az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

Ən çox verilən suallar

SİZİN SUAL

Sizi maraqlandıran suallarla hәmçinin Vergilәr Nazirliyinin telefon xidmәtinә dә müraciәt edә bilәrsiniz

>
Facebook Twitter YouTube
Suallar Vergi Ödәyicilәrinә Xidmәt İdarәsi tәrәfindәn cavablandırılmışdır (17.03.2009)
         
Etibar Hüseynov, eytibarguseynov@rambler.ru
Salam. Məni bu sual maraqlandırır: bir hüquqi ünvana 2 hüquqi şəxs qeydiyyata alına bilər? Hörmətlə, Etibar.
Bildiririk ki, bir hüquqi ünvana bir neçə hüquqi şəxsin qeydiyyata alınmasına Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Mahmud, mahmud_1965@mail.ru, Bakı
Salam, hörmətli vergi əməkdaşları. Sizə suallarımıza geniş məlumat verdiyinizə görə səmimi təşəkkürümü bildirirəm. Sualım isə aşağıdakı kimidir:
Sual: fiziki şəxs olaraq müəssisə təsis etmişəm. Nizamnamə kapitalına qoyuluş cəmi 10 AZN təşkil edir. Müəssisəni hüququ ünvanı mülkiyyətimdə olan əmlakdır. Həmin əmlakın dəyəri hazırkı bazar qiymətindən çox-çox azdır. Auditor cəlb etməklə həmin əmlakı yenidən qiymətləndirirəm və Nizamnamə kapitalına qoyaraq yenidən vergi orqanında qeydə alınıram. Sonra həmin cəmiyyətdə təsis payımı digər fiziki və ya hüquqi şəxsə satıram. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.5 maddəsinə əsasən Nizamnamə fonduna pay şəklində (idxal olunan əmlak istisna olmaqla) hər hansı əmlakın qoyulması ƏDV - nə cəlb edilmir. Bilmək istəyirəm: mən təsisçi olaraq öz təsis payımı satdıqda məndə (və ya müəssisədə) hər hansı vergi öhdəliyi yaranırmı? Bir daha qeyd etmək istəyirəm ki, Nizamnamə fonduna pay şəklində qoyduğum əmlakın dəyəri, bazar qiymətinə uyğun olaraq 3 dəfədən artıq dəyərləndirilib. Əvvəlcədən Sizə səmimi təşəkkürümü bildirirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) - əmək haqqından başqa fiziki şəxsin muzdlu işə aid olmayan fəaliyyətindən gəlirinə aid edilmişdir.
Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir (Vergi Məcəlləsi, maddə 13.2.10).
Vergi Məcəlləsinin 13.2.8 və 13.2.17-ci maddələrinin müddəalarına uyğun olaraq hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən amortizasiya edilməli olan əsas vəsaitlər vergitutma məqsədləri üçün mal hesab edilir.
Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir.
Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən isə aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Odur ki, yenidən qiymətləndirilərək təsis payı kimi qoyulmuş əmlakın təsis payı kimi təqdim edilməsindən əldə olunan gəlir həmin aktivin (əmlakın) təqdim edilməsindən əldə olunan gəlir kimi qiymətləndirildiyindən bu gəlirdən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müəyyənləşdirilən vergilər hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Natəvan Gözəlova, natavan.gozelova@mail.ru
Yeni icarəyə götürdüyümüz ofisin əsaslı təmiri üçün alınmış materiala görə depozitdən ödənilmiş ƏDV-ni hesabatda azaltma verə bilərikmi? Cavaba görə təşəkkürümü bildirirəm.
Bildiririk ki, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır və təmir xərclərinin gəlirdən çıxılan məbləğinin müəyyənləşdirilməsi Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən həyata keçirilir.
Həmin maddənin müddəalarına uyğun olaraq icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.
Onu da qeyd edək ki, təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicisinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.
Əlavə olaraq bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (Vergi Məcəlləsi, maddə 175.1).
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə alınmış malların (iş və xidmətlərin ) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın müddəalarına uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
Göründüyü kimi, yuxarıda qeyd olunan şərtlər daxilində vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV məbləği mal alanın ƏDV-nin depoziti sub-uçot hesabından və ya hesablaşma hesabından mal satanın ƏDV-nin depozit sub-uçot hesabına ödənildiyi halda ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilər.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Natəvan, nata.az@rambler.ru
Bizim şirkət hazır bina almışdır. Həmin satınalma tarixinə qədər bu bina keçmiş sahibin ehtiyacları üçün (ofis binası kimi) istifadə edirdi.
Bizim şirkət bu binanı əsaslı təmir edərək, yaşayış binasına çevirmək və bundan sonra sahənin bir hissəsinin icarəyə vermək, digər hissəsini mənzillər şəklində satmaq niyyətindədir. Bununla əlaqədar, vergi qanunvericiliyin tətbiqi üzrə bir neçə sualımız var.
1. Binanın əsaslı təmiri nəticəsində yaşayış binasına çevrilməsi Vergi Məcəlləsinin 219.1.2 maddəsi münasibətində "mənzil tikintisi fəaliyyəti" kimi qiymətləndirilə bilərmi?
2. Binanın dəyəri 1 milyon manatdan artıq olduğu halda bizim şirkət Məcəllənin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergisinin ödəyicisi olmaq hüququndan məhrum ola bilərmi?
3. Binanın bir hissəsi icarəyə verildiyi halda, bizim şirkət Məcəllənin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergisinin ödəyicisi olmaq hüququndan məhrum ola bilərmi?
4. Sadələşmiş verginin ödəyicisi olmaq mümkün olduqda, bizim şirkət sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün Məcəllənin 219.2.1 maddəsinə əsasən ümumiyyətlə (o cümlədən icarədən alınan gəlirlər daxil olmaqla) mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi olmadığını təsdiq etməyinizi xahiş edirəm.
Çox sağ olun.
Bildiririk ki, Vergi Məcəlləsində qeyd olunan ’’mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər’’ anlayışında mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər nəzərdə tutulur.
Göründüyü kimi, binanın əsaslı təmir edilməsi mənzil tikintisinə aid edilmir və bu fəaliyyətdən əldə olunan gəlirlər Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb edilir.
Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan artıq olan və əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur. Sorğunuzda qeyd olunanlara əsasən ilin əvvəlinə əsas vəsaitlərin qalıq dəyəri bir milyon manatdan çox olduğu halda, həmin şəxsin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur.
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən və sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmayan hüquqi şəxs əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlə bu gəlirin əldə olunması üçün çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 22 faiz dərəcə ilə mənfəət vergisini büdcəyə ödəməlidir. Hesablanmış verginin məbləği hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” ilə bəyan olunmalıdır. Əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslər bu gəlir üzrə həmçinin əmlak vergisinin də ödəyicisi olurlar.
Əlavə olaraq onu da qeyd edək ki, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan artıq olmayan vergi ödəyicisinin əmlakın icarəyə verilməsindən əldə olunan gəliri ilə yanaşı digər fəaliyyətdən gəlir əldə etdiyi və sadələşdirilmiş vergi ödəyicisi olduğu halda əmlakın icarəyə verilməsindən və digər fəaliyyətdən əldə edilən gəlirlərin uçotunu ayrı-ayrılıqda aparılmalı, əmlakın icarəyə verilməsi üzrə fəaliyyətdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş (sadələşdirilmiş vergi istisna olmaqla) vergiləri, digər fəaliyyətdən isə sadələşdirilmiş vergini hesablanaraq büdcəyə ödənilməlidir.
Fəaliyyət nəticəsində əldə edilən gəlirlərin ümumi həcmi əvvəlki üç aylıq dövr ərzində 22500 manatdan artıqdırsa belə hüquqi şəxslər ƏDV məqsədləri üçün qeydiyyata alınmalı və ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sakit Əliyev, sakel@mail.ru
Salam.
1) Firma ƏDV daxil 1652 AZN mal almışdır. Malın ƏDV-siz dəyəri-1400 AZN 01.08.2008-də, 252 AZN ƏDV məbləği isə 02.08.2008-də Bas Dövlət Xəzinədarlığı (ƏDV) hesabına ödənmişdir. ƏDV-nin 1 gün sonra odənməsi cəriməyə səbəb olurmu?
2) Vergi orqanı ƏDV məbləğinin Bas Dövlət Xəzinədarlığı (ƏDV) hesabına köcürülməsini təsdiqləyən tarix üçün nələri əsas kimi qəbul edir?
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən isə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
Göründüyü kimi, ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış malların (iş və xidmətlərin) dəyəri və bu ödəmələr üzrə ƏDV-nin məbləği eyni vaxtda ödənilməlidir .
Bildiririk ki, müştərinin hesablaşma hesabından vəsaitin məxaricinin tarixi icra sənədində müvafiq qeydlər aparılmaqla bank tərəfindən verilən “bank hesabından çıxarış”la, ƏDV-nin sub-uçot hesabından köçürmələrin tarixi isə “bildiriş”lə təsdiqlənir.
Qaydaların 4.6-cı bəndinə əsasən isə vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergilər üzrə aparılmış ödənişlərin təyinatı üzrə köçürülməsi vaxtı müəyyənləşdirilir.
