óáûòêîâ, è ëèöî, çàíèìàþùååñÿ ïðåäïðèíèìàòåëüñêîé äåÿòåëüíîñòüþ, èçíà÷àëüíî äîëæíî äîïóñêàòü âåðîÿòíîñòü óáûòêîâ, è, ñîîáðàçíî ñâîåìó ïîòåíöèàëó, äîëæíûì îáðàçîì ðåàãèðîâàòü äëÿ óëó÷øåíèÿ ðåçóëüòàòîâ ñâîåé äåÿòåëüíîñòè.
×òî æå êàñàåòñÿ íåïîñðåäñòâåííî íàëîãîâîãî àñïåêòà óïîìÿíóòîãî Âàìè âîïðîñà, òî õîòèì îòìåòèòü, ÷òî íàëîãîïëàòåëüùèêè, çàíèìàþùèåñÿ ïðåäïðèíèìàòåëüñêîé äåÿòåëüíîñòüþ, ìîãóò âû÷èòàòü ïîëó÷åííûé óáûòîê â òå÷åíèå îïðåäåëåííîãî ïåðèîäà âðåìåíè ñîãëàñíî ñòàòüå 121 Íàëîãîâîãî Êîäåêñà, â ñëó÷àå, åñëè îíè ÿâëÿþòñÿ íàëîãîïëàòåëüùèêàìè íàëîãà íà ïðèáûëü (þðèäè÷åñêèå ëèöà) èëè ïîäîõîäíîãî íàëîãà (ôèçè÷åñêèå ëèöà).
Íàëîãîïëàòåëüùèêè óïðîùåííîãî íàëîãà òàêîé âîçìîæíîñòè íå èìåþò è âíå çàâèñèìîñòè îò ðåçóëüòàòîâ ñâîåé äåÿòåëüíîñòè äîëæíû íà÷èñëÿòü è âûïëà÷èâàòü íàëîã íà îáùèõ îñíîâàíèÿõ.
Äëÿ ïîëó÷åíèÿ ðàçâåðíóòîé èíôîðìàöèè î íàëîãîâîì àñïåêòå óïîìÿíóòîãî Âàìè âîïðîñà, ðåêîìåíäóåì îáðàòèòüñÿ â Òåëåôîííóþ Ñëóæáó ¹– 195 Ìèíèñòåðñòâà ïî íàëîãàì.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
İlkin Əliyev, ilkin1979@inbox.ru
Salam. Sizdən bir məsələni soruşmaq istəyirəm. Tutaq ki, 1 şəxsə tikinti isinin hansısa bir bölməsi verilir, məsələn ştukatur işi. Həmən şəxs də bu işi görmək üçün ustalar gətirir, 7-8 ay ərzində bank vasitəsi ilə haradasa 35000 manat civarında. Neçə faiz vergi ödənməlidir? Sadələşdirmiş vergi? Yoxsa necə?
Bildiririk ki, müəyyən xidmətləri göstərən, işləri görən fiziki şəxslərin vergi öhdəlikləri həmin şəxslərin vergi ödəyicisi olub-olmamasından, habelə tərəflər arasında bağladığı müqavilələrin xarakterindən asılı olaraq müəyyənləşdirilir.
Belə ki, Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslərə ödənilən məbləğdən Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan güzəştlər (o cümlədən də Vergi Məcəlləsinin 102.1.6-cı maddəsindəki güzəşt) nəzərə alınmaq şərtilə Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi tutulmalıdır.
Göstərilən xidmətlər bağlanmış mülki-hüquqi xarakterli müqaviləyə əsasən vergi ödəyicisi kimi vergi uçotunda olmayan fiziki şəxslər tərəfindən yerinə yetirildikdə Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq xidmətlərin alıcısı (sorğunuza əsasən-cəmiyyət) ödənilən xidmət haqqından ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə vergini tutmalı və büdcəyə köçürməlidir.
