az|рус|eng
Xəbərlər
Birbaşa əlaqə
Hörmətli vergi ödəyiciləri!

Öz fəaliyyətiniz zamanı vergi sistemi ilə bağlı mövcud problemlərin həllində, meydana gələn suallarınıza cavab tapmadıqda, əsaslandırılmış şikayətlərinizə yerli vergi orqanları Sizi qane edə biləcək məlumat və ya yardım göstərə bilmədiyi təqdirdə, veb səhifəmizdən Vergilər naziri cənab Fazil Məmmədovla birbaşa əlaqə yarada bilərsiniz.

Digər əlaqə vasitələri

İnteraktiv xәritә
İnteraktiv xəritə
Axtarış bazası
  İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üzrə axtarış bazası

  Dövlət xəzinədarlığı orqanlarında vergi və rüsumlar köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi

  Vergi uçotuna alınmış fiziki şəxslər üzrə axtarış bazası
www.president.az

www.heydar-aliyev.org

www.ilham-aliyev.org



    

İnfomərkəz


Yeni bəyannamə, hesabat formaları Bəyannamə, hesabat, arayış formaları yeni redaksiyada təsdiq olunmuşdur

Bir sıra bəyannamələrə, hesabatlara və arayışa vergi ödəyicilərinin şəhər və mobil telefon nömrələri barədə müvafiq xanalar əlavə edilməklə müvafiq dəyişikliklər edilmişdir. Nəzərinizə çatdırırıq ki, müvafiq dəyişiklik edilmiş bəyannamə, hesabat və arayış formaları vergi orqanları tərəfindən 01.02.2012-ci il tarixindən başlayaraq qəbul olunacaqdır.

> ətraflı...
Müsabiqəyə start verildi MÜSABİQƏYƏ START VERİLDİ!

Hörmətli istifadəçilər, Vergilər Nazirliyinin Facebook sosial şəbəkəsində iştirakçıların kassa çeki və nağdsız ödəmə vasitələri ilə əlaqəli təbliğat xarakterli kreativ fotoşəkil müsabiqəsini elan edirik! Müsabiqəyə hər bir Facebook iştirakçısı qoşula bilər. Müsabiqəyə təqdim olunan JPG, PNG, PSD, BMP, TİFF qrafik formatlı və minimum 800x600 px ölçülü fotoşəkilləri musabiqe2012@gmail.com ünvanına göndərə bilərsiniz...

> ətraflı...
Austrian Standards plus Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə EN-15838 uyğunluq standartı üzrə keyfiyyət sertifikatı verilib

Sentyabr ayında sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını müəyyən edən sertifikatlaşdırma qurumu olan “Austrian Standards plus” təşkilatının təmsilçisi Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinin “EN-15838 Standartı”na uyğunluğunun yoxlanması üzrə audit keçirilib. Xatırladaq ki,195 Telefon Məlumat Xidməti 2003-cü ilin sonundan fəaliyyət göstərir və o dövrdə yalnız Bakını əhatə edirdi. 2006-cı ildən bütün respublikadakı vergi ödəyiciləri artıq ödənişsiz əsasda bu xidmətdən istifadə edirlər.
­ Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti barədə Anket sorğusu

Bu sorğu vergi ödəyicilərinin və vətəndaşların Telefon Məlumat Xidmətinin hansı xidmətlərindən daha çox istifadə etməsi, göstərilən xidmətlərin faydalılığı barədə ictimai fikrin öyrənilməsi və gələcəkdə nəzərə alınması məqsədilə keçirilir.
Eyni zamanda bildiririk ki, Telefon Məlumat Xidmətinin fəaliyyəti barədə irad və təkliflərinizi callcentre@taxes.gov.az ünvanına göndərə bilərsiniz.

> Sorğuda iştirak et...
­ ONLAYN QEYDİYYAT

Vergilər Nazirliyi bildirir ki, 2011-ci il iyul ayının 1-dən etibarən İnternet Vergi İdarəsi vasitəsilə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin onlayn rejimdə qeydiyyatına başlanmışdır.


> ətraflı...
­ VERGİ APELLYASİYA ŞURASI

Bildiririk ki, vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, onların şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması, bu sahədə nəzarətin gücləndirilməsi, habelə şikayətə baxılması işinin təkmilləşdirilməsi, və eyni zamanda yerli vergi orqanlarının Vergi Apellyasiya Şurasına müraciət etmələrinə şərait yaradılması və məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi məqsədilə Vergilər Nazirliyində Vergi Apellyasiya Şurası fəaliyyət göstərir. Hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin tətbiqi ilə bağlı vergi orqanlarının qəbul edilmiş qərarları və ya verilmiş cavabları ilə razılaşmadıqda məhkəməyə müraciət etmədən Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasına müraciət edə bilər.

> ətraflı...
Vergi ödəyicilərinin nəzərinə!

Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə tenderlərin qalibləri ilə bağlanılmış müqavilələr, dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması üzrə məbləği 50,0 min manatdan yuxarı olan bağlanılmış müqavilələr barədə MƏLUMAT FORMASI və onun doldurulması qaydası
TƏSƏRRÜFAT SUBYEKTLƏRİ RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, banklar və digər kredit təşkilatları, səhmdar cəmiyyətləri, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, məhdud məsuliyyətli cəmiyyətlər, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, ictimai əhəmiyyətli qurumlar, bələdiyyələr və bələdiyyo müəssisələri, holdinqlər, təbii inhisar fəaliyyəti subyektləri özlərinin 2011-ci il üzrə maliyyə (mühasibat) hesabatlarını auditor rəyi ilə təsdiq etdirməlidirlər.

> ətraflı...
  
Xidmət və təbliğat

Facebook

195 Telefon xidməti

Ən çox verilən suallar

Uşaqlar və vergi

Sahibkarın vergi bələdçisi

Vergi borcları üzrə kömək
Vergi Təqvimi
FEVRAL
B.e Ç.a Ç. C.a C Ş B
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16

17

18 19
20 21 22 23 24 25
26
27 28 29        


Vergi ödəyicilərinin hüquq və vəzifələri

E-Mübadilə
Sorğu

Vergi orqanı tərəfindən sizə göndərilən sənədlərin (məktub, bildiriş, xəbərdarlıq və s.) hara gəlməsini istərdiniz?

İnternet Vergi İdarəsindəki fərdi elektron qutuya
Email ünvanına
Kağız formada ənənəvi poçtla
Telefona mesaj göndərilməklə
Telefonla zəng edilməklə



Nəticələr

Cavablar: 175
Məzənnə
1 USD0.7863
1 EUR1.0325
1 RUR0.0260


Abunə

ATOM Feed
Satınalmalar üzrə Dövlət Agentliyi