Odur ki, sorğunuza əsasən alınmış vergi hesab-fakturasına əsasən ƏDV məbləği sonradan ödənildikdə, həmin məbləğ ödənildiyi vaxt əvəzləşdirilməlidir.
Onu da xatırladırıq ki, Vergi Məcəlləsinin 58.6-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Aidə Dadaşova, aida_dadashova@mail.ru, Bakı
Salam. Mən fiziki şəxslərdən tutulan mənfəət vergisi ilə maraqlanıram, yəni əmək haqqı vergisi ilə. Bilmək istərdim ki, əmək haqqı 140 manat olduğu halda və vergi tutulmayan məbləğ səhv etmirəmsə 75 manatdırsa:
Sual 1: Onda yerdə qalan 65 manatdan 14% tutulur??
Sual 2: Bəs Əmək və Sosial Müdafiə Fonduna tutulan 3% bütün əmək haqqından, yoxsa yalnız həmin 65 manatdan tutulur??
Sual 3: Əgər zərərli işə görə əmək haqqı ümumi əmək haqqı məbləğinin 50%-i qədər artırılırsa, bu zaman 14% vergi necə hesablanır??
Cavabınıza görə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Bildiririk ki, əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir sayılır (Vergi Məcəlləsi, maddə 98.1).
Zərərli işlə əlaqədar işçinin əmək haqqına edilən əlavənin (Vergi Məcəlləsinin 102.1.14.4-cü v. 102.1.14.5-ci maddələrində qeyd olunanlar istisna olmaqla) gəlir vergidən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Odur ki, zərərli işlə əlaqədar işçiyə ödənilən əlavə məbləğ əmək haqqı ilə cəmlənməklə onun ümumi məbləğindən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutulmalı və dövlət büdcəsinə ödənilməlidirlər.
Gəlirin məbləği 200 manata qədər olduqda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən həmin məbləğindən 75 manat çıxılmaqla qalan məbləğdən, gəlirin məbləği 200 manatdan çox olduqda isə (2000 manata qədər) onun ümumi məbləğindən 14 faiz dərəcəsi ilə gəlir tutulmalıdır.
Əlavə olaraq onu da xatırlatmaq istərdik ki, «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən işçiyə hesablanmış əmək haqqından (vergi məbləği çıxılmadan) Dövlət Sosial Müdafiə Fonduna 3 faiz dərəcə ilə sosial ayırmalar tutularaq büdcəyə ödənilməlidir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Orxan Qocayev, orxanqocayev@yahoo.com, Bakı
Vergilər Nazirliyində işləmək istərdim. Sadəcə səhhətimlə əlaqədar olaraq hərbi xidmətdə olmamışam. Belə hallarda hər hansı bir istisnalar olub-olmadığını bilmək istərdim. Sualımı cavablandırdığınız üçün minnətdarlığımı bildirirəm.
Bildiririk ki, Vergilər Nazirliyinin 26 sentyabr 2008-ci il tarixli 0817040100977800 nömrəli Əmri ilə təsdiq olunmuş “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları”nın 1.7.6-cı maddəsinə əsasən hərbi xidmətdə olmayan vətəndaşlar (ailə vəziyyətinə görə elmi dərəcə aldığına görə çağırışdan azad olunmuş və ehtiyatda olan zabitlər istisna olmaqla) vergi xidmətinə qəbul edilmirlər.
Vergi orqanlarına işə qəbulla əlaqədar əlavə məlumatın alınması məqsədilə 4038752 şəhər nömrəsinə müraciət etməyiniz məqsədəuyğundur.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Şəfiqə Səfərova, 1508195555@mail.ru, Bakı
Salam. Mən Yeni Yasamal II Dairəvi küç., 11a ünvanda kooperativ mənzil almışam, lakin təmirsiz olduğundan orada yaşamıram. Lakin məndən kommunal xidmətlər üçün ödəniş tələb edilir. Mənzildə yalnız işıq çəkildiyi halda lift və digər xidmətlər üçün ödəniş tələb edilməsi doğrudurmu?
Qaldırılan məsələnin cavablandırılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən, müvafiq müraciətinizi aidiyyəti üzrə kommunal xidmətlərini göstərən təşkilatlara ünvanlamağınız məqsədəmüvafiqdir.
Vergi qanunvericiliyinin pozulması halları barədə məlumatla isə Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəsul Səmədov, rasul_samadov2005@yahoo.com, Bakı
Salam, mən yeni şirkəti bir pəncərə sistemi ilə qeydiyyatdan keçirtmək istərdim. Eşitdim ki, Sizdə elektron poçt vasitəsilə sənədlərin yoxlanılması mümkündür. Sənədlərim hazırdır. Onları hansı elektron ünvanlara göndərmək olar?
Sizi maraqlandıran ünvanları səhifəmizin “Bir pəncərə” bölməsinin “Sənədlərin yoxlanılması” hissəsindən əldə edə bilərsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Günay, Gunay2@yandex.ru
Salam!
1. Müəssisəmiz Sumqayıt şəhər bələdiyyəsinə illik icarə haqqı ödəyir. Bu müəssisə illik torpaq vergisinin bəyannaməsini verməlidirmi? Bu vergi növü vergiyə ödənilməlidir, yoxsa bələdiyyə orqanlarına?
2. Hüquqi şəxslər muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi növü müəssisə tərəfindən necə ödənilməlidir? Müəssisənin artıq ödəməsi olduğu halda muzdlu işlə əlaqədar ödəmə mənbəyindən verilən vergi növü necə ödənilməlidir?
1. Bildiririk ki, Vergi Məcəlləsinin 207-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar, istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları torpaq vergisinə cəlb edilmir.
Torpaq Məcəlləsinin 47.6-cı maddəsinə əsasən isə bələdiyyə mülkiyyətində olan torpaqlar Torpaq Məcəlləsi ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
Bununla əlaqədar olaraq hüquqi şəxsə ayrılmış torpaq sahəsi, onun mülkiyyətinə və ya istifadəsinə verildiyi halda həmin torpağa görə Vergi Məcəlləsinin 208.6-cı maddəsinə əsasən dövlət büdcəsinə vergi ödənilməlidir, icarəyə verildiyi halda isə həmin torpağa görə icarə haqqı bələdiyyə büdcəsinə ödənilməlidir. Bələdiyyələr tərəfindən icarəyə verilmiş torpaq sahəsinə görə icarə haqqından əlavə torpaq vergisinin ödənilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
2. Bildiririk ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən fiziki şəxslərə muzdlu işlə əlaqədar ödəmələr edən hüquqi şəxslər və fərdi sahibkarlar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə borcludurlar.
Odur ki, muzdlu işlə əlaqədar fiziki şəxsə ödənilən ümumi gəlirdən hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına uyğun olaraq vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Muzdla işləyən işçilərin gəlir vergisi üzrə büdcəyə olan borcun digər vergilər üzrə olan artıq ödəmə ilə əvəzləşdirilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sakit Əliyev, sakel@mail.ru
Salam. VM-nin 13.2.16.15-ci maddəsinə əsasən rezident müəssisənin idarəetmə xidmətinə görə qeyri-rezidentə ödədiyi gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.
1) Əgər qeyri-rezident Azərbaycan rezidentinə idarəetmə xidmətini Gürcüstan ərazisində göstərmişsə bu gəlir Azərbaycan mənbəyində gəlir sayılaraq ödəmə mənbəyində 10% tutulmalıdırmı?
2) Vergitutma məqsədləri üçün idarəetmə xidmətləri dedikdə konkret hansı xidmətlər nəzərdə tutulur?
Bildiririk ki, öz iqtisadi mahiyyətinə görə idarəetmə - subyektlər, orqanlar tərəfindən adamlara və iqtisadi obyektlərə şüurlu, məqsədyönlü təsiretmədir, onların hərəkətlərini istiqamətləndirmək və istənilən nəticələri almaq məqsədilə həyata keçirilir. İdarəetmə istehsal və digər iqtisadi proseslərin təhlili, planlaşdırılması və tənzimlənməsi kimi funksiyalarını əhatə edir.
Vergi Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən xərclər çıxılmadan ödəmə mənbəyində vergi tutulur.
Odur ki, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyənləşdirilən gəlir rezident şəxs tərəfindən görülmüş işlərin, göstərilmiş xidmətlərin müqabilində ödənilərkən ödənilən məbləğdən ödəmə mənbəyində xərclər çıxılmadan 10% dərəcə ilə vergi tutulmalıdır.
Digər tərəfdən, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayıldığından, qeyri-rezidentə qeyd olunan xidmətlərə görə ödənilməli olan məbləğə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq ƏDV hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rüfət Sadıqov, srufet@hotmail.com
Salam. Müəssisə 2007-də yaranıb. Mənfəət vergisi ödəyicisidir. 2008-ci ilə kimi əmlakı olmayıb. 2008-ci il ərzində balans dəyəri 100.000 AZN olan əsas vəsait mədaxil olmuşdur (müxtəlif vaxtlarda). İlin sonuna 24.000 AZN amortizasiya hesablanıb. 2008-ci il üçün əmlak vergisi nə qədər olmalıdır? Cavablandırdığınız üçün təşəkkür edirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinə əsasən müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.