Xidmətlər bağlanmış mülki-hüquqi xarakterli müqaviləyə əsasən vergi ödəyicisi kimi vergi uçotunda olan fiziki şəxslər tərəfindən yerinə yetirildikdə, həmin şəxslərin vergi öhdəlikləri tətbiq edilən vergitutma sisteminə müvafiq Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada müəyyən olunur.
Əlavə məlumat kimi bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 14-cü maddəsinin müddəalarına uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (yəni 85 manatın) 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında müəyyənləşdirilmişdir.
Xatırladırıq ki, vergi qanunvericiliyinə dair daha ətraflı məlumatı Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Salam Dadaşov, dadashovsalam@gmail.com
Salam! Müəssisə sadələşdirilmiş vergi ödəyicisidir. İki xarici şirkət arasında vasitəçilik edib bir avadanlığın satışını təmin edəcək. Malın dəyəri Ukraynadan müəssisənin bank hesabına gələcək və o hesabdan Türkiyədəki istehsalçının bank hesabına müəyyən 1 hissə transfer ediləcək. Qeyd edim ki, avadanlıq Azərbaycan Respublikası ərazisinə girməyəcək. Bu halda müəssisə hansı məbləğdən 4% vergi ödəməlidir: hesaba gələn məbləğdən, yoxsa hesabda qalan məbləğdən?
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.
Sorğunuzda qeyd olunanlardan Sizin vasitəçi deyil, təqdim edən şəxs olduğunuz qənaətinə gələrək bildiririk ki, təqdimetmə zamanı təqdim edilmiş mallara görə əldə olunmuş hasilat, yəni qeyd etdiyiniz halda hesabınıza mədaxil olan məbləğ vergitutma obyektini təşkil etməlidir.
Bununla belə xatırlatmaq istərdik ki, əlavə məlumatların alınması və ya hər hansı məqamların dəqiqləşdirilməsi üçün vergi uçotunda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəşad Quliyev, reshad191@box.az
Hesablama metodundan istifadə edərək gəlirinin uçotunu aparan müəssisə tərəfindən alınmış avans məbləği hansı qaydada mənfəət vergisinə cəlb edilir?
Bildiririk ki, Vergi Məcəlləsinin 135-ci maddəsinin müddəalarına uyğun olaraq müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.
Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.
Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.
Qeyd olunanlardan göründüyü kimi, hesablama metodunun tətbiqi zamanı alınmış avans ödənişlər üzrə mallar (işlər, xidmətlər) təqdim edilmədən onun gəlirə mədaxil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Zərurət yarandıqda, qeyd olunanlar barədə daha ətraflı məlumatı Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Hüseynalı, mehdizade_huseyinali@mail.ru
Hüquqi şəxs kimi fəaliyyət göstərirdim. Müvəqqəti olaraq fəaliyyətimi dayandırmışam. Fəaliyyətin dayanması üçün ərizəni internetnən necə vermək olar.
Bildiririk ki, İnternet vasitəsilə «Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında Arayış»ın təqdim olunması hal-hazırda mümkün deyil, lakin gələcəkdə belə imkanın yaradılması istisna olunmur.
Odur ki, tərəfinizdən müvafiq arayış ənənəvi qaydada təqdim olunmalıdır.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Lətif Nurməmmədov, letifnurmemmedov@yahoo.com, Lənkəran
Salamlar. Belə bir sualım var. DYP-yə təqdim etmək üçün tibbi arayışın dövlət rüsumu nə qədərdir.
Bildiririk ki, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsinə görə ödənilməli olan dövlət rüsumu barədə məlumatı səhifəmizin “Qanunvericilik” bölməsində yerləşdirilən “Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 18.65-ci maddəsində tanış ola bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Anar, anar065@mail.ru, Bakı
Salam. Mənim belə sualım var. Mən sığorta şirkətimdə işləyirəm. İstəyirəm ki, işlədiyim şirkətdən aldığım əmək haqqından vergi çıxılmadan mənim VÖEN-mə köçürülsün. Bu prosedura necə olmalıdır.
Bildiririk ki, muzdlu iş — əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır (Vergi Məcəlləsi, maddə 13.2.34).
Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar (Vergi Məcəlləsi, maddə 150.1.1).
