az|рус|eng
Daxili Audit
“Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanunu

İnzibati Xətalar Məcəlləsi

Vergi işçisinin etik davranış Kodeksi

Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə necə məlumat verməli?

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu

Şikayət verilməsi qaydası (Azərbaycan Respublikası Vergi Məcəlləsi, maddə 62)

Vergi orqanında şikayətə baxılma (Azərbaycan Respublikası Vergi Məcəlləsi, maddə 63)
    

Vergi orqanı əməkdaşlarının fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya halları, eləcə də sahibkarlıq fəaliyyətinizdə vergi qanunvericiliyinin tətbiqi ilə əlaqədar üzləşdiyiniz hüquq pozuntuları barədə necə məlumat verməli?

  • Vergilər Nazirliyinə rəsmi daxil olan müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq baxılır.
  • Bu bölmənin yaradılmasında əsas məqsəd vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün şəxslərin birbaşa daxili nəzarət strukturlarına müraciət imkanlarının genişləndirilməsindən ibarətdir.
  • Sizin verdiyiniz məlumatlar Vergilər Nazirliyi tərəfindən vergi orqanlarında həyata keçirilən daxili nəzarət tədbirləri zamanı nəzərə alınacaqdır.
  • Şikayətçinin şəxsiyyəti haqqında məlumat ciddi şəkildə nəzarətdə saxlanılır və Vergilər Nazirliyi əməkdaşlarına və ya Sizin razılığınız olmadan Daxili Təhlükəsizlik baş idarəsindən (DTBİ) kənarda hər hansı bir şəxsə ötürülmür.
  • Vergilər Nazirliyi əməkdaşlarının hər hansı fəaliyyəti ilə əlaqədar olaraq saxtakarlıq və ya korrupsiya hallarının mövcud olması barədə məlumat vermək üçün DTBİ ilə əlaqə saxlayın. Siz DTBİ ilə poçt, elektron poçt, faks vasitəsilə şəxsən və ya telefonla əlaqə saxlayaraq məlumat verə bilərsiniz. Yalnız aidiyyəti olan (idarə rəhbərliyinin rəsmi icazəsi ilə) DTBİ əməkdaşlarının bu cür əlaqə yaratmaq səlahiyyəti vardır.

Məlumat verilmə imkanları:

Faks vasitəsilə

  • Siz DTBİ-yə faks vasitəsilə də (nömrələr: 4038760, 4038763) məlumat göndərə bilərsiniz.

Poçt vasitəsilə

  • Siz DTBİ-nin aşağıdakı ünvanına, üzərində "Məxfi" qeydi olan məktublarınızı göndərə bilərsiniz:
  • Bakı şəhəri, AZ1073, Landau küçəsi, 16,
    AR Vergilər Nazirliyi, Daxili Təhlükəsizlik Baş İdarəsi

Şəxsən

  • Məlumatınızı şəxsən DTBİ-yə gəlməklə də çatdıra bilərsiniz ( Bakı şəhəri, AZ1073, Landau küçəsi, 16,
    AR Vergilər Nazirliyi, IV mərtəbə, Daxili Təhlükəsizlik Baş İdarəsi).

Telefon vasitəsilə

  • Siz DTBİ ilə aşağıdakı şəhər telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: 4038765, 4038759

  • Telefon əlaqəsi zamanı zənginizə cavab verənin məhz DTBİ əməkdaşı olduğuna əmin olun.
  • Elektron formada

    • Siz onlayn rejimdəki elektron formadan istifadə etməklə öz məlumatınızı göndərə bilərsiniz.

    Müraciət etdiyiniz zaman aşağidakilara xüsusi diqqət verməyiniz və onlari nəzərə almağiniz xahiş olunur:

    • Vergilər Nazirliyinə rəsmi daxil olan müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq baxılır;
    • Vergilər Nazirliyi əməkdaşlarının hər hansı fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya hallarının mövcud olması barədə informasiya və ya dəlil barədə istənilən şəxs DTBİ-yə məlumat verə bilər.
    • İdarədə məlumatlar üzrə məxfiliyə ciddi əməl olunur və hər hansı bir səbəb olmadan verilmiş məlumatın mənbəyinə dair heç bir açıqlama verilmir.
    • Qeyd:
      Siz vergi orqanlarının və vergi əməkdaşlarının fəaliyyətində rast gəldiyiniz nöqsanlar barədə məlumat verməklə, bu nöqsanların və onların baş vermə səbəblərinin aradan qaldırılması işinə əvəzsiz töhfə vermiş olursunuz. Buna görə də Sizə öz minnətdarlığımızı bildiririk.

    Müraciətiniz yuxarıda göstərilənləri nəzərə alınmaqla edilərsə, Müraciəti real vaxt rejimində (“online”)
    DTBİ-yə göndər

    Müraciətiniz yuxarıda qeyd olunanları nəzərə almırsa, İnternet saytın baş səhifəsinə qayıdın