Odur ki, sorğunuzda qeyd olunan şərti rəqəmlərə əsasən 2008-ci il üçün ödəməli olduğunuz əmlak vergisinin məbləği 380 manat təşkil edir ([ 0 (+ 100000 в– 24000 ) ] / 2 * 1% ).

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sahib Bəylərov, sbeylerov@tkaz.net
Salam. Mənim sualum belədir ki, iş bitimi ilə əlaqədar ödənilən təzminatlardan vergi necə tutulur? Əmək qanunvericiliyində iş bitimləri ilə ödəmələr haqqında hər hansı bir maddə varmı? Əvvəlcədən dərin təşəkkurümü bildirirəm.
Bildiririk ki, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləğləri istisna edilməklə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və fayda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb edilir.
Fiziki şəxslərin əldə etdikləri gəlirlərdən gəlir vergisi hesablanarkən tətbiq edilən azadolma və güzəştlərin tam siyahısını Vergi Məcəlləsinin 102-ci maddəsindən əldə edə bilərsiniz.
Əmək qanunvericiliyinin şərhi ilə əlaqədar isə aidiyyəti üzrə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nə müraciət edilməsi məqsədəmüvafiqdir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Elman Qasımov, elmanqasimov@mail.ru, Bakı
Salam. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin mötərizə daxilində olan (iş və xidmətləri təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) sözünü daha dəqiq izah edəsiniz. Yəni istisna hallarına hansı ödənişlər daxildir?
Məlum olduğu kimi, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (Vergi Məcəlləsi, maddə 175.1).
Göründüyü kimi, Vergi Məcəlləsinin bu maddəsində nəzərdə tutulan istisna malın (işin, xidmətin) alıcısı tərəfindən mal satanın birbaşa bank hesabına nağd qaydada aparılan ödənişləri nəzərdə tutur.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Namiq İbrahimov, i.namiq@mail.ru, Bərdə
ADNŞ tərəfindən inşa edilən və fəaliyyətə başlayacaq Diaqnostika-Müalicə mərkəzlərinin mülkiyyət forması və müvafiq olaraq hüquqi şəxs kimi hansı vergilərin ödəyicisi olacaqdır?
Bildiririk ki, inşa edilən və gələcəkdə fəaliyyətə başlayacaq tibb müəssisəsinin vergi öhdəliklərinin müəyyənləşdirilməsinin fərqli xüsusiyyətləri Vergi Məcəlləsində nəzərdə tutulmamışdır, yəni sahibkarlıq fəaliyyətinin bu növünün həyata keçirilməsindən əldə ediləcək gəlirlər Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb ediləcəkdir.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət şöbəsi”nə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Zakir Sadıqov, Zakir1978@rambler.ru
Salam. Əgər bir işçi 6 və ya 10 aydan sonra məzuniyyətə çıxarsa onda gəlir vergisi necə hesablanacaqdır? Çox sağ olun.
Bildiririk ki, məzuniyyətə çıxan işçiyə məzuniyyət haqqı Əmək Məcəlləsinin 140-cı maddəsinin müddəalarına uyğun olaraq hesablanır və məzuniyyət haqqı işçinin məzuniyyətdə olduğu hər ayın payına düşən hissəsi həmin ayın əmək haqqı ilə birləşdirilərək gəlirin ümumi məbləğindən aylar üzrə ayrılıqda gəlir vergisi tutulur.
Məzuniyyətin müddətləri və verilməsi qaydaları barədə sorğunuzla əlaqədar isə aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Səbinə Əliyeva, qranitmtk@mail.ru
Salam, mənzil tikinti kooperativi Bakı şəhər İcra Hakimiyyətindən uzun müddətə icarəyə götürdüyü torpaq sahəsinə görə torpaq vergisi ödəməlidirmi? Çox xahiş edirəm VM-nin 205-ci maddəsindəki "istifadəsində olan" sözünün acıqlamasını verəsiniz.
Əvvəlclədən minnətdarlığımı bildirirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində və mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 207-ci maddəsinə əsasən isə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının mülkiyyətində və istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir.
«Torpaq icarəsi haqqında» Qanunun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisinin tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisinin tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır və Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
Odur ki, sorğunuza əsasən icra hakimiyyəti orqanlarından icarəyə götürülmüş torpaq sahələrinə görə icarə haqqı tərəfinizdən dövlət büdcəsinə ödənilməlidir, bu torpaqlara görə torpaq vergisinin ödənilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
İstifadəçi sözünün açıqlaması ilə əlaqədar isə bildiririk ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin müddəalarına uyğun olaraq torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi (əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə) və ya müvəqqəti istifadə etməkdir. Torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli — on beş ildən 99 ilədək müəyyən oluna bilər. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Nigar, niqush_90@inbox.ru
Salam.
a) Vergi Məcəlləsinin 38.2-ci maddəsində "Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər" müddəasını şərh etməyinizi xahiş edirəm. Müstəsna hallar deyərkən hansı hallar nəzərdə tutulur?
b) Səyyar vergi yoxlamasının nəticələrinə dair yekun aktı ən çoxu neçə gün sonra tərtib olunmalıdır?
Bildiririk ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilən “müstəsna hallara” misal olaraq, digər vergi ödəyicilərindən yoxlamanın predmetinə aid sənədlərin götürülməsinə, ekspertizanın təyin edilməsinə, inventarizasiyanın aparılmasına və s. zərurət yaradan halları göstərmək olar.
Səyyar vergi yoxlamasının müddətinin uzadılması isə hər bir hala uyğun olaraq vergi orqanının konkret qərarına əsasən müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddəti aşağıda göstərilən hallarda 30 gündən çox olmayan müddətə uzadıla bilər və bu müddət isə Vergi Məcəlləsinin 68-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi üçün müəyyənləşdirilən müddətin başa çatmasından sonrakı iş günündən başlayır:
- səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda;
- nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;
- səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rasim Abdullayev, abrasso@rambler.ru, Bakı
Yaxın vaxtlara sadələşdirilmiş vergi ödəyiciləri üçün VM-də nəzərdə tutulan 22500 manat məbləğin artırılması nəzərdə tutulurmu?
Bildiririk ki, yaxın zamanlarda Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulmur. Lakin o da istisna olunmur ki, belə dəyişikliklər müzakirə edildikdə Vergi Məcəlləsinin 155.1-ci və 218.1-ci maddələrində göstərilən həddə yenidən baxıla bilər.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Vüsal İbrahimov, vussalibrahimov@yahoo.fr
Salam! Mənim 23 yaşım var, ali təhsilliyəm. Azərbaycan Dillər Universitetinin "Tərcümə" (fransız dili) fakültəsini bitirmişəm və hal-hazırda işləmirəm. Hərbi xidməti keçmişəm (kiçik çavuş). Bilmək istəyirəm sizdə ixtisasım üzərə və ya digər rəsmi işlər üzərə vakansiya var?
Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə vergi orqanlarında vakansiyalar yarananda həyata keçirilir. Yeni vakansiyaların yaranma müddətini proqnozlaşdırmaq mümkün olmadığından yeni müsabiqənin keçirilmə tarixini də nəzərinizə çatdırmaq imkanımız xaricindədir.
Vergilər Nazirliyinə işə qəbulla əlaqədar məlumatın alınması üçün səhifəmizi və ya kütləvi informasiya vasitələrini mütəmadi izləyəməyi Sizə məsləhət görürük.
Eyni zamanda bildiririk ki, Vergilər Nazirliyinin 26 sentyabr 2008-ci il tarixli 0817040100977800 nömrəli Əmri ilə təsdiq olunmuş “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə əsasən ali təhsilə malik olmayanlar, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olmayan vətəndaşlar vergi orqanlarına xidmətə qəbul edilmirlər.
Odur ki, ixtisasınız Qaydaların müvafiq bəndində göstərilən ixtisaslardan fərqli olduğu təqdirdə keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququz yoxdur.
Vergi orqanlarına işə qəbulla əlaqədar suallarınıza aydınlıq gətirilməsi məqsədilə 4038752 şəhər nömrəsinə müraciət etməyiniz məqsədəuyğundur.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Aydın Hacalli, ahajalli@mail.az, Bakı
1) Hər rüb sadələşdirilmiş vergi hesabatı vermiş şəxs illik gəlir (mənfəət) vergisi hesabatı təqdim etməlidirmi?
2) Sadələşdirilmiş vergi ödəyicisinin muzdlu əməyə cəlb edilən işçisi yoxdursa, "Muzdlu işlə əlaqədar... bəyannaməsi"ni bu r rüb təqdim etməlidirmi?
1) Bildiririk ki, hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 18 yanvar 2003-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları»nın 3-cü bəndinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olan şəxs fəaliyyətini 2 nəfərdən artıq olmaqla həyata keçirdikdə «Uçot kitabı» əsasında hesabat dövründə kiçik sahibkarlıq subyektlərinin əmlakının və pul vəsaitlərinin, onlar tərəfindən görülmüş iş və göstərilən xidmətlərlə bağlı xərclərin mövcudluğu müəyyənləşdirilir və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qərarı ilə təsdiq edilmiş «Kiçik sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti barədə hesabatı (1-KM nömrəli forma, illik) tərtib edərək mart ayının 15-dək Azərbaycan Respublikasının statistika və vergi orqanlarına təqdim edilməlidir.
Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və sadələşdirilmiş vergi ödəyicisi olan şəxs Vergi Məcəlləsinin 219.2-ci maddəsinə uyğun olaraq gəlir (mənfəət) vergisinin ödəyicisi olmadığından onun tərəfindən müvafiq bəyannamənin təqdim olunması tələb olunmur.
2) Sorğunuzla əlaqədar bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir .(Vergi Məcəlləsi, maddə 16.2).
Odur ki, muzdlu işlə əlaqədar vergi mükəlləfiyyəti aktiv olan vergi ödəyicisi rüb ərzində muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergitutma obyekti yaranmadığı halda müvafiq bəyannamənin əvəzinə arayış formasını təqdim edə bilər.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
İdris Vəliyev, phect@list.ru
1. Ödəmə mənbəyində dividenddən, faizdən, əmlakın icarəyə verilməsindən tutulan məbləğlər mənfəət vergisi zamanı nəzərə alınır? Alınırsa necə?
2. Hər hansı hüquqi şəxs dövlət büdcəsindən aldığı vəsaitə (gəlir) görə mənfəət vergisi ödəməlidir?
1. Bildiririk ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur (Vergi Məcəlləsi, maddə 122.2).
Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır (Vergi Məcəlləsi, maddə 122.3).
Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (Vergi Məcəlləsi, maddə 124.3).
Göründüyü kimi, rezident müəssisələrinə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur, ödəmə mənbəyində vergiyə cəlb olunmuş dividendlər bir daha vergiyə cəlb olunmur. Faizlərin tam məbləği isə ümumi mənfəətə cəlb olunur, və bu zaman hesablanmış vergidən təsdiqedici sənədlərə əsasən ödəmə mənbəyində faizlərdən ödənilən vergi məbləği çıxılır.
2. Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsi ilə yalnız qeyri-kommersiya təşkilatlarının əvəzsiz qaydada aldıqları köçürmələr mənfəət vergisindən azad edilmişdir.
Bununla belə, daha konkret məlumatın alınması üçün müvafiq açıqlama vermək şərti ilə uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət şöbəsi”nə və yaxud Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Elvin Həsənov, hesenli_654@mail.ru
Azərbaycan Respublikasında gəlir vergisində vergitutmanın hansı metodundan istifadə olunur?
Bildiririk ki, Vergi Məcəlləsinin 130-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.
Bu və ya digər uçot metodu ilə müəyyən olunmuş vergi tutulan gəlir vergi məcəlləsinin 101.2-ci maddəsində qeyd olunan dərəcələrlə gəlir vergisinə cəlb olunur.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Əhməd Əliyev, axmad79@rambler.ru
Salam. Sualım belədir: Azərbaycan Respublikasına gətirilən minik avtomobillərinin mühərrikinin həcminə görə hazırkı rüsum necə hesablanır? Çox sağ olun.
Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtonəqliyyat vasitələri gömrük orqanları tərəfindən əlavə dəyər vergisinə və aksiz vergisinə cəlb olunurlar.
Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV nəzərə alınmadan) ibarətdir.
İdxal olunan minik avtomobillərinin aksiz vergisinə cəlb olunması isə, Vergi Məcəlləsinin 190.4-cü maddəsində qeyd olunan dərəcələr tətbiq edilməklə həyata keçirilir.
Gömrük rüsumları barədə məlumatı isə aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sevil, sevil2009@mail.ru
Xarici şəxslərə yerli fiziki şəxs ev icarə verdikdə ona hansı vergilər hesablamalıdır?
Bildiririk ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən bu maddəyə uyğun olaraq vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir (Vergi Məcəlləsi, maddə 124.1).
Odur ki, əmlakınızı kirayəyə götürən hüquqi şəxs və vergi orqanında qeydiyyatda fiziki şəxs olduğu halda Sizin qeydiyyata durmağınız tələb olunmur, icarəyə götürən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxs olduqda isə Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq vergi orqanına uçota alınmaq üçün ərizə ilə müraciət etməlisiniz.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Ramil Cəfərov, ramilc77@mail.ru
Salam. Mən icarəyə götürdüyüm yerə obyekt kodu almaq istəyirəm. Mən Ərazi Vergilər İdarəsinə hansı sənədləri təqdim etməliyəm?
Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi vergi ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.
Belə ki, hüquqi şəxslərin müstəqil VÖEN-lə uçota alınmayan filial və nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti), fiziki şəxslərin isə təsərrüfat subyekti (obyekti) olduğu halda, bu barədə onların olduğu yer üzrə vergi uçotuna alınması məqsədilə vergilər nazirinin 15 yanvar 2008-ci il tarixli 0817040100022500 nömrəli əmri ilə təsdiq edilmiş «Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə» forması doldurularaq vergi orqanına təqdim edilir. Bu ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin fəaliyyətə başlaması və onun rəhbəri haqqında (təsərrüfat subyektinin rəhbəri onun istifadəçisi olan fiziki şəxsin özü olduqda rəhbər barədə qərar tələb edilmir) vergi ödəyicisinin qərarlarının, habelə bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin, etibarnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilməsi zəruridir. Göstərilən sənədlər vergi orqanına təqdim edildikdən sonra 2 gün müddətində vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edən və təsərrüfat subyektinin kodunu əks etdirən müvafiq arayış vergi ödəyicisinə verilir.
Qeyd olunanlarla bağlı əlavə məlumatı uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət şöbəsi”nə və yaxud Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Elman Qasımov, elmanqasimov@mail.ru, Bakı
Salam. 2008-ci ilin noyabr ayında A müəssisəsi B müəssisəsinə avans olaraq 10000 manat vəsait ödəmişdir. 18% ƏDV məbləği 2008-ci ilin dekabr ayının ƏDV bəyannaməsində qeyd olunmuşdur. Lakin iş görülmədiyindən B müəssisəsi aldığı 10000 manat avans məbləği 2009-cu ilin yanvar ayında geri qaytarmışdır. Sualım belədir ki, bu halda 18 faiz ƏDV məbləği hansı dövrün bəyannaməsində azaldılmalıdır.
Vergi Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər (Vergi Məcəlləsi, maddə 72.5).
Vergi Məcəlləsinin 163.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda tətbiq edilir:
- əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
- əməliyyatın xarakteri dəyişdikdə;
- qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
- vergi ödəyicisi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Sorğunuzda sözügedən halın Vergi Məcəlləsinin 163-cü maddəsinin tətbiq edilməsi nəzərdə tutulduğundan, azaldılan dövriyyə vergi ödəyicisi tərəfindən yanvar ayında verilən bəyannamədə öz əksini tapmalıdır.
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
David Kamilov, d.kamil_v@mail.ru
Salam. Məlumdur ki, VM-nin 168.1.5-ci maddəsinə əsasən reklam xidməti üçün xidmətin göstərildiyi yer xidmətin alıcısının qeydiyyatda olduğu yerdir. Buna uyğun olaraq Azərbaycan rezidenti olan firmaya Rusiya Federasiyasının rezidenti olan şirkət tərəfindən Rusiya ərazisində göstərilən xidmətin dəyəri ödənilərkən 169-cu maddəyə uyğun olaraq ƏDV-yə cəlb edildiyi məlumdur. Rusiya ərazisində göstərilən reklam xidmətinin dəyəri ödənilərkən ödəmə mənbəyində 10% dərəcə ilə vergi də tutulmalıdırmı?
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, sahibkarlıq fəaliyyəti çərçivəsində Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi vergi tutulan əməliyyatlar sayılır.
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən isə reklam xidmətlərinin göstərilməsi zamanı xidmətin həyata keçirildiyi yer dedikdə, xidmətin alıcısının yerləşdiyi yer nəzərdə tutulur.
Odur ki, qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 169-cu maddəsinin müddəalarına uyğun olaraq qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.
Bundan başqa, sorğunuzda sözügedən əməliyyatdan əldə olunan gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlir olduğundan qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalı və büdcəyə ödənilməlidir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Kamalə Seyidova, hard_justice2001@yahoo.com
Mən şirkətimin vergiyə ola bilən (əgər varsa) borcunu internetlə öyrənə bilərəmmi?
Qeyd etmək istərdik ki, vergi orqanı ilə elektron xidmət barədə müqavilə bağlayan və bəyannamələri internet vasitəsilə təqdim edən vergi ödəyiciləri artıq elektron şifrədən istifadə edərək şəxsi vərəqələrində olan məlumatla tanış olmaq imkanını əldə etmişlər.
Müvafiq müqaviləni bağlamayan ödəyicilər isə hal-hazırda bu imkana malik deyildilər. Lakin vergi ödəyicilərinə vergi borclarının internet vasitəsilə öyrənilməsi imkanının yaradılması Vergilər Nazirliyinin prioritet planları sırasında olduğunu nəzərə alaraq yaxın gələcəkdə bu imkanın yaradılması nəzərdə tutulur.