Vergi Məcəlləsində nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar (Vergi Məcəlləsi, maddə 92).
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Vergi Məcəlləsi, maddə 58.1).
Göründüyü kimi, işəgötürən istər fiziki, istərsə də hüquqi şəxs ödəmə mənbəyində verginin tutulmasına və büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyan vergi agenti kimi muzdlu işlə əlaqədar gəlir əldə edən şəxsin istəyindən asılı olmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməli və muzdlu işlə əlaqədar əldə olunan gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutmalıdır, əks təqdirdə ona müvafiq maliyyə sanksiyası tətbiq edilir.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Allahverdi Dadaşov, xcrypt@mail.ru, Neftçala
Salam. Mən sizin e-meyl ünvanınıza müraciət etmək istəyirəm. Müraciətim Neftçala rayonu pərakəndə satış mağazalarının vergi müfəttişlərinin özbaşınalığı ilə əlaqədardır. Sualım budur ki, mən hansı e-meyl ünvana müraciət edə bilərəm? Xahiş edirəm cavablandırın.
Vergi orqanı əməkdaşlarının fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya halları, eləcə də sahibkarlıq fəaliyyətinizdə vergi qanunvericiliyinin tətbiqi ilə əlaqədar üzləşdiyiniz hüquq pozuntuları barədə və ya vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumat vermək üçün saytımızın ana səhifəsindəki müvafiq bölmələrindən yararlana bilərsiniz.
Eyni zamanda, vergi qanunvericiliyinin pozulması hallarına dair əsaslı faktlarla mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni özünüz barədə məlumatı təqdim etməklə Vergilər Nazirliyinin 195 nömrəli Telefon Mərkəzinə də müraciət edə bilərsiniz.


Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəmiş Nurullayev, Nurullayev.r@mail.ru
Salam, hörmətli vergi əməkdaşları. Sizə mətləbə aid olmayan, yəni vergi sahəsinə aid olmayan bir sualım var. İnanıram ki, sualımı cavablandıracaqsınız. Sualım belədir: tutaq ki, hansı bir mərkəzi icra orqanın adı dəyişdirilib (söhbət onun vəzifə və funksiyalarından getmir, yalnız adında), yeni adla yaranır. Tutaq ki, 5 il keçir yenidən əvvəlki adı bərpa etmək lazım olur. Bu mümkündürmü? Məsələn: keçmiş Əmlak Nazirliyi eyni adla yenidən bərpa oluna bilərmi və ya indiki Prezident administrasiyasının əvvəlki adı bərpa oluna bilərmi? Buna qanun icazə verirmi? Əvvəlki sualımı da cavablandırdıgınıza görə təşəkkür edirəm!
Müraciətinizdə də qeyd olunduğu kimi, Sizi maraqlandıran məsələ səlahiyyətlərimizə aid olmadığından tərəfimizdən bu barədə dəqiq məlumatın verilməsi qeyri-mümkündür. Həmin məsələ ilə əlaqədar adının dəyişdirilməsi maraqlandıran konkret quruma (məsələn, Prezident administrasiyasına) müraciət etməyiniz daha məqsədəuyğundur.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəhim Qədirov, reko_18@box.az, Bakı
Salam. Sizi narahat etdiyim üçün üzr istəyirəm. Məni maraqlandıran əsas sual budur: Sizdə, yəni Vergilər Nazirliyində hər il işə qəbul üçün boş vakant yerlər olur, və bu boş vakant yerlərə qəbul üçün test verilir. Mən bu işə qəbul imtahanına hazırlaşmaq üçün proqramı haradan əldə edə bilərəm? Yəni ki sualları?
Bildiririk ki, vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirildiyindən, test suallarının əhatə etdiyi mövzular barədə aidiyyəti üzrə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Bununla belə qeyd edə bilərik ki, test imtahanı üçün tərtib edilmiş suallar əsasən Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və digər qanunvericilik aktlarından, məntiqdən və informatikadan ibarət olur.