Bununla belə, Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətinə müraciət edərək vergi borcunuzun olub-olmaması barədə məlumatı əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Gülnar Hüseynova, gulnar63@hotmail.com
Məlumat işi ilə məşğul olmaq istəyirəm. Həftədə 3 gün 2 saat. Bioloji aktiv əlavələr barədə. Dinləyicilərlə isi quracağam. Vergi ödəyicisi kimi nə etməliyəm?
Sorğunuzdan göründüyü kimi, xidmətlərin göstərilməsi və malların təqdim olunması ilə məşğul olmaq istəyirsiniz.
Bununla əlaqədar bildiririk ki, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyətidir (Vergi Məcəlləsi, maddə 13.2.37)
Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) vergi ödəyicisi kimi uçota alınırlar.
Fiziki şəxsin vergi öhdəliklərinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar vergi tutulan əməliyyatlarının həcmindən və istəklərindən asılı olaraq onu qane edən vergitutma sistemini seçərək sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər.
Belə ki, seçimini sadələşdirilmiş verginin xeyrinə edən ödəyici rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4%, digər regionlarda isə 2% tətbiq etməklə vergini hesablamalı və büdcəyə ödəməlidir. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs bu fəaliyyət üzrə gəlir vergisindən və ƏDV-dən azad edilərək yalnız sadələşdirilmiş vergini ödəyir.
Sadələşdirilmiş vergitutma sistemindən imtina edərək, seçimini gəlir vergisinin xeyrinə edən fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi vergi tutulan gəlirdən, yəni əldə olunan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və qanunvericiliyə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Yuxarıda qeyd olunan vergitutma sistemlərinin hansının tətbiq edilməsindən asılı olmayaraq, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 3 ay ərzində 22500 manatdan çox olduqda həmin şəxs bu müddət başa çatdıqdan sonrakı 10 gün ərzində ƏDV ödəyicisi kimi uçota durmaq barədə vergi orqanına ərizə ilə müraciət etməli, ƏDV ödəyicisi kimi qeydiyyata alındıqda isə ay ərzində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və əvəzləşdirilməli ƏDV-ni nəzərə almaq şərtilə büdcəyə ödəməlidir. Eyni zamanda ƏDV-nin ödəyicisi olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi olurlar.
Onu da qeyd etmək istərdik ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq vergi orqanına ƏDV qeydiyyatına alınmaya dair könüllü ərizə ilə müraciət edə bilər.
Qeyd olunanlarla əlaqədar daha ətraflı məlumatı yaşadığınız yer üzrə vergi orqanının Vergi ödəyicilərinə xidmət şöbəsinə və yaxud Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
İlqar Umud, inter@mail.ru
Salam. Mənfəət vergisi ilə işləyən özəl müəssisənin baş kitabı hər il dəyişilməlidirmi? Yəni mühasibatlıqda baş kitab tam dolmadıqda təzə ildən onu istifadə etmək olarmı?
Mühasibat uçotunun aparılması ilə bağlı sorğunuzda qaldırılan məsələnin cavablandırılması səlahiyyətlərimizə aid edilmədiyindən, xahiş edirik sorğu ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» rubrikasına (http://www.maliyye.gov.az/?mod=faq&lang=az) müraciət edəsiniz.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəna Quliyeva, a_visual@mail.ru
Şirkətin bir dənə təsisçi var. Mənfəətdən dividend götürməyə hansı qanun-qaydaları var?
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab olunur və Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Esmira Əhmədova, Bakı
İnternet vergi idarəsinin xidmətlərindən istənilən vaxt istifadə etməklə vergi ödəyiciləri üçün yaxşı şərait yaratmışdır. Bu istənilən vaxt hesabatların təqdim edilməsinə kömək edir. Lakin mən bazar günü 3 dəfə səhv parolu daxil etmişdim, həmin xidmət bağlandı və həmin günü daha heç bir şey edə bilmədim. Olmazmı ki, yaranan problemləri aradan qaldırmaq üçün internet idarəsində bayram və bazar günləri növbətçi proqramçıların köməyindən istifadə edək?
Bildiririk ki, elektron bəyannamələrin təqdim olunması üzrə xidmətlərin göstərilməsinə texniki dəstək Vergilər Nazirliyinin əməkdaşları tərəfindən deyil, bu sahədə fəaliyyət göstərən ixtisaslaşdırılmış şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilir. Bu səbəbdən də tərəfimizdən müraciətinizdə qeyd olunanlar həmin şirkətə yalnız təklif şəklində təqdim oluna bilər.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Əhmədov Fazil Ibrahim oğlu, sarvanfm07@rambler.ru, Bakı
Bizdən 2000-ci ildən bu ilə qədər bələdiyyə tərəfindən fiziki şəxsin əmlak vergisi tutulmayıb. İndi isə 750 manat əmlak borcumuz olması haqqında tədiyə bildirisi gəlib. Biz bu borcu ödəməliyikmi? Yoxsa məhkəməyə müraciət edək?
Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına uyğun olaraq rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyekti hesab olunur.
Vergi Məcəlləsinin 198.1.1-ci və 200.1-ci maddələrinin müddəalarına əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililərin Nazirlər Kabineti tərəfindən müəyyən edilən inventar dəyərinin 5000 manatdan çox olan hissəsindən 0,1 faizlə müvafiq bələdiyyə orqanları tərəfindən hesablanır (Vergi Məcəlləsi, maddələr 198.1.1 və 200.1).
Odur ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan əmlaka görə əmlak vergisi hesablanmalı və ödənilməlidir.
Eyni zamanda bildiririk ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və hesablanmış maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. (Vergi Məcəlləsi, maddə 85.4)
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablandığını (Vergi Məcəlləsi, maddə 200.1) nəzərə alaraq əmlak vergisinə dair izahatın alınması üçün müvafiq bələdiyyə orqanına müraciət etməyiniz məqsədəmüvafiqdir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Əyyar Ağayev, ajjjaragaev@rambler.ru, Bakı
Salam. Cəmiyyət icarə fəaliyyətindən gəlir əldə edir. Əvvəllər ƏDV ödəyicisi olmuşdur. 2006 ildə VN tərəfindən ƏDV qeydiyyatı ləğv olunmuşdur. ƏDV qeydiyyatı ləğv olunduğu tarixdən indiyə kimi cəmiyyət mənfəət və əmlak vergisi ödəyicisidir. Cəmiyyət yenidən ƏDV ödəyicisi kimi qeydiyyata durmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs (Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Odur ki, vergi tutulan əməliyyatlarınızın həcmi ardıcıl 3 aylıq dövr ərzində 22500 manatdan artıq olmadıqda, ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizə ilə vergi orqanına müraciət etmək öhdəliyiniz yaranmır və Siz fəaliyyətinizi mənfəət vergisinin ödəyicisi kimi davam etdirə bilərsiniz.
Bununla belə xatırladırıq ki, Vergi Məcəlləsinin 156-cı maddəsinə uyğun olaraq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlarınız həcmindən asılı olmayaraq könüllü olaraq ƏDV qeydiyyatına alına bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Gülya Həsənova, gula.sun@hotmail.com
Müəssisə tərəfdən futbol klubu yaradılıb və onun inkişafına maliyyə yardımı ayrılır, ondan başqa digər müəssisələrdən maliyyə yardımı istənilib və əldə olunub. Sualım belədir в– futbol klubu tərəfindən əldə olunan maliyyə vəsaitlər hər-hansı vergiyə cəlb olunurmu? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyəti sayılır.
Vergi Məcəlləsinin 106.1.2-ci maddəsi ilə yalnız qeyri-kommersiya təşkilatlarının əvəzsiz qaydada aldıqları köçürmələr mənfəət vergisindən azad edilmişdir.
Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin subyekti olan peşəkar futbol klubuna həmin güzəşt şamil olunmur.
Eyni zamanda onu da bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən gəlirlər satışdankənar gəlirlər kimi dəyərləndirilməklə sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Sənəm Məmmədova, uride1@rambler.ru
Müəssisə Əmlak Komitəsindən torpaq icarəyə götürmüş və icarə haqqını Əmlak Komitəsinə ödəmişdir. Müəssisə büdcəyə torpaq vergisini yoxsa icarə haqqını ödəməlidir? Xahiş edirəm cavablandırasınız. Təşəkkür edirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində və mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 207-ci maddəsinə əsasən isə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının mülkiyyətində və istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir.
«Torpaq icarəsi haqqında» Qanunun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisinin tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisinin tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır və Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
Odur ki, sorğunuza əsasən icra hakimiyyəti orqanlarından icarəyə götürülmüş torpaq sahələrinə görə icarə haqqı tərəfinizdən dövlət büdcəsinə ödənilməlidir, bu torpaqlara görə torpaq vergisinin ödənilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Yeganə Babaşova, yegane1985@yahoo.com, Sumqayıt
Salam! Hüquqi şəxs onun təsisçisi olan rezident bankdan aldığı kreditin 300 min manatı üçün hesabat ilində 60 min manat faiz hesablamışdır. Həmin ildə banklararası kredit hərracında faizin orta illik səviyyəsi 10 faiz olmuşdur. Hesabat ilində hesablanmış faizin gəlirdən çıxılan məbləği soruşulduqda maddə 98.2.1-i nəzərə alaraq hesablamalıyıq?
Yəni həlli belə olur?
60000/300000=20%
300000*(20%-10%)=30000
30000*14%=4200
Cavab 4200
Bu doğru cavabdırmı?
İlk növbədə bildiririk ki, Vergi Məcəlləsinin 98-ci maddəsi, o cümlədən də qeyd etdiyiniz 98.2.1-ci maddə “Muzdlu işlə əlaqədar alınan gəlir” adlanır və fiziki şəxslərin muzdlu işdən pul və ya digər formada əldə etdiyi gəlirlərə aiddir. Sorğunuz isə hüquqi şəxsin ödədiyi faizlər və onların gəlirdən çıxılması barədədir.
Bu halda Vergi Məcəlləsinin digər maddələrinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına uyğun olaraq qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Qarşılıqlı surətdə asılı olan şəxslər isə Vergi Məcəlləsinin 18-ci maddəsində qeyd olunmuşdular.
Odur ki, Vergi Məcəlləsinin 18-ci maddəsi ilə qarşılıqlı surətdə asılı olan şəxslərdən biri digərinə kredit verdikdə, krediti götürən şəxs ödədiyi faizlərin banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmayan hissəsini gəlirdən çıxa bilər.
Qeyd etdiyiniz şərti misalda hüquqi şəxs qarşılıqlı surətdə asılı olduğu şəxsdən götürdüyü kreditə 20% (60000*100%/300000) illik dərəcə ilə faizlərin ödənilməsinə baxmayaraq gəlirdən faizlər şəklində ödənilən 60.000 manat deyil, yalnız 37500 (300000*(10%*125%)) manat gəlirdən çıxılır
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəna Əmirova, renata47@rambler.ru, Bakı
Vergiyə artıq ödəməm var. Bu ay 40 manat cərimə olunmuşam. Bunu artıq ödəmə ilə silə bilərlər? Bunun üçün ərizə yazmalıyam? Təşəkkür edirəm.
Bildiririk ki, Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Arif Vəliyev, bbx_86@mail.ru
Xronemetraj hansı vergi ödəyicilərinə aiddir?
Bildiririk ki, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 23.1.3).
Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Xronometraj metodu ilə müşahidə aparılması Qaydaları”nın müddəalarına əsasən müşahidə aparılmasının məqsədi vergi ödəyicilərinin obyektlərində istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin müəyyən edilməsidir. Müşahidə zəruriliyi vergi orqanının rəhbəri tərəfindən əsaslandırılaraq və onun rəhbəri (rəhbərin müavini) müvafiq qərar çıxarılaraq aşağıdakı hallarda aparıla bilər:
- vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı onların obyektlərində müşahidə aparılması zərurəti yarandıqda;
- ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə ƏDV üzrə vergi öhdəliklərinin aşkar edilməsi zərurəti yarandıqda;
- obyektdə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin artması (azalması) barədə vergi ödəyicisi tərəfindən vergi orqanlarına rəsmi müraciət olunduqda.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Həmidov, sakit_hamidov@mail.ru
"Fərqlənmə nişanı" alaraq il ərzində yük daşıma xidməti göstərmiş hüquqi şəxs balansında olan yük və minik avtomaşınlarına AR VM-nin müvafiq maddələrinə əsasən "Əmlak vergisini" və "Yol vergisini" hansı qaydada hesablamalı və ödəməlidir?
İlk növbədə onu bildiririk ki, Vergi Məcəlləsinin 197-ci və 202-ci maddələrinin müddəalarına uyğun olaraq müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır və orta illik qalıq dəyərinin hesablanması zamanı avtonəqliyyat vasitələrinin dəyəri nəzərə alınmır.
Vergi Məcəlləsinin 219.2-ci maddəsinə əsasən isə sadələşdirilmiş vergini ödəyən (mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər istisna olmaqla) hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
Digər tərəfdən, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə Vergi Məcəlləsinin 211.1.2-ci maddəsində göstərilən dərəcələrlə ödəyirlər.
Vergi Məcəlləsinin 212.3-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Səidə Bəhramzadə, cs01@list.ru, Bakı
Ödəniş üçün sənəd ödəyən tərəfə verəndə, qaimə-fakturanın hansı hissəsi ödəyən tərəfə qalmalidi (oriqinal yaxud surət)? Təşəkkür edirəm!
Bildiririk ki, qaimə-fakturanın birinci nüsxəsi, vergi hesab-fakturasının isə ikinci nüsxəsi malsatanda qalır, həmin sənədlərin müvafiq olaraq ikinci və birinci nüsxələri isə malların (iş, xidmət) alıcısına verilir.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Leyla Qarayeva, black-beauty-21@rambler.ru
Sadələşdirilmiş vergi ödəyiciləri hansı vergiləri ödəməlidirlər?
Hesabat dövri ərzində sadələşdirilmiş vergi ödəyiciləri (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən, habelə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilata, habelə satışdankənar gəlirlərin həcminə (Vergi Məcəlləsi, maddə 219.1) Bakı şəhəri üzrə 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə tətbiq etməklə (Vergi Məcəlləsi, maddə 220.1) sadələşdirilmiş vergini hesablayır və hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq büdcəyə ödəyirlər.
Sadələşdirilmiş vergini ödəyən (mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər sahibkarlıq fəaliyyəti üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər (Vergi Məcəlləsi, maddə 219.2).
Bununla yanaşı, sadələşdirilmiş vergi ödəyicisi tərəfindən vergitutma obyektlərinin mövcudluğu və aparılan əməliyyatların xüsusiyyətlərindən asılı olaraq müvafiq vergilər (yol, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablanaraq dövlət büdcəsinə ödənilir.
Qeyd olunanlarla bağlı Sizi maraqlandıran məsələ ilə əlaqədar müvafiq açıqlama verməklə daha ətraflı məlumatı Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Fəxriyyə Tağıyeva, tagiyeva_1984@yahoo.com
Sadələşdirilmiş vergi ödəyicisi sosial müdafiə fonduna hansı ödənişləri etməlidir?
Bildiririk ki, 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin müddəalarına uyğun olaraq ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin (hal-hazırda minimum aylıq əmək haqqı 75 manat təşkil edir) , digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Eyni zamanda, vergi ödəyicisi (işəgötürən) muzdlu işlə əlaqədar gəlir əldə edən şəxsə (işçiyə) hesablanan əmək haqqından 22 faiz dərəcə ilə sosial sığorta ayırmaları hesablamalı, habelə 3 faiz dərəcə ilə işçiyə hesablanan və ödənilməli olan əmək haqqından da sosial sığorta ayırmaları tutmalı və büdcəyə ödəməlidir.
Əlavə olaraq bildiririk ki, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulan sığorta ayırması gəlirlərin 25 faizini təşkil edir.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Nazim İsmayılov, Kenul_85@mail.ru, Bakı
Sadələşdirilmiş fiziki şəxs Bakı şəhərində qeydiyyatda olduğu halda rayonlarda tikinti işi görürsə 4 % vergi ödəməlidi və ya 2%?
Bildiririk ki, Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz müəyyənləşdirilmişdir.
Vergi Məcəlləsinin 220.2-ci maddəsinə əsasən Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Odur ki, Bakı şəhərində uçotda olan və digər regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə həmin regionlar üçün müəyyənləşdirilmiş 2 faiz vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Vergi qanunvericiliyi barədə daha ətraflı məlumatı yaşadığınız ərazi üzrə vergi orqanının “Vergi ödəyicilərinə xidmət” şöbəsinə və ya Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Samir Qarayev, qarayev_s@rambler.ru
Salam, mən firma açmaq istəyirəm. Bilmək istəyirəm,
1. Əgər firmanı indi açsam və fəaliyyətə 4 ay sonra başlasam, məndən vergi tutulacaq?
2. Ümumiyyətlə vergi necə tutulur?
Öncədən təşəkkür edirəm.
1. Bildiririk ki, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir (Vergi Məcəlləsi, maddə 77.3).
Bu səbəbdən hər hansı vergi tutulan əməliyyatlar aparılmadıqda və müvafiq vergi növləri üzrə vergitutma obyekti yaranmadıqda Vergi Məcəlləsində verginin hesablanması və ödənilməsi nəzərdə tutulmur.
Bununla belə xatırlatmaq istərdik ki, Vergi Məcəlləsinin 16.2 maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına təqdim olunmalı olan vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.
Odur ki, fəaliyyətiniz olmadığı halda hesabat dövrü üzrə vergi orqanına müvafiq bəyannamənin (məsələn, saələşdirilmiş vergi bəyannaməsinin, ƏDV bəyannaməsinin) əvəzinə arayış təqdim etməlisiniz.
2. Vergi öhdəlikləri ilə əlaqədar bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4%, digər regionlarda 2% tətbiq etməklə vergini hesablamalı və büdcəyə ödəməlidir. Qeyd etmək istərdik ki, sadələşdirilmiş vergi ödəyicisi bu fəaliyyət üzrə mənfəət vergisi və ƏDV ödəmir, yalnız sadələşdirilmiş vergini ödəyir.
Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl üç aylıq dövr ərzində 22500 manatdan artıq olmayan hüquqi şəxs gəlirləri ilə bu gəlirlərin əldə olunması üçün çəkilən xərclərinin fərqindən 22 faiz dərəcə ilə mənfəət vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Nəzərinizə çatdırırıq ki, hüquqi şəxs yuxarıda qeyd olunan vergitutma sistemlərinin hansı birinin tətbiq edilməsindən asılı olmayaraq, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 3 ay ərzində 22.500 manatdan çox olduqda bu müddət başa çatdıqdan sonrakı 10 gün ərzində ƏDV ödəyicisi kimi uçota durmaq barədə vergi orqanına ərizə ilə müraciət etməli, ƏDV ödəyicisi kimi qeydiyyata alındıqda isə ay ərzində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməli və əvəzləşdirilməli ƏDV-ni nəzərə almaq şərti ilə büdcəyə ödəməlidir. Eyni zamanda ƏDV-nin ödəyicisi olan hüquqi şəxslər mənfəət və əmlak vergisinin ödəyicisi olurlar.
Vergi ödəyicisi vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq vergi orqanına ƏDV qeydiyyatına alınmaya dair könüllü ərizə ilə müraciət edə bilər.
Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin müvafiq vergitutma obyekti olduqda digər vergi öhdəlikləri də yarana bilər (məsələn, ödəmə mənbəyində tutulan vergi üzrə).
Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı uçotda olduğunuz vergi orqanının “Vergi ödəyicilərinə xidmət şöbəsi”nə və yaxud Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət etməklə əldə edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Azər Məmmədov, azer_mai@yahoo.com
Salam. Əgər şirkət mühasibat uçotunu elektron mühasibat sistemləri ilə (Sun Sitems, 1C, Oracle və sair) aparırsa onda Baş kitab və Kassa kitablarının yenidən əl yazma üsulu ilə aparılmasına lüzum varmı?
Mühasibat uçotunun aparılması ilə bağlı sorğunuzda qaldırılan məsələnin cavablandırılması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinin internet səhifəsinin «Sual-Cavab» rubrikasına (http://www.maliyye.gov.az/?mod=faq&lang=az) müraciət etməyiniz məqsədəmüvafiq olardı.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Fuad Hümbətov, fuad78@box.az, Bakı
Bizim şirkət (qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəsi) sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçib, lakin fəaliyyətmiz kommersiya fəaliyyəti deyil və heç bir dövriyyəmiz yoxdur. Ancaq baş ofis tərəfindən maliyyələşirik və bütün xərclərimizi baş ofis ödəyir. Bununla əlaqədar bilmək istəyirik ki, biz maliyyələşən vəsaitdən 4% vergi büdcəyə ödəməliyik və ya ödəməməliyik. Əvvəlcədən öz minnətdarlığəmı Sizə bildirirəm.
Bildiririk ki, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən vergi ödəyir.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarının təsdiq edilməsi barədə Qaydalar”ına əsasən Azərbaycan Respublikasında həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşmaya əsasən Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği əsasında hesablana bilər.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Tatyana Qulubəyova, arkasha77@mail.ru
Здравствуйте. Бухгалтер нашей фирмы уходит в отпуск по беременности и родам, в связи с чем, ей полагается пособие по беременности и родам, выплачиваемое за счет государства. В связи с этим такой вопрос: облагается ли это пособие подоходным налогом? Заранее благодарю.
Сообщаем, что согласно статье 6 Закона «О социальном страховании» пособие по беременности и родам относится к государственным пособиям, и согласно статье 102.1.4 Налогового Кодекса, государственные пособия, за исключением пособий, выплачиваемых в связи с временной утратой трудоспособности, освобождены от подоходного налога.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Vəfa Quluzadə, vafa82@mail.ru, Bakı
Здравствуйте! Я беспокою вас по поводу чеков, которые остаются нам после отоваривания в маркетах и в различных магазинах! Что с ними делать?? И для чего они?? Более того, я слыхала, что ваше министерство проводит какое-то мероприятие по поводу чеков. то есть их надо собирать и сдавать вам, а вы выдаете что -то типа заемов, которые после разыгрываются. Заранее благодарю! Спасибо! Буду ждать вашего ответа! Спасибо за создание таких условий, посредством которого мы можем впрямую общаться с вашим министерством.
Чеки контрольно-кассовых аппаратов несут двоякую функцию. Для государства в лице его налоговых органов они служат средством контроля за за отражением реальных оборотов наличных денежных средств и добросовестным исполнением своих налоговых обязательств.
С другой стороны, получение чеков нобходимо и самому налогоплательщику. Не секрет, что некоторые торговые объекты иногда позволяют себе реализовывать своим покупателям товары с ухудшенными качественными параметрами, а затем игнорировать справедливые претензии покупателя, мотивируя это отсутствием подтверждающих покупку доказательств. В этом случае именно надлежаще оформленный чек служить доказательством покупки и основанием для возврата/обмена купленного товара.
Что касается проводимой министерством акции, то суть её заключается в максимальной заинтересованности покупателя в получении чеков для дополнительного контроля реальных оборотов налогоплательщиков. С этой целью и проводится ежемесячно лотерея с ценными призами и денежными выигрышами. Чтобы стать её участником, достаточно обратиться в налоговый орган по месту проживания (в вашем случае в один из трех филиалов Бакинского налогового департамента) не позднее 2-го числа месяца, и для получения одного лотерейного билета (число билетов не ограничивается) предъявить собранные в предыдущем месяце чеки количеством не менее 20 и общей суммой не менее 40 манат.
При необходимости, для уточнения интересующих Вас деталей или получения еще более подробной информации на указанную тему Вы можете обратитья в телефонную информационную службу №– 195 Министерства Налогов

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Lalə Q., free.will@mail.ru
Здравствуйте! Наша компания является представительством в Азербайджане одного российского Открытого Акционерного Общества. Никакой деятельности наша компания не ведет и соответственно не имеет прибыли, то есть мы не выставляем счета и не получаем оплату. Тем не менее, на содержание нашего представительства ежемесячно российское ОАО перечисляет на наш расчетный счет сумму, которая затем расходуется нами на выплату зарплаты, аренды офиса, налогов и др. мелких расходов.
Вопрос такой. Должны ли мы считать эту сумму прибылью? И должна ли облагаться поступающая нам сумма какими-либо налогами?
Сообщаем, что согласно статье 104.2 Налогового Кодекса, что предприятие-нерезидент, осуществляющее деятельность в Азербайджанской Республике через свое постоянное представительство, уплачивает налог с прибыли, полученной в связи с такой деятельностью, т.е. с суммы, оставшейся после вычета из валового дохода, полученного из азербайджанского источника в связи с деятельностью через постоянное представительство, расходов, понесенных на получение этого дохода в соответствии с Налоговым Кодексом.
Вместе с тем, согласно «Правилам подсчета прибыли в случае невозможности прямого определения прибыли налогоплательщика», утвержденным Постановлением Кабинета Министров №– 55 от 1 марта 2001-го года,
в случае, если невозможно определить прибыль, полученную иностранным юридическим лицом, действующим в Азербайджанской Республике и за ее пределами, от деятельности, осуществляемой им через представительство в Азербайджанской Республике, то прибыль этого лица может быть установлена по заключению Министерства налогов Азербайджанской Республики на основании способа, согласованного между налогоплательщиком и соответствующим налоговым органом, на основе его затрат.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Əli İsmayıl-zadə, ali1611@rambler.ru
1. Xarici vətəndaş müəssisənin dəvəti ilə Azərbaycan Respublikasına ezam olunmuşdur.
Ezamiyyət xərcləri (mehmanxana və c.) yerli müəssisənin adına təqdim edilmiş vergi hesab-fakturası əsasında ödənilmişdir. Bu halda ödənilmiş xərclər qeyri-rezidentin gəliri hesab olunur və yerli müəssisənin hansı vergi öhdəliyi yaranır?
2. Yuxarıda göstərilmiş mehmanxana xərcləri sərbəst mənfəət hesabına ödənildikdə müəssisənin ƏDV-ni əvəzləşdirmək hüququ yaranırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən işçilərə ödənilən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri işçinin vergi tutulan gəlirinə aid edilmir. Müəssisənin işçisi olmayan fiziki şəxsin ezamiyyə xərclərinin müəssisə tərəfindən ödənilən məbləğlərinin gəlir vergisindən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Müəssisənin sərbəst mənfəəti hesabına ödənilən ezamiyyə xərcləri gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclər olmaqla bu xərclərə görə ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına əsasən əvəzlədirməyə qəbul edilmir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Cavanşir Kəngərli, accountant_0@mail.ru, Naxçıvan
Salam. Mülki Məcəllənin 53.1. maddəsində nümayəndəliyin tərifi verilir: "Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır".
Məgər xarici kommersiya şirkətinin Azərbaycanda açılan nümayəndəliyi onun iqtisadi mənafelərinin təmsilçisi hesab olunur, yoxsa onun burda təmsil etdiyi mənafelərin kommersiya fəaliyyəti ilə əlaqəsi yoxdur? Başqa ifadə ilə nümayəndəliyin burdakı bazar konyunkturasının araşdırılması və öyrənilməsi fəaliyyəti kommersiya fəaliyyətidir yoxsa qeyri-kommersiya?