Vergi biliklərinizin yoxlanılması üçün isə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) yerləşdirilmiş «Vergi testi» bölməsindən yararlana bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Aydan Məmmədli, Mammadli.Aydan@box.az
Vergi orqanlarına isə qəbul üçün hansı sənədlər və hansı sərtlər var?
Sorğunuzda qeyd olunanlar barədə ətraflı və dolğun məlumatların alınması məqsədilə “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları” ilə səhifəmizin “Qanunvericilik” bölməsinin “Vergilər Nazirinin Ó˜mrləri” hissəsində
tanış olmağınız məqsədəmüvafiqdir.
Vergi orqanlarına işə qəbulla əlaqədar əlavə məlumatın alınması məqsədilə 4038752 şəhər nömrəsinə müraciət edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Təyyar Səfərov, safarovtayyar@yahoo.com, Bakı
İsə qəbul üzrə növbəti imtahanlar nə vaxt keçiriləcək?
Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə vergi orqanlarında vakansiyalar yarananda həyata keçirilir. Yeni vakansiyaların yaranma müddətini proqnozlaşdırmaq mümkün olmadığından yeni müsabiqənin keçirilmə tarixini də nəzərinizə çatdırmaq imkanımız xaricindədir.
Vergilər Nazirliyinə işə qəbulla əlaqədar məlumatın alınması üçün səhifəmizi və ya kütləvi informasiya vasitələrini izləyə, müvafiq elan çıxdıqda isə səhifəmizdəki xüsusi pəncərədən elektron ərizə ilə Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rövşən Hüseynov, vuqarnifteliyev@mail.ru
Mən bilmək istəyirəm ki, 8 il vergi orqanında işləmiş bir şəxs yenidən vergi orqanında işə qəbul olunmaq istərsə, həmin şəxs hansı yolla isə qəbul olunur? Müsabiqə və ya müsahibə yolu ilə? Azərbaycan Respublikası Prezidentinin Dövlət Qulluğu haqqında sərəncamına əsasən 5 ildən yuxarı is stajı olan şəxslər dövlət qulluğuna isə qəbul olarkən müsabiqə deyil, müsahibə yolu ilə isə qəbul olunmalıdır. Bu Vergilər Nazirliyi üçün də keçərlidirmi?
Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə uyğun, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə yolu ilə aparılır. Adları qeyd olunan normativ hüquqi aktların heç birində əvvəllər vergi orqanlarında xidmət etmiş əməkdaşların yenidən vergi orqanlarına yalnız müsahibə yolu ilə qəbul edilməsi barədə göstəriş yoxdur. Buna görə də, əvvəllər vergi orqanlarında xidmət etmiş əməkdaşlar tələblərə uyğun olaraq digər vətəndaşlar kimi müsabiqədə iştirak etməlidirlər.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sədiqə Haqverdiyeva, sediqe@rambler.ru, Bakı
07.11.2010-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınmış bir şəxisin seçki qabağı təşviqat kompaniyasını dəstəkləmək məqsədilə namizədin bankda açdığı hesablaşma hesabına şirkətimiz tərəfindən vəsait köçürülmüşdür. Köçürmə şirkətin sərbəst mənfəəti hesabına həyata keçirilmişdir.
Həmin köçürülmüş vəsaitlə əlaqədar şirkət və ya namizədliyi qeydə alınmış şəxs qanunvericiliyə uyğun olaraq hansı vergiləri ödəməli və hesabat verməlidir?
Bildiririk ki, Vergi Məcəlləsinin 97-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər fiziki şəxslərin vergi tutulan gəlirlərinə aid edilmişdir.
Eyni zamanda seçkilərdə namizədliyi qeydə alınmış şəxsin seçki qabağı təşviqat kompaniyasını dəstəkləmək məqsədilə onun hesabına köçürülən və ya birbaşa ödənilən məbləğin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq həmin şəxs vergi orqanında qeydiyyata duraraq bu vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən gəlir vergisi ödəməli və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini təqdim etməlidir.
Vəsaiti köçürmüş şirkətin bu köçürmə ilə bağlı öhdəliyinə gəldikdə, Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2013