Çünki nümayəndəlik Azərbaycanda gördüyü işin nəticəsi barədə xaricdəki baş ofisə məlumat verir, Nümayəndəlik burda müstəqil şəkildə müqavilə bağlaya bilməz və gördüyü işlərin nəticəsini (məhsulu) üçüncü tərəfə təqdim edə bilməz və ya sata bilməz. Nümayəndəliyin fəaliyyəti Vergi Məcəlləsinin 13.2.37-ci maddəsində göstərilən sahibkarlıq fəaliyyətinin tanımı ilə uzlaşmır və belə nəticəyə gəlmək olur ki, nümayəndəliyin fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur. Bu zaman nümayəndəliyin fəaliyyətinə qeyri-kommersiya fəaliyyəti adı vermək olar? Öncədən təşəkkürlər.
Vergi Məcəlləsinin 19.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi dedikdə, həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan RespubliВ¬kasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer nəzərdə tutulur.
Bu maddədən göründüyü kimi, vergitutma məqsədləri üçün xarici kommersiya şirkətinin Azərbaycanda açılan nümayəndəliyi dedikdə, onun Azərbaycanda həmin nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer başa düşülür. Xarici kommersiya şirkətinin Azərbaycanda açılan nümayəndəliyi anlayışının Vergi Məcəlləsinə əsasən bu qaydada müəyyən edilməsi sahibkarlıq fəaliyyətinin Məcəllənin 13.2.37-ci maddəsində verilən sahibkarlıq fəaliyyəti anlayışı ilə ziddiyyət yaratmır. Xarici kommersiya şirkətinin Azərbaycanda açılan nümayəndəliyinin fəaliyyətinə qeyri-kommersiya fəaliyyətini aid etmək olmaz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Araz İbadov, araz.ibadov@mail.ru, Bakı
Salam. Sualım 09.02.2009 ci il tarixində sizlər tərəfdən cavablandırılmışdır. Sualım vergi orqanı tərəfindən bank hesabı açmaq üçün verilən şəhadətnamə-dublikatlar haqqında idi. Qüvvədən düşmüş şəhadətnamə-dublikata (gecikmə ilə açılarsa) əsasən bank hesabının açılması mövcud qanunvericiliyinin pozulması kimi qiymətləndirilirsə və Vergi Məcəlləsinin 60.1.1-ci maddəsində qeyd olunan cərimə tətbiq olunursa, bank tərəfindən gecikmə ilə açılan həmin hesab bağlanılmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 35.2-ci maddəsinə əsasən banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar. Həmçinin VM-də şəhadətnamə-dublikatın istifadə müddəti konkret olaraq göstərilmişdir. Belə ki, Məcəllənin 35.3-cü maddəsində qeyd edilir ki, şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
Göndərilmiş məktubda bank hesabının qüvvədən düşmüş şəhadətnamə-dublikata əsasən açıldığı qeyd olunur. Beləliklə qeyd olunan halda VM-si ilə müəyyən edilmiş tələblər kobud şəkildə, həm də düzünə olaraq pozulmuşdur. Çünki qüvvədən düşmüş şəhadətnamə-dublikat heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi üçün ona əsasən bank hesabı açıla bilməz. Əgər qüvvədən düşmüş şəhadətnamə-dublikatdan istifadə etmək olmazsa (hüquqi qüvvəsinin olmaması ilə əlaqədar), bu halda hüquqi qüvvəsi olmayan sənədə əsasən bank hesabı açıla bilməz, açılmışdırsa, dərhal həmin hesab bağladılmalıdır. Bu halda banka maliyyə sanksiyasının tətbiq edilməsi bankı qeyd olunan hesabın bağlanması vəzifəsindən azad etmir. Belə ki, VM-nin 53.7-ci maddəsinə əsasən vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Murad Əhmədli
Salam. Mən elektron bəyannamə hazırlamaq üçün bütün lazımi proqramları kompüterə yükləmişəm. Ancaq bəyannaməni çap edə bilmirəm. Bəyannaməni seçib ÇAP düyməsini basanda "BƏYANNAMƏNİN PDF FORMATLI ÇAP FAYLINI BAĞLAYIN" informasiyası gəlir. Zəhmət olmasa bunun səbəbini deyərdiniz. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Elektron bəyannamənin tərtibatı ilə bağlı meydana çıxan problemlərin həlli məqsədilə 4038995 və 4038996 telefon nömrəsinə müraciət etməyinizi məsləhət görürük.
Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Səfərəli Dəmirli, Sefer-Demirli@hotmail.com, Şamaxı
Mən vergi və vergitutma ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Müasir dövrdə hər bir ölkənin vergi sisteminin keyfiyyət göstəricisi onun vergi yükü ilə müəyyən olunur. Belə ki, səmərəli vergi sistemi, ödəyicilərinin gəlirlərinin 30%-dan çoxunun tutulmasına imkan verməməlidir. Bəs niyə Azərbaycanda 50% və yaxud 50%-dan da çox tutulur?
Vergi yükünün planlaşdırılması və optimallaşdırılması məsələsi respublikamızda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindəndir. Vergi Məcəlləsinin qəbul edilməsi bu sahədə görülən işlərin əsasını təşkil edir. 1992-2008-cü illərdə vergilərin sayının 13-dən 9-a endirilməsi, mənfəət vergisinin dərəcəsinin 35 faizdən 22 faizə, əlavə dəyər vergisinin dərəcəsinin 28 faizdən 18 faizə, fiziki şəxslərin gəlir vergisinin yuxarı həddinin 55 faizdən 35 faizə, dividendlərdən tutulan verginin dərəcəsinin 15 faizdən 10 faizə endirilməsi və s. bu kimi tədbirlər qeyd olunanlara bariz nümunədir.
Digər bir addım sahibkarlığın inkişafına kömək məqsədilə 2001-ci ildən sadələşdirilmiş verginin tətbiqidir.
Vergi Məcəlləsində 9 vergi növündən 6-da güzəşt və azadolmalar nəzərdə tutulur ki, bu da bir qrup fiziki və hüquqi şəxslərin vergi yükünü xeyli dərəcədə azaldır. Eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları (emal müəssisələrindən başqa) 2001-cü ilin yanvar ayının 1-dən 2014-cü il yanvar ayının 1-dək torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişlər.
Qeyd olunanların nəticəsi olaraq Azərbaycan Respublikasında 2007-ci ildə ödənilən vergilərin ümumi daxili məhsulda xüsusi çəkisi 18,0 faiz təşkil etmişdir. Müqayisə üçün bu göstərici Latviya, Polşa, Macarıstan, Estoniya, Almaniya kimi ölkələrdə 29-42 faiz təşkil edir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Əhməd Cəbrayılov, Mingəçevir
Niyə sudan vergi alırsınız?
Azərbaycan Respublikasında mövcud vergi növləri Vergi Məcəlləsinin 6-cı maddəsində göstərilmişdir. Bu maddədə sadalanan vergi növləri sırasında «su vergisi» nəzərdə tutulmamışdır.
tanış olarkən özünüz də əmin ola bilərsiniz ki, “su vergi”si anlamı Vergi Məcəlləsi ilə təsbit olunan vergi növləri arasında yoxdur.
Tərəfinizdən suyun istifadəsinə görə ödənilən və “su vergi”si adlandırıdığınız ödəniş isə “Azərsu” SC-nə ödənilən xidmət haqqıdır.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Rəhim Mənsimov, Bakı
Mənim vergiyə nə qədər borcum var və onun nə qədəri ödənilib? Kod XXX parol internet şifrə XXX.
Hal-hazırda Sizin vergi borcunuz yoxdur
Əlavə olaraq qeyd etmək istərdik ki, kod və parolunu kənar şəxslərə verməyiniz məqsədəuyğun hesab edilmir.
Onu da xatırladırıq ki, vergi borcunuzun öyrənilməsi məqsədilə Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə də müraciət edə bilərsiniz.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube
Ceyhun İbadov, ceyhun_086@box.az, Bakı
Vergi orqanlarında keçiriləcək imtahanların tarixi barəsində və tələb olunan sənədlər barəsində zəhmət olmasa, bu mənim üçün çox vacibdir. Təşəkkürlər.
Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə vergi orqanlarında vakansiyalar yarananda həyata keçirilir. Yeni vakansiyaların yaranma müddətini proqnozlaşdırmaq mümkün olmadığından yeni müsabiqənin keçirilmə tarixini də nəzərinizə çatdırmaq imkanımız xaricindədir.
Vergilər Nazirliyinə işə qəbulla əlaqədar məlumatın alınması üçün səhifəmizi və ya kütləvi informasiya vasitələrini izləyəməyi Sizə məsləhət görürük.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlərə gəldikdə isə, qəbul komissiyası tərəfindən vətəndaşların sənədləri “Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları”na uyğun olaraq qəbul edilir.

Terminlər lüğəti | Facebook | Twitter | Youtube

